adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
22 Aprel 2019 16:17
14218
ELM VƏ TƏHSİL

Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb - FOTOLAR

Aprelin 20-dəFransanın Nant şəhərində Azərbaycan məktəbinin açılışı olub. Açılışa bu ölkədə yaşayan 90 nəfərə yaxın azərbaycanlıqatılıb. Onların təxminən 25-i şagirddir.

Məktəbin açılışında Azərbaycanın Fransadakı səfirliyininsiyasi məsələlər üzrə müşaviri Eldar Məmmədov, Diasporla İş üzrə Dövlət Komitəsininsədri Fuad Muradov, Türkiyənin Nantdakı baş konsulu Ebrar Çubukçu, AzərbaycanınFransadakı səfirliyinin konsulluq məsələlərinəməsul katibi Zaur Fərhadov, Fransa AzərbaycanlılarıKoordinasiya Şurasının əlaqələndiricisi-Nantda fəaliyyətgöstərən Fransa Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının rəhbəriToğrul Zeynalov, eyni zamanda Fransada Azərbaycanlıların KoordinasiyaŞuralarının digər əlaqələndiriciləri iştirak edib.

Girişsözü ilə çıxış edən Fuad Muradov belə bir məktəbin açılmasının əhəmiyyətindəndanışıb və bu cür uğurlu layihələrin davamlı olmasının vacibliyini qeyd edib.O, eyni zamanda bildirib ki, Fransada Azərbaycan və türk diasporlarının birgəişləməsi bizim üçün olduqca vacibdi.

TürkiyəninNantdakı baş konsulu Ebrar Çubukçubildirib ki, doğrudan da Nantda Azərbaycan məktəbinin açılması vacibaddımdı. O, nəzərə çatdırıb ki, bu məktəbinyaxınlığında türk dərnəyi fəaliyyət göstərir vəməktəblə dərnək arasında sıx əlaqə qurulacaq.

Açılışmərasimində çıxış edən hər kəs Fransada belə bir məktəbin yaradılmasının mühümaddım olduğunu nəzərə çatdırıb.


Məktəbdəkitabxana da fəaliyyət göstərir və orada ölkəmiz haqqında həm fransız, həm də Azərbaycan dilində kitablar toplanıb.

Məktəbinaçılışında milli geyimli uşaqlar şeirlər söyləyib, "Sarı gəlin” mahnısının sədalarıaltında rəqs edib, yallı gediblər.