Fransanın da üzrxahlıq edəcəyini gözləyirik - XİN
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 26 iyul tarixində Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimi zamanı "France 2" telekanalının ölkəmizə qarşı qərəzli ifadələri ilə bağlı Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi tərəfindən Beynəlxalq Olimpiya Komitəsinə göndərilən rəsmi etiraz məktubuna cavab olaraq 2 avqust tarixində Beynəlxalq Olimpiya Komitəsinin Azərbaycana ünvanladığı üzrxahlıq məktubuna münasibət bildirib.
Bu barədə Adalet.az-a XİN-dən bildirilib.
"Qeyd etdiyiniz kimi, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Azərbaycanın rəsmi etiraz məktubuna münasibət bildirilib, "France2" telekanalının səsləndirdiyi qəbuledilməz ifadələrlə bağlı ölkəmizdən üzrxahlıq edilərək, bu ifadələrin Beynəlxalq Olimpiya Komitəsinin idman və Olimpiya Oyunları vasitəsilə təşviqinə çalışdığı prinsiplər və dəyərlərlə bir araya sığmadığı vurğulanıb.
Fransanın rəsmi dövlət kanalında səsləndirilmiş və Olimpiya Oyunlarının siyasiləşdirilməsinə xidmət göstərən qərəzli fikirlər Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu və buna məqsədyönlü şəkildə yol verildiyi qənaətindəyik. Bu baxımdan, məsuliyyət daşıyan tərəfin ilk növbədə Olimpiya Oyunlarının ev sahibi Fransa olması səbəbindən bu ölkənin də üzrxahlıq edəcəyini gözləyir, Azərbaycana qarşı bu kimi addımların gələcəkdə təkrarlanmamasını tələb edirik", - məlumatda vurğulanıb.
Digər Xəbərlər
24 Sentyabr 2026 19:01
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb
24 Sentyabr 2026 18:41
Prezident qanunu imzalamadan Milli Məclisə geri qaytardı - Səbəbi açıqlandı
24 Sentyabr 2026 17:56
Ceyhun Bayramov Ferit Hoxa ilə görüşdü
24 Sentyabr 2026 17:39
Azərbaycan və Sent-Vinsent və Qrenadin arasında protokol imzalanıb
24 Sentyabr 2026 17:12
Azərbaycan bu ölkələrə texniki yardım göstərəcək
24 Sentyabr 2026 16:48
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
24 Sentyabr 2026 16:23
Prezident bu icra başçısını vəzifəsindən azad etdi
24 Sentyabr 2026 15:53


Bakı -°C

