adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Sentyabr 2021 13:39
1220
DÜNYA

Fransa Talibanı tanımaqdan imtina etdi

Fransa Xarici İşlər Nazirliyi Əfqanıstanda Taliban hökumətini tanımaqdan imtina etdiyini açıqlayıb.

Adalet.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan İv Lö Drian Frans-5"telekanalının efirində bildirib.

Nazir deyib ki, Əfqanıstanda hakimiyyəti ələ alan Taliban hərəkatının nümayəndələri beynəlxalq ictimaiyyətə verdiyi vədləri yerinə yetirmədi, buna görə də Paris onların yaratdığı yeni hökuməti tanımaqdan imtina edir.

Fransanın baş diplomatı xatırladıb ki, hərəkat Parisin humanitar yardımın pulsuz çatdırılmasına icazə verilməsi tələbini rədd edib.