adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Yanvar 2018 17:03
20906
SİYASƏT

Fransa kəşfiyyatının görünməyən tərəfləri

Dünya ölkələrikəşfiyyat xidmətlərinə hər zaman böyük önəm verirlər. Dövlətin təhlükəsizliyinintəmin edilməsindən tutmuş, digər ölkələrdə olan vətəndaşlarının qorunmsında buxidmətdən yararlanırlar. Bir sıra ölkələr daha da qabağa gedərək təhlükəsizlikxidmətinin imkanlarından öz şəxsi mənafeyi üçün istifadə edib dövlət çevrilişihazırlayırlar. Ədalət qəzeti bu siferada olan xidmət idarələri ilə bağlı birsıra məqamları diqqətinizə çatdırır.

Bu gün FransaRespublikasının təhlükəsizlik və xüsusi xidmət orqanlarından söhbət açaçağıq. FransadaBaş Xarici Kəşfiyyat Direktorluğu DGSE (əsas hərbi kəşfiyyat);HərbiKəşfiyyat Direktorluğu DRM (radiotexniki kəşfiyyat);MüdafiəninMühafizəsi və Təhlükəsizliyi Direktorluğu (hərbi əks-kəşfiyyat);ƏraziTəhlükəsizliyi Direktorluğu DST (əks-kəşfiyyat);ÜmumiKəşfiyyat Direktorluğu (dövlət təhlükəsizliyi xidməti);ElektronMüharibə Briqadası BRGE (analitik mərkəz);ElektronSistemlərinin Mərkəzi Təhlükəsizlik Agentliyi SCSSI (kriptoqrafiya);Hərbi-havaqüvvələri: hava kəşfiyyatının 54-cü eksadronu (radioəks-kəşfiyyat) bölmələrivar. Respublika Prezidentinin təhlükəsizliyini isə GSPR Qrupu qoruyur.

Bu ölkənin kəşfiyyatxidmətində on iki min yeddi yüz səksən nəfər əməkdaş çalışır. Onlar üç müxtəlifnazirliyə tabedirlər. Baş Xarici Kəşfiyyat Direktorluğu (DGSE) 1982-ci il aprelayının 2-də yaradılmış və formal olaraq müdafiə nazirinə tabedir. DGSE-dən əvvəlisə onun funksiyalarını 1966-cı ildən 1982-ci ilədək birbaşa baş nazirə tabe olanXarici Sənədləşmə və Əks-casusluq Xidməti yerinə yetirmişdir.

MüdafiəNazirliyinə daha iki xidmət – 1992-ci ildə yaradılmış Hərbi KəşfiyyatDirektorluğu (DRM) və 1981-ci ildə yaradılmış Hərbi Əks-kəşfiyyat Xidməti(DPSD) daxildir.

BaşMilli Polis Direktorluğuna (Daxili İşlər Nazirliyi - DGPN) iki xüsusi xidmətstrukturu – İkinci Dünya müharibəsindən sonra yaradılmış Ərazi TəhlükəsizliyiDirektorluğu (DST) və Baş Kəşfiyyat Xidməti (RG) tabedir. Baş Kəşfiyyat Xidmətihabelə daxili təhlükəsizliyə cavabdehdir. Bundan əlavə, DGPN-ə 1984-cü ildəyaradılmış UCLAT – Terrorçuluğa Qarşı Mübarizənin Koordinasiya Mərkəzi dədaxildir. Onun vəzifələri: təyinatı üzrə məlumatın toplanılması və ötürülməsi,analitik iş, risklərin proqnozlaşdırılması, kütləvi tədbirlərdə təhlükəsizliyintəmin olunmasına nəzarətin həyata keçirilməsi.

Bunlardanbaşqa, İqtisadiyyat və Maliyyə Nazirliyinə tabe olan və maliyyə kəşfiyyatını həyatakeçirən La Direction des Douanes adlı struktur mövcuddur.

Sondövrlərədək Fransa yeganə böyük demokratik dövlət idi ki, orada xüsusi xidmətorqanları üzərində parlament nəzarəti yox idi. 2007-ci ilin iyun ayında FransaMilli Assambleyası dörd deputat və dörd senatordan ibarət kəşfiyyata nəzarətüzrə parlament nümayəndə heyətinin yaradılması haqda qərar qəbul etdi.

N.Sarkozinin prezidentliyi dövründə Fransa Milli Polis Direktorluğuna onunuşaqlıq dostu Frederik Peşenar rəhbərlik etmişdir.

Ümumiyyətlə,Fransa xüsusi xidmət orqanları dünyada öz kobudluqları ilə tanınmışlar. Fransaxüsusi xidmət orqnları xüsusilə də Afrikadakı müstəmləkə ərazilərində fəaliyyətgöstərmişlər. Onlar burada terrorçuluğa qarşı mübarizə aparmağın yollarını dərindənmənimsəmişlər. Bundan başqa Fransa əks-kəşfiyyat orqanları separatçı ETA təşkilatınaqarşı uğurlu əməliyyatlar həyata keçirib.

Fransaxüsusi xidmət orqanlarının adı bir çox qalmaqallarda da hallanıb. Məsələn,1985-ci ildə Fransa kəşfiyyatının iki nəfər əməkdaşı Yeni Zelandiyanın Oklendlimanında Qrinpis təşkilatına məxsus olan "Rainbow Mirror” ("Göy qurşağı güzgüsü”) adlı gəminipartlatmışlar. 1995-ci ildə Fransa baş nazirinin sanksiyası əsasında hərbi kəşfiyyattərəfindən ölkənin sabiq müdafiə naziri Fransua Leotarın telefon danışıqlarınındinlənilməsi ilə bağlı qalmaqal yaranmışdır. 1998-ci ildə ABŞ-ın Federal TəhqiqatlarBürosu belə bir məlumat yaymışdır ki, Fransa xüsusi xidmət orqanları "AirFrance” hava yolları şirkətinin Nyu-York – Paris reysində amerikalı biznesmenlərindanışıqlarını dinləyirlər. Bunun nəticəsində Boeing, IBM, Corning Glass dadaxil olmaqla yetmişdən artıq iri korporasiyaya külli miqdarda zərər dəymişdir.1999-cu ildə XX əsrin ən məşhur muzdlu qatili, Komor prezidenti ƏhmədAbdullanın qətlə yetirilməsində ittiham edilən Bob Denarın məhkəmə prosesikeçirilmişdir. O, Fransanın ənənəvi maraq dairəsinə daxil olan bir sıra ölkələrdə- Hind - Çin yarımadası, Mərakeş, Yəmən, Anqola, Benində "ezamiyyətlərdə” olmuşvə Fransa kəşfiyyatının maraqlarını yerinə yetirmişdir. Bir neçə gün sonra isəSerbiyanın informasiya naziri Qoran Matiç bəyan etmişdir ki, Fransa xüsusi xidmətorqanlarının tapşırığı ilə "Hörümçək” təxribat qrupu Yuqoslaviya prezidentinəsui-qəsd etməyə cəhd göstərmişdir.

Nəzakət Məmmədova