adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
18 Aprel 2024 16:39
537
SİYASƏT

"Fransa demokratik ideyaları məhv edir" - Səməd Seyidov

"Bu gün Fransanın ən böyük cinayətlərindən biri ondan ibarətdir ki, demokratik ideyaları məhv edir. Faktiki olaraq demokratiya uğrunda mübarizəni heçə endirmək cəhdini və heçə endirərək bu dəyərləri ucuzlaşdırdı".

Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş elmi konfransda MM-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, heç vaxt bir həqiqəti yaddan çıxarmalı deyilik: "Tarixdə unikal hadisələr baş verir. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi regional yox, dünya səviyyəli hadisədir".