adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Aprel 2014 11:04
5349
MƏMLƏKƏT

“Fövqəladə hallarda özünü necə aparmalı” mövzusunda maarifləndirmə tədbiri

Bugün Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin təşkilatçılığıilə 252 nömrəli orta məktəbdə "Fövqəladə hallarda özünü necə aparmalı”mövzusunda maarifləndirmə tədbiri keçirilib.Adalet.az-ınməlumatına görə, nəzəri və praktiki olmaqla iki hissədən ibarət olan tədbirFHN-in 7 qurumunun, eləcə də Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardımStansiyasının əməkdaşlarının və müxtəlif növ xilasetmə texnikasının iştirakıilə baş tutub.

Nəzəri hissə çərçivəsində çıxış edənməktəbin direktoru Xədicə Eminova bildirib ki, FHN yarandığı qısa müddətərzində böyük işlər görüb və cəmiyyətdə dəstək qazanıb: "Bu gün Azərbaycandafövqəladə hallar zamanı FHN-in gördüyü işlər, xidmətlər danılmazdır. Təsadüfideyil ki, Azərbaycanda bir sıra xidmətlər olsa da, insanlar ilk növbədə FHN-əmüraciət edirlər”.

FHN-in operativ məlumat şöbəsinin rəisiVaqif Teymurov isə çıxışında fövqəladə hallar, onun təsnifatı, fövqəladə halbaş verdikdə insanların davranışı və təhlükəsizliyin təmin edilməsi ilə bağlıətraflı məlumat verib.

FHN-in struktur qurumları haqqındavideo çarx nümayiş etdirildikdən sonra çıxış edən FHN-in Statistika sektorununbaş məsləhətçisi Fərid Məmmədhüseynov deyib ki, FHN Bakı Regional mərkəzininfəaliyyətində maarifləndirmə tədbirləri mühüm əhəmiyyət kəsb edir və bu tiplitədbirlərin əhalinin geniş dairələrini əhatə etməsi üçün mərkəz daim özfəaliyyətini təkmilləşdirir.

Praktiki hissədə əvvəlcədən müəyyənedilən təlim nöqtələri üzrə FHN-in qurumlarının fövqəladə hallar zamanıistifadə olunan xüsusi xilasetmə alət və avadanlıqları, eləcə də məktəbinhəyətində qoyulması simulyasiya edilən partlayıcı qurğunun aşkar edilməsi vəşərti yanğının söndürülməsi nümayiş etdirilib. Eyni zamanda yanğınsöndürmə texnikavə vasitələrinin təyinatı, sularda xilasetmə vasitələrinin təyinatı və istifadəqaydaları şagirdlərə izah olunub. Axtarış-xilasetmə və yanğınsöndürməəməliyyatları üzrə nümunəvi praktik əməliyyatlar keçirilib.

Tədbirdə FHN-in Bakı RegionalMərkəzinin Xüsusi Riskli Xilasetmə, Dövlət Yanğın Nəzarəti, Dövlət YanğındanMühafizə, Dövlət Sularda Xilasetmə, FHN Tibb xidmətlərinin, Mülki MüdafiəQoşunlarının, Bakı şəhər Təcili təxirəsalınmaz tibbi yardım Stansiyasınınəməkdaşları iştirak ediblər.