Finlandiya Ukraynaya 16 milyon avro yardım ayıracaq
Finlandiyanın Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya 16 milyon avro məbləğində humanitar yardımın göndəriləcəyini elan edib.
Adalet.az xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” ictimai yayımçısı nazirliyə istinadən məlumat verib.
Qeyd olunub ki, yardım BMT-nin humanitar qurumları və Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Kiyevə çatdırılacaq.
Finlandiyanın Müdafiə Nazirliyi yanvarın 31-də Ukraynaya ümumi məbləği 198 milyon avro olan 27-ci hərbi yardım paketinin ayrıldığını elan edib.
Digər Xəbərlər
26 Mart 2026 12:56
Türkiyənin “Salomon Cappadocia Ultra-Trail” marafonu mükafata layiq görülüb -FOTOLAR
26 Mart 2026 11:13
Türkiyənin neft tankeri dronla vurulub
26 Mart 2026 10:52
“Növbəti hədəf Laricanın yerinə yeni təyin edilən şəxs ola bilər”
26 Mart 2026 09:10


Bakı -°C

