adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Noyabr 2016 12:40
5760
SİYASƏT

Fikrət Yusifov: "2017-ci ilin büdcəsi özündə bütün reallıqları əks etdirməlidir"

Gələn il üçün təqdim olunan büdcədaha çox qənaətbüdcəsi adlandırılır. Əslində belə də olmalıdır. Çünki cari ilin büdcəsinə nisbətənonun gəlirlərinin 867 milyon manat, xərclərinin isə 1 milyard 895 milyon manatazalması nəzərdə tutulur. Növbəti ildəbüdcə kəsirinin də əsaslı şəkildəazalması proqnozlaşdırılır. Belə ki, gələn il üçün büdcə kəsiri, bu ilki büdcəproqnozu ilə nəzərdə tutulan 1milyard 673 milyon manatdan 645 milyon manataendiriləcəkdir.Yəni ümumilikdə büdcə kəsirinin 2,6 dəfəyə qədər və ya 1 milyard28 milyon manat azaldılması nəzərdə tutulur.

Bəs növbəti ilin büdcəsində daha hansı ciddi dəyişikliklərbaş verəcək? Bu büdcə layihəsində təqdim olunan ən böyük yenilik, yerli xərclərinəsaslı şəkildə azalmasıdır. Belə ki, cari ilin Dövlət büdcəsində nəzərdətutulan 1 milyard 541 milyon manat yerli xərclər, gələn ilin büdcəsində cəmisi688 milyon manat, yəni bu ildəkindən 853 milyon manat və ya 2,2 dəfə az proqnozlaşdırılır.Nədənsə gələn ilin büdcəsini təhlil edən həmkarlarım bu məsələni tamamilə diqqətdənqaçırıblar. Bu günə qədər 6 rayonun büdcəsinin mərkəzdən dotasiya almadanyaşaya bilməsini qeyd edərək, gələn ildən bu rayonların sayının 33-ə çatacağınıyazan müəlliflər bilməlidirlər ki, iqtisadi və maliyyə çətinlikləri yaşadığımızindiki dönəmdə bu qədər rayonunbir ildə özünümaliyyələşməyə keçməsi real deyil.Bu rayonların büdcələrinin gələn ildən etibarən dotasiyasız formalaşmasınınkökündə dayanan əsas məsələ,indiyə qədər yerli büdcələrdən maliyyələşən təhsilxərclərinin gələn ildən etibarən mərkəzləşdirilmiş qaydada maliyyələşdirməyəkeçirilməsi ilə bağlıdır.Nəzərə almaq lazımdır ki, təhsil xərclərinin yerlibüdcələrin ümumi xərclərində xüsusi çəkisi kifayət qədər böyükdür. Bəzirayonlarda bu xərclər ümumi büdcə xərclərinin 70 faizindən çoxunu təşkil edir. Eyni qayda ilə yerlərdə mədəniyyət şöbələrininləğvindən və regional mədəniyyət şöbələrinin yaradılmasından sonra,gələn ildən etibarənmədəniyyət xərcləri də mərkəzləşdirilmişqaydada maliyyələşdiriləcəkdir.

Naxçıvan büdcəsinə gələn il üçün mərkəzdənverilən dotasiyanın həcmini başqa rayonlara ayrılan dotasiyanın həcmi ilə müqayisəetməyə cəhd göstərənlər isə bilsinlər ki, Naxçıvanın Muxtar Respublika statusuvə blokada şəraitində yaşaması kimi reallıqlardan çıxış edilərək Naxçıvan MuxtarRespublikası üzrə təhsil xərclərinin 2017-ci ildə yerli büdcələrdən maliyyələşdirilməsinəzərdə tutulur. Buna görədə Naxçıvana ayrılan dotasiyanın əsas hissəsi məhzyerli büdcələrdən təhsil xərclərinin maliyyələşdirilməsini təmin etmək üçündür.

Rayonların bundan sonra real olaraqözünümaliyyələşdirməyə keçməsi isə bu günün ən aktual məsələsidir. Sonçıxışlarında Dövlət başçısıbundan sonra yerli icra hakimiyyətlərinin fəaliyyətinəməhz rayonun iqtisadi sahədə əldə edəcəyi göstəricilər əsasında qiymət veriləcəyini bəyan edib. Hesab edirik ki, artıq hər bir rayonunözünümaliyyələşməyə keçməsinin konkret müddətlərini müəyyənləşdirməyin vaxtıçatıb. Belə olduqda yerlərdə hər bir icra hakimiyyətinin rəhbərliyi bütün səylərinibilavasitə bu məsələlərin həllinə yönəldəcək. Nəticə etibarilə regionlarda istehsalartacaq, yerli büdcələrin mədaxil bazaları möhkəmlənəcək, işsizlik problemi həllediləcək və bütövlükdə ölkə iqtisadiyyatının neftdən asılılığı optimal həddə enəcəkdir.

Fikrət Yusifov

İqtisad elmləri doktoru,

professor