Fidan: Ukraynada davamlı sülhə nail olunacağına inanıram

Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.
Adalet.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO XİN rəhbərlərinin toplantısından sonra mediaya brifinqdə deyib.
Türkiyə XİN rəhbəri deyib ki, Türkiyə müharibənin əvvəlindən etibarən bu münaqişənin yalnız müzakirə yolu ilə həll ediləcəyi fikrini dəstəkləyib: "Üstəlik, münaqişənin həlli üçün ev sahibliyi edə biləcəyimizi ifadə etmişik".
Fidan Ukrayna Prezidenti Volodimir Zelenskinin və Rusiya nümayəndə heyətinin hazırda Ankarada olduğuna da toxunub: "Sülh üçün lazımi iradənin, nəhayət, ortaya çıxdığı düşüncəsindəyik. Mən davamlı sülhə nail olunacağına inanıram".
Digər Xəbərlər

Hakan Fidan ABŞ dövlət katibi ilə görüşüb

Pakistan Hindistanla atəşkəsi mayın 18-dək uzatmağa hazırdır

Zelenski Ərdoğanla görüşü ilə bağlı paylaşım edib

Zelenski: İstanbulda danışıqlar bu gün və ya sabah keçirilə bilər

İstanbulda olan Rusiya tərəfindən ilk açıqlama - VİDEO

Zelenski: Putin olmadan İstanbul danışıqlarında iştirakım mənasızdır

Ərdoğan: Rusiya-Ukrayna danışıqları üçün tarixi fürsət yaranıb
