adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Mart 2021 11:37
13812
MƏMLƏKƏT

FHN əməkaşları 8 nəfəri xilas edib - VİDEO

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in Mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında FHN-in aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 33 yanğına çıxış, 2 nəqliyyat qəzası və 2 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 8 nəfər xilas edilib, 25 nəfər təhlükəsiz əraziyə təxliyə olunub, 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.