adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Dekabr 2014 14:49
6699
DÜNYA

Fətullah Gülən prezidentlərin sirrini açdı

"Hamıözünü firon zənn etməyə başlayar, amma onların aqibətinin nə olduğu da bəllidir”.Bu fikri nurçularınlideri Fətullah Gülən ötən gün Türkiyədə "paralel yapı”ya qarşı polisinapardığı əməliyyatlara münasibət bildirərkən deyib. Ad çəkməsə də, prezidentRəcəb Tayyib Ərdoğanı nəzərdə tutan Gülən onun  haqqında tənqidi fikirlər səsləndirib: "Fironlar"boğacam, əzəcəm” dedikləri yerdə özləri əzilirlər”, - deyə tövsiyələrdəbilinan Gülən Türkiyənin 8-ci prezident Turqut Özalı nümunə göstərib. MərhumTurqut Özalın Asiya sədərinə çıxdığı zaman ona belə xəbər yolladığınıxatırladıb: "Mən sizin üçün gedirəm. Bəs bu dostlar niyə gəlmirlər?” - deyərəkAsiyadakı bütün dövlətləri gəzib.

"Allah onaelə gözəl iş gördürdü ki, vətənə qayıdandan bir-iki gün sonra ruhununüfüqlərinə qovuşdu. Allah ona bunu nəsib etdi və minlərlə insan göz yaşı iləonun dəfn mərasimində iştirak etdi”, - deyə baş nurçu vurğulayıb.   

Gülən Türkiyənin9-cu prezidenti Süleyman Dəmirəllə bağlı da dilini dinc tutmayıb:"Bu bir sirdir,söyləmək bəlkə də doğru deyil. Amma mənbunu demədən rahat ola bilməyəcəm. Süleyman Dəmirəl bəlkə 20 dövlət başçısınaməktub yazdı. Mən heç bir dövlət başçısının belə bir şey edəcəyini ehtimaletmədim, bundan sonra da belə olacaq. Məktubun altına imzasını qoydu. Üstünəisə yazdı ki, siz dövlət başçısına nə doldurursunuz, doldurun. İndi bunlarıgörməzliyə vurmamaq lazımdır”.

AbdullaGülə də "papaq” atan nurçu lider onun da dəstək üçün müxtəlif yerlərə zəngləretdiyini bildirib: "Amma məsələ bunların dəstəyində deyil. Əsasən səbəblər planında o işi üzərinə götürəcək, oboyunduruğa boyun əyəcək fədakar insanlar var idi”.  

Qeyd edək ki, ötən gün İstanbulpolisinin "paralel yapıya” qarşı apardığı "Şafak” adlı əməliyyatda "Zaman”qəzetinin baş redaktoru Əkrəm Dumanlı və "Samanyolu” televiziyasının başdirektoru Hidayət Karaca da daxil olmaqla, xeyli sayda insan həbs olunub.