Fətullah Gülən ABŞ-dan qaça bilər
ABŞ-dan ekstradisiyası tələb edilən FETÖ terror təşkilatının lideri Fəttullah Gülənin Kanadaya qaçacağı iddia edilir.
Adalet.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə ölkənin ədliyyə naziri Bəkir Bozdağ məlumat verib. O bildirib ki, Gülənin qaçacağı barədə əllərində ciddi sübutlar var.
"Biz bu məlumatları ABŞ-ın Ədliyyə Nazirliyinə vermişik. Kanadada böyük bağ ərazisi aldıqları və ora getmək üçün hazırlaqlara başladıqlarını bilirik. Tramp höküməti işə başladıqdan sonra bu hazırlıqlar sürətləndirilib. Türkiyə bu işin arxasınca gedəcək”, - deyə nazir söyləyib.
Digər Xəbərlər
02 May 2024 11:20