adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
01 Aprel 2015 17:25
185926
MODA

Feminizmin rəngi tapıldı

İndiyə qədərdəb nələri yaratmadı, nə dəlilikləri, çirkinlikləri, gözəllikləri sərgiləmədi.Cırıq paltarları, əcaib saç düzümlərini, çılpaqlığı, zidd rəngləri yüksək modakimi təqdim etdilər. Bu çılğınlıqlara mühafizəkarlar nə qədər etiraz etsələr də moda diktəsinin qarşısını heç kim ala bilmədi, heç bundan sonra alınması da mümkün olan deyil. Amma bu son dəb trendi daha təəccüblü oldu. Belə ki, bundan sonra qocalıqdan qorxanqadınlar özlərini qocaya bənzədəcəklər. Yəni bu il boz, ağarmış saçlar dəbə minib.İndiyə qədər başında bir ağ tük görünəndə Məşədi İbad kimi dartıb çıxardanqadınlar indi saçlarının qara hissələrini də ağardacaqlar. Ağardacaqlar deyəndə ki, artıq başlayıblar: məşhurxanımlar yeni "qocalmış” imiclərini İnstagramda sərgiləyirlər. Ledi Qaqa,Rihanna, Nikol Riçi və başqalarının sosial şəbəkələrdəki gümüşü-ağ saçları onların fanatlarınıda ilhama gətirib. Artıq ABŞ-da gözəllik salonları qocalmaq istəyən cavan qadınların "ata ocağı"na çevrilib. Sosial şəbəkələrdə hətta "Nənələrin saçları” adlı həştəqdə yaradılıb.    

Stilistlərözləri bu rəngin belə sıçrayışla populyarlaşmasına məəttəl qalıblar. Düzü, bumodelyerlərə yenilik baxımından sərf eləsə də, sosioloqları və mühafizəkarlarınarahat edib. Qafalardakı böyük "Niyə” sualına isə müxtəlif cavablar verilir. Bəziləriqadınların bununla saç boyamağa qarşı çıxdıqlarını, qocalmanın təbii hadisəkimi qəbul edilib bir gözəllik kimi təbliğ olunmasına çalışdıqlarını deyirlər. İllərdən bəri amansız düşmənləri - qocalıq qarşısında yenilməzliklərini göstərirlər. Bir qrup ekspertlər isə bunu feminizm asi çaları kimi təqdim edirlər. Əslindəbu elə birinci səbəblə sıx əlaqədardır. Buna misal olaraq, Parisdə keçirilmişson moda həftəsində Jan Pol Qotye kolleksiyasının nümayişində yaşlı, ağsaçlıxanımların podiuma çıxarılmasını göstərmək olar. Bu nə deməkdir? Feminizminağbirçəkləri meydan sulayır? Ən azından nümunə olur - "Qadınların sərvəti cavanlığıdır"- deyən kişilərə tutarlı zırbı endirmək üçün. Dünyanın onsuz damatriarxatlığa istiqamətləndiyi aydın görünür, amma bu işi sürətləndirmək kimlərəlazımdır?! Qadın hərəkatının nümayəndələri, şüarları, tələbləri artıq ötən əsrdənmasaya qoyulub, bir qalırdı rəngini bəlirləmək, bu da yarandı. "Ağ hərəkat” qaruçqunu kimi sürətlə yuvarlanaraq qarşısına çıxan müxtəlif rəngdən, irqdən olanqadınları və "yeni qadınları” – transları ağuşuna alır. Amma bu uçqundaboğulmaq, donmaq da var axı! Olsun, dəyişən dünyada daş heykəlləri buz heykəllərin əvəzləməsidə təəccüblü görünməz.     


Şəfiqə Şəfa