Fatmayıdakı bağ evindən 20 min manatlıq ehtiyat hissəsi oğurlandı
Fatmayı bağlar sahəsində yerləşən evlərin birindən oğurluq olub. Polisə müraciət edən ev sahibi oradan 20.000 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlandığını bildirib.
Adalet.az xəbər verir ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.İbrahimov, Q.Ələsgərov, C.Ələsgərov və Ə.Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Sumqayıt şəhərində isə bir mağazadan 3500 manat dəyərində avtomobil ehtiyat hissələrinin oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən R.İsmayılov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Digər Xəbərlər
01 Yanvar 2026 13:03
“Qarpız” yükünün içərisində narkotik keçirməyə cəhd etdilər - VİDEO
30 Dekabr 2025 17:20
Keçmiş iş yerindən 6 min manatlıq oğurluq etdi
30 Dekabr 2025 13:34
Axtarışda olan Azərbaycan vətəndaşı Bosniyada saxlanılıb
30 Dekabr 2025 11:57
Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi
29 Dekabr 2025 12:54
Bakıda 803 qutu pirotexniki vasitə aşkarlandı - VİDEO
26 Dekabr 2025 13:32
Abşeronda pirotexniki vasitələr satanlar saxlanıldı
26 Dekabr 2025 10:04
Dələduzluqda ittiham edilərək işi məhkəmədə olan şəxs yenidən eyni əmələ görə saxlanıldı
25 Dekabr 2025 17:30


Bakı -°C

