adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 May 2018 10:07
12035
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ZƏHƏRLİ İLANLAR MEYDAN OXUYUR

Elə ki havalar get-gedəisinir, elə ki bir qədər də istilər yüksəlməyə başlayır, bax onda sanki ilanlarada bir həyat verilir. Yəni ilanlar istini daha çox sevirlər. Heç siz görmüsünüzki, qarlı, şaxtalı havada ilan yuvasından çölə çıxsın və kiməsə hüjum eləsin?! Ammamənim tanıdığım adamlardan biri deyir ki, qış vaxtı qar yağanda da ilan görmüşəm.Anjaq gördüyüm o ilan soyuqda hərəkət eləyə bilmir və heysiz halda yavaş-yavaş yuvasınasarı sürünürdü. Buna da sözümüz yoxdur. Çünki hər şey ola bilər…

Havaların son ongündə bölgələrdə daha da istiləşməsi sanki ilanlara yeni bir nəfəs verib. Xüsusəndə Bərdə, Beyləqan, Göyçay, Ağsu, Kürdəmir, İmişli və digər rayonlarda artıq zəhərliilanlar görünməyə başlayıb. Və bu zəhərliilanlar da ən çox otlaq sahələrində, bostan-tərəvəz yerlərində və kol-kos arasındaolurlar. Çünki bu jür münbit şərait ilanlarüçün çox əlverişlidir. Birinjisi ona görə ki, bu şəraitdə onlar özlərinə müxtəlifqidalar tapa bilirlər. İkinjisi də daha təhlükəsizyer kimi onlar otlaq sahələrini və kol-kosu əlverişli yer bilirlər.

Klinik Xəstəxananın toksikologiya şöbəsindən aldığımızməlumata görə, artıq neçə-neçə insan ilan vurması diaqnozu ilə həmin xəstəxanayaçatdırılıb. Xoşbəxtlikdən ilanın çalması nətijəsində hələ ölüm hadisəsi baş verməyib.Çünki İlan çalmış xəstələr vaxtında lazımiünvana çatdırılıb və onlara ilkin tibbi xidmət düzgün göstərilib. Yəni ilan zəhəriəleyhinə lazımi zərdablar xəstələrə vurulub və stasionar müalijə aparılıb.

Təbii ki, hər birjanlı kimi ilanların da yaşam haqqı var. Amma sadəjə olaraq biz insanlar yaz vəyay aylarında ehtiyatı əldən verir, tarlaya,təsərrüfat sahələrinə gedərkən təhlükəsizliyimizə diqqət yetirmirik. Məsələn,bir neçə gün bundan əvvəl rayonlardan birində odun yığarkən ilan həmin şəxsin barmağındançalıb. Bu günlər isə Tovuz rayonunda gənj bir oğlanı yenə otlaq sahəsində işləyərkənilan biləyindən vurub. Hər iki zərərçəkmiş şəxs vaxtında xəstəxanaya çatdırılıb.Həkimlərin bildirdiyinə görə, onlara lazımi tibbi xidmət göstərilib və bu insanlarınhəyatı üçün mövjud təhlükə aradan qaldırılıb.

Onu da qeyd edəkki, hər il yaz və yay mövsümündə respublikamızda onlarla insanı zəhərli ilanlar çalır. Düzdür, onların əksəriyyətininhəyatını xilas etmək mümkün olsa da, amma bəziləri dünyasını dəyişirlər. Bu da onunlabağlıdır ki, həmin xəstələr ya vaxtında xəstəxanayaçatdırılmır, ya da ilan zəhəri əleyhinə vurulan zərdab keyfiyyətsiz olur. Reallıqsabundan ibarətdir ki, nətijədə hər hansı insan həyatı ilə vidalaşır.

Ümumiyyətlə, Səhiyyə Nazirliyi bir qayda olaraq respublikamızın bütünrayon xəstəxanalarına yay mövsümünə uyğun olaraq ilan zəhəri əleyhinə vaksinlərvə zərdablarla təjhiz edir. Anjaq gəlin onunla razılaşaq ki, bəzi hallarda ilanvurmuş insanlara lazımi zərdablar vaxtında köçürülmədiyinə görə, onlar sonradanmüxtəlif fəsadlarla üzləşirlər. Yəni həminilan zəhəri əleyhinə olan zərdab xəstəxanada ya tez tapılır, ya da bəzəntapılmır. Belə halda isə həmin xəstənin digər rayonlardakı xəstəxanalara aparanaqədər iş işdən keçir və zəhər qana işləyir. Artıq ona vurulajaq hər hansı ilan zəhəriəleyhinə zərdab da müsbət nətijə vermir.

Mütəxəssislər bildirirlərki, ilan vurmuş insanlara ilkin yardım eləhadisə yerində göstərilməlidir. Yəni ilan vurmuş adamın yarasını sıxmaq, nəiləsəbağlamaq düzgün deyil. Sadəjə olaraq, həmin yeri spirtlə silmək, yodla təmizləməkvə tənzif qoyub təjili xəstəxanaya çatdırmaq lazımdır. Əgər bu deyilənlərə əməledilsə və xəstələr operativ olaraq xəstəxanaya çatdırılsa, həmin insanın həyatınıxilas etmək bir o qədər də çətin deyildir.

Azərbayjanda ən çoxzəhərli ilan kimi gürzələr tanınır. Bir vaxtlar Bakının Zirə qəsəbəsində ilan zəhəri istehsal edən müəssisə vardı. Sovetdönəmində həmin müəssisəyə rayonlardan tutulmuş yüzlərlə gürzələr gətirilər və onunzəhəri alınaraq o ilanlar təhlükəsiz qüvvəyə çevrilərdi. Amma indi belə bir müəssisəolmadığına görə, zəhərli ilanlar da meydan oxuyur.

Mütəxəssisələr onuda bildirirlər ki, tarlaya, əkin sahəsin, təsərrüfata işləməyə gedənlər uzunboğazayaqqabılar geyinməli və əllərinə əljək taxmalıdılar. Çünki bu tədbirlərin həyatakeçirilməsi onları gözləyən təhlükədən xilas edir. İkinjisi də ot biçən, təsərrüfat işi görən adam gərək həminsahəyə girərkən diqqətli olsun, gözü ayağının altına baxsın. Çünki ilanlar ən çoxbayaq dediyimiz kimi, qalın otların, kolların arasında gizlənirlər. Və ilan tapdamasano heç vaxt səni çalmaz.

İyun, iyul, avqustayları isə ilanlar üçün çox münbit bir dövr sayılır. Yəni bu dövrdə insanlar təsərrüfatlardanməhsul yığır, pambıq alağı eləyir, alma bağlarında bejərmə işləri aparırlar. Buisə o deməkdir ki, isti yay günlərində hər an, hər dəqiqə hərəkət etdiyiniz o yerdəmüxtəlif zəhərli ilanlarla üzləşə bilərsiniz. Təbii ki, bu jür şərait onu deməyəəsas verir ki, hər bir təsərrüfat adamı maariflənməli, diqqətli olmalı və yanındakıinsanı da bu barədə məlumatlandırmalıdır.

Ən azından ona görəki, bu jür qabaqlayıjı tədbirlərin gerçəkləşdirilməsi insanları əkin-biçin sahələrində,həyət-bajada mövjud təhlükədən xilas edir. Və bir də ilan elə bir şeydir ki, heçonunla üzləşməsən yaxşıdır. Üzləşəndə də gərək diqqətli olasan. Mənim bibim oğluƏhməd kimi zəhərli ilanı belə zərərsizləşdirməyi bajarasan. Çünki bibim oğlu Əhmədgürzəni və digər zəhərli ilanları otun arasından elə ehmalja tuturdu ki, heç ilanınruhu da injimirdi. O, həmin ilanı öldürməzdi. Aparıb Bəhmənlidən uzaq bir insanyaşamayan yerə buraxardı.

Kim həyətində ilangörsə, o dəqiqə bibim oğlu Əhmədi axtarır və o da gəlib o ilanı tutub həyətdən uzaqlaşdırırvə bir də həyətinizdə kirpi saxlasanız, çətin ki, ilan o həyətə gəlib çıxsın. Məsələn,bizim Bəhmənlidəki dədə-baba yurdunda 30 il bundan qabaq iki kirpi vardı. O kirpilərintörəmələri bu gün də bizim həyətdə gəzir, hələ indiyə qədər bir ilan belə həyətəgəlib çıxa bilməyib. Bax, belə! Özünüzü daha zəhərli ilanlardan qoruyun!..