adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 May 2020 14:04
16695
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YOXLAMA

"Yoxlama” deyəndəyadıma böyük rus yazıçısı Qoqolun "Müfəttiş” əsəri düşür. Yəni bu müfəttişin nəişlər gördüyü, yoxlama adıyla çıxardığı hoqqalar bu əsəri oxuyanların yaxşıyadındadır. Və mən yenidən o əsərin məzmununu danışıb sevimli və hörmətlioxucularımızı yormaq fikrində deyiləm. Onsuz da bu gün Azərbaycan oxucusu o qədəryüklənib ki, başını açıb rahat istədiyi bir kitabı, romanı, hekayəni oxumağavaxt tapmır.

Bütün dövrlərdəyoxlamalar olub. Və bu yoxlamalar da çox vaxt dövlətin, xalqın, millətin mənafeyinidüşünməkdən çox öz maraqlarını önə çəkiblər. Məsələn, Sovet dövründə "oboxeyes”vardı. Mənası bu idi ki, dövlət əmlakını talayanlara qarşı mübarizə. Amma dövlətdə qalırdı bir yanda, ölkə də qalırdı bir tərəfdə və bu "oboxeyeslər” ticarətçilərin,kolxoz və sovxoz rəhbərlərinin başına torba hörürdülər. Hansısa mağazada, təbiiki, arxası olmayan dükanda, beş qəpiyə görə, "obşot” elədiyi üçün satıcıhaqqında çinayət işi qaldırırdılar və rayponun da sədri həmin mağaza müdirinədeyirdi ki, qəm eləmə, uzaqbaşı sənə iki-üç il iş kəsəcəklər, sən də gedib türmədəyatanda həm ailənə baxacağıq, həm də sənə "peredaçi” göndərəcəyik.

Elə Sovet hökumətininevini və tifaqını da belə-belə yoxlamalar yıxdı. Nə az, nə çox 20-30 yoxlama təşkilatlarıvardı və hər təşkilatın da hər ay haqqını verməli idin ki, onlar gəlib səni işbaşında yaxlamasınlar. Əgər bir ay ohaqqı verməsəydin, "oboxeyslər” başının üstünü kəsdirəcəkdi, axırda da sənitutub salacaqdılar türməyə.

"Yoxlama” deyəndəo vaxtlar çox adamın canına üşütmə və vəlvələ düşərdi. Hər ay kimsə qurbanlıqqoyun kimi yaxalanmalıydı. Bu da baxırdı o adamın "vesinə”. Bayaq dedik axı,bir balaca arxan, dayağın zəif olsaydı, elə bu qurbanlıq qoyun sənin özünolardın.

Ölkəmizdə dəxeyli vaxtdır ki, bu yoxlamalar cənab Prezidentin tapşırığıyla dayandırılıb. Buda o məqsədlə edilib ki, sahibkarlıq fəaliyyətinə kimlərsə mənasız yoxlamalarlabadalaq vurmasın. İndi 3-4 ildir heç bir sahədə bu yoxlamalar aparılmır. Çoxnadir halda hər hansı bir şikayət, narazılıq olanda hansısa sahibkar yoxlanılabilər. Bizim sahibkarlar da bu humanist addımlardan bir çox halda sui-istifadəedirlər. Məsələn, keyfiyyətsiz çörək, keyfiyyətsiz kolbasa, keyfiyyətsizşirniyyat məmulatları, keyfiyyətsiz rəngli sular və s. və ilaxır. Bütün bunlar cəmiyyət tərəfindəngörünür və deyilir.

Bu günlərdəMilli Məclisdəki iclasda daxili işlər nazirinin birinci müavini yoxlamalaraparılması ilə bağlı icazə verilməsini gündəmə gətirib. Təbii ki, bu da səbəbsizdeyil. Çünki bayaq dediyimiz kimi, bir çox sahibkarlar yoxlamalarınolmamasından və nəzarətsizlikdən istifadə edərək əhaliyə vaxtı keçmiş məhsullar,mənşəyi bilinməyən mallar istehsal edərək sırayırlar. Heç kiloqramı birmanata, iki manata kolbasamı olar? Bizdənə qədər desən belə məhsullar var. Hansı ki, ən ucuz ətin kiloqramı 10 manatdanaşağı deyil. Əcəba, bəs bir-iki manatlıq kolbasa nə ətindən düzəldilib? Bax,bunu yoxlamalar keçirilsə, dəqiq aydınlaşdırmaq mümkün olar.

Bu gün də ölkəmizdəyoxlama qurumları kifayət qədərdi. Amma gəlin onunla razılaşaq ki, onlar da birçox halda əhalinin maraqlarından çox öz mənafelərini fikirləşirlər. Məsələn,yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi. Agentlik fəaliyyətə başlayankimi, bir çox müsbət addımlar atdı. Amma sonradan bu addımların arxası gəlmədi,istehsalçılar istehlakçıların hüquqlarını tapdamaqda davam etdilər və yenəedirlər.

İndi məmləkətimizdəçox böyük islahatlar həyata keçirilir. Və həmin islahatlara dəstəyi də cənabprezident İlham Əliyev verib. Xalq tərəfindən də prezidentin bu addımları çoxböyük hörmətlə qarşılanıb. Sözümüzün canı odur ki, bu gün bəli, bütün sahələrdəyoxlamalara ehtiyac var. Ancaq gərək bu yoxlamalar da çox obyektiv və şəffafolsun. Nə sahibkarın hüququ tapdansın, nə istehlakçıların istəkləri kölgədəqalsın. Başqa sözlə demiş olsaq, nə şiş yansın, nə kabab. Və bu yoxlamalardanqazanansa, dövlət, xalq və millət olsun. Bax, belə yoxlamaya həmişə, hər zamanböyük ehtiyac var. Ən azından ona görə ki, nə yoxlama təşkilatları, nə dəsahibkarlar dövləti və xalqı aldatmasınlar.