adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Oktyabr 2018 15:00
7967
MƏMLƏKƏT

Faiq Qismətoğlu: YOLUN SAĞI BOŞDURSA...

Bilmirəm, sizrespublika əhəmiyyətli yollarda bu məqamlara diqqət yetirmisiniz, ya yox?! Ammabiz bir hərəkət iştirakçısı olaraq respublika əhəmiyyətli yollarda avtomobillərinhərəkətinə diqqət yetirməyi heç vaxt yaddan çıxarmırıq. Ən çox da bizi narahatedən odur ki, yolun sağı boş olduğu halda soluyla əksər nəqliyyat vasitələri hərəkətəüstünlük verir. Hansı ki, "Yol hərəkəti haqqında" Qanunda birmənalıolaraq yazılıb ki, nəqliyyat vasitələri yolun sağı boş olduğu halda soluyla hərəkətetməməlidilər.

Çox təəssüf ki,bizim əksər sürücülər bu məqamlara diqqət yetirmir və yol hərəkəti qaydasınıpozmaqda davam edirlər. Yolun solu ona görə boş olmalıdır ki, həmin yerlə xüsusi operativ xidmət maşınları - məsələn, təcilitibbi yardım, yanğınsöndürən və eləcə də dövlət xidmətini yeriən yetirən digəravtomobillər hərəkət etməlidir. Əsl həqiqət isə başqa cürdür: bu yolla yükmaşınından tutmuş fərdi maşınlar yüksək sürətlə şütüməkdə davam edir. Hətta dəfələrləgörmüşük ki, mişar daşı aparan "Şadman", "Kamaz" və"Kraz" markalı yük maşınları yolun soluyla hərəkət edirlər və arxadangələn nəqliyyat vasitələrinə yol vermirlər. Yəqin bu görüntülərin siz də şahidiolmusunuz. Dəfələrlə sosial şəbəkələrdə yolun sağı boş olduğu halda, soluyla hərəkətedən yük maşınlarının və eləcə də minik maşınlarının görüntüləri sosial şəbəkədəyayılıb. Aydındır ki, sonradan yol polisi tərəfindən bu görüntülər araşdırılırvə qanunu pozan sürücü aşkarlanır, onlar barəsində inzibati cəzalar tətbiqedilir.

Bütün mənalardahərəkətin təhlükəsizliyi üçün dəfələrlə yazılarımızda qeyd etmişik ki, həmsürücülər, həm də piyadalar məsuliyyət daşıyırlar. Ancaq gəlin onunla razılaşaqki, bizim məmləkətdə yol hərəkəti qaydası pozularkən ən çox sürücülərinyaxasından yapışılır və onlar da məsuliyyətə cəlb edilirlər. Belə də olanda buyanaşma tərzində obyektivlik tarazlığı hardasa pozulmuş olur.


Göstərdiyimiz bunöqsanlar davamlı olaraq Yol Patrul XidmətiAlayının əməkdaşları tərəfindən aradan qaldırılır. Başqa sözlə demiş olsaq,respublikanın avtomobil yollarında kobud qayda pozuntularına yol vermiş heç birsürücü məsuliyyətdən kənarda qala bilməz. Çünki bütün qayda pozuntularısutkanın 24 saatı ərzində avtomobil yollarında quraşdırılmış radarlar vasitəsiləqeydə alınır və mərkəzi sistemə ötürülür. Bununla yanaşı, tağımlarda mütəmadiolaraq reydlər keçirilir, kobud qayda pozuntusuna yol verən avtomobil sürücüləridiqqət mərkəzində saxlanılır.

Yol Patrul XidmətiAlayının 6-cı tağımının əməkdaşları payız mövsümü ilə əlaqədar olaraq hərəkət iştirakçılarının maarifləndirilməsini və eləcə də qaydalara əməletməsini birmənalı olaraq unutmurlar. Sirr deyil ki, bəzi sürücülər respublika əhəmiyyətliyollarda ara məsafəsi saxlamır, yağışlı, yağmurlu havalarda meteroloji şəraitinəzərə almır, hətta ötmə əməliyyatlarını belə ehtiyatsız həyata keçirirlər. Bucür qayda pozuntuları birmənalı olaraq ağır qəzaların baş verməsinə gətiribçıxara bilər.


Məhz buna görə dəson həftələr 6-cı tağımın əməkdaşları göstərdiyimiz qayda pozuntuları ilə əlaqədarolaraq reydlər keçirirlər. Bayaq dediyimiz kimi, öncədən hər bir tədbir hərəkətiştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə hesablanıb. Həm də yağışlıhavalarda sürücülər gecə saatlarında yolu yaxşı görmür və bu zaman təyinolunmamış yerdən keçən piyadaları da təhlükə gözləyir. Reydlər də bir dahatağım əməkdaşları həmin məsələləri ön plana çəkirlər. Yəni yağışın güclüyağdığı və leysanın davam etdiyi müddətdə nəqliyyat vasitələrinin sahiblərinisaxlayıb maarifləndirir, diqqətli olmalarını nəzərlərinə çatdırır. Həttastasionar postda bir neçə minik avtomobilinin sahibininsaxlanılaraq xəbərdarlıq olunmasının şahidi olduq.

Belə ki, polisbaş serjantı Xəzər Əliyev yağışlı havada xarici markalı avtomobilin sürücüsünüQaradağ postunda saxlatdırdı. Sözün düzü, sürücü yol polisinin maşınınısaxlatdırdığına görə, özünü narahat hiss etdi. Bu narahatlığı hiss edən polisbaş serjantı Xəzər Rzayev sürücüyə bildirdi ki, narahatlığa heç bir əsasyoxdur. Sadəcə olaraq, siz Bakı-Qazax yoluyla hərəkət edirsiniz, mənziliniz dəyəqin uzaqdır. Biz də yadınıza salırıq ki, belə yağışlı havada sürət həddinə əməledin, ara məsafəsi saxlayın və bir qədər diqqətli olun. Yol polisi əməkdaşınınbu cür səmimi söhbətindən sürücü çox razı qaldı və sükan arxasına əyləşibyoluna davam etdi.


Reyd zamanıyolun sağı boş olduğu halda, solu ilə hərəkət edən bir neçə avtomobil sürücüsüdə saxlanıldı. Polis baş serjantı Abbas Abdullayev monitorda görüntüyə baxandansonra avtomobil yoluyla hərəkət edən xarici markalı avtomobili saxlatdırdı.Sürücü Əhməd Məmmədov qanunu pozmağını etiraf etdi. Dedi ki, bir qədərfikirli idim. Ona görə də yolun soluyla avtomobili idarə etməli oldum. Buna görəgünahımdan keçin. Təbii ki, yol hərəkəti qaydasını pozmuş sürücü öncə polis başserjantı Abbas Abdullayev tərəfindən maarifləndirildi. Sonra isə onun barəsindəpolis baş serjantı inzibati protokol tərtib etdi.

Bir faktı daqeyd edək ki, 6-cı tağımın əməkdaşları yol hərəkəti qaydasının təhlükəsizliyinitəmin etməklə yanaşı, stasionar postda xidməti vəzifələrini yerinə yetirərkənbir neçə şəxsin cinayət xarakterli əməllərinidə aşkarlayıblar. Məsələn, sentyabrın 26-da saat 8:00 radələrində AzərbaycanRespublikası Qida Agenitliyinə, DİN BaşDövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 6-cı tağımından daxilolmuş məlumat əsasında 1969-cu il təvəllüdlü Biləsuvar rayonunun Xırmandalı kəndsakini Əli İxtiyar oğlu Quliyevin idarə etdiyi "Mersedes-Benz"markalı 10 DA 091 dövlət qeydiyyat nişanlı avtomobilə Qida TəhlükəsizliyiAgentliyi və yol polisi əməkdaşları tərəfindən birgə baxış keçirilib.

Baxış zamanıavtomobilin arxa saxlanc yerində təxminən 400 kq yaxın yük hissələrində antisanitariya şəraitində, mənşəyinəvə sağlamlığına dair heç bir sənədolmayan, rəngi qaralmış, kəskin qoxusu olan, üzərində yapışqan selik əmələ gəlmişət aşkar olunaraq adiyyəti tədirlər keçirmək üçün götürülüb. Müayinə zamanımüsadirə olunan ətin at əti olması məlum olub.

Bax, bu cürcinayət xarakterli faktların aşkar olunmasında Yol Patrul Xidməti Alayının 6-cıtağımının əməkdaşlarının çox böyük xidmətləri vardı. Burda peşəkar, prinsipialvə ədalətli mövqeyin nümayiş etdirilməsi önəmli əhəmiyyət kəsb edir. Yəni yolpolisi bu cür cinayətlərə qarşı həmişə fəal mövqe tutub və öz əməllərilə birdaha təsdiq edib ki, kimliyindən asılı olmayaraq, cinayət törədibsə, məsuliyyətəcəlb edilməlidir.

Altıncı tağımınnaryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki,tağım əməkdaşları payız mövsümüylə əlaqədar olaraq rəhbərlik tərəfindən xüsusilətəlimatlandırılıb. Yəni hər bir əməkdaş mürəkkəb hava şəraitində necə xidmətetməyi və hərəkət iştirakçılarına qarşı hansı addımlar atmağı öncədən bilir. Bumənada biz çalışırıq ki, mövsümdən asılı olmayaraq, baş verə biləcək qəzalarınqarşısını qabaqlayıcı tədbirlər nəticəsində almağı bacaraq. Buna görə də ilknövbədə hər bir əməkdaş daha diqqətli olmalı, tapşırılan işə məsuliyyətləyanaşmalıdır. Tağımımızın əməkdaşlarından polis baş serjantları AbbasAbdullayev, Elmir Məmmədov, Əhliman Məmmədov, Xəzər Rzayev, Anar İbrahimov, ŞəmsəddinƏliyev və başqaları bir qayda olaraq səhərsaatlarında rəhbərlik tərəfindən təlimatlandırılır və onlar qarşısında konkretvəzifələr qoyulur. Bu əməkdaşlar da növbə ərzində qarşıya qoyulmuş tapşırıqlarıməsuliyyətlə icra edirlər.

Payız mövsümündə tez- tezhava şəraiti dəyişir, güclü yağışlar yağır. Yağışların yağması isərespublikanın avtomobil yollarında sürücülər üçün müəyyən problemlər yaşadır.Ona görə də hər bir sürücü metereoloji şəraitinəzərə almalı və ona uyğun sürət həddi seçməlidir. Yəni avtomobil yolunda ara məsafəsisaxlamalı, bütün təhlükəsizlik qaydalarına əməl etməli və eyni zamanda məsuliyyəthissini artırmalıdır. Belə olarsa, yağışlı havalarda ağır qəzalar azalar vəbaşqa sözlə demiş olsaq, onun qarşısı xeyli alınmış olar.

Reyddə iştirakedirdilər: Vüqar ƏSGƏROV - Yol Patrul Xidməti Alayının 6-cı tağımınınkomandiri, polis mayoru; Namiq Əzizov - 6-cı tağımın naryad rəhbəri, poliskapitanı; Elçin ORUCOV - 6-cı tağımın polis kaptanı, baş inspektor; İlhamQURBANOV - 6-cü tağımın polis leytenantı, baş inspektor; Xəzər RZAYEV - 6-cıtağımın əməkdaşı, polis baş serjantı; Abbas ABDULLAYEV - 6-cı tağımın əməkdaşı,polis baş serjantı; Faiq QİSMƏTOĞLU - "Ədalət"in əməkdaşı.