adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
05 Avqust 2019 12:18
16639
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YOL POLİSİ QULDUR DƏSTƏNİ ZƏRƏRSİZLƏŞDİRDİ

YolPatrul Xidməti Alayının tağımları bir qayda olaraq respublikanın avtomobilyollarında hərəkətin təhlükəsizliyini təmin edirlər. Yay mövsümü ilə əlaqədarolaraq onlar xidmət apardıqları yerlərdə daha diqqətli olur, gecə saatlarında sərnişindaşıyan və yük aparan avtomobillərinsürücülərini stasionar postda saxlayır, onlarla səmimi söhbətlər edirlər.Bu söhbətin də məğzi ondan ibarətdir ki, gecə saatlarında sükan arxasında əyləşmişsürücülər yuxulamasınlar və mənzil başına özlərini, sərnişinləri sağ-salamatçatdıra bilsinlər.

Sirrdeyil ki, havaların isti keçməsi ilə əlaqədar olaraq bəzi nəqliyyat vasitələrininsürücüləri mövcud şəraiti nəzərə almır, 16-18 saat sükan arxasında əyləşir və həttaradarlar olmayan yerdə avtomobilləri saatda 130-140-la və daha yüksək sürətləidarə edirlər. Bir tərəfdən yüksək sürət, dugər tərəfdən də yuxusuzluq bir çoxhalda sürücülərə baha başa gəlir. Yəni qəzalar baş verir və nəticədə ölənlər vəağır xəsarət alanlar olur.

Mövcudproblemin aradan qaldırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyivə eləcə də Yol Patrul Xidməti Alayının komandiri tağımlar qarşısında zəruri vəzifələrmüəyyənləşdirib. Bu vəzifələrə əsasən hər bir tağım komandiri xidmətapardıqları avtomobil yollarında əməkdaşlar arasında intizamı möhkəmlətməli,kobud qayda pozuntularına qarşı sərt mübarizə aparmalı, qabaqlayıcı tədbirlər həyatakeçirməlidilər. Ona görə də hər bir tağım komandiri səhər saatlarında bir daha bu vəzifələri əməkdaşlarının diqqətinəçatdırır, onları təlimatlandırır.

YolPatrul Xidməti Alayının Bakı-Qazax yolunun Ələtə qədər olan istiqamətində xidmətaparan 6-cı tağımın əməkdaşları sutkanın 24 saatı ərzində nəqliyyat vasitələrinintəhlükəsiz hərəkət etməsi üçün bütün zəruri tədbirləri həyata keçirirlər. Onlarstasionar postda sərnişin daşıyan, avtobus və mikroavtobus sürücülərinisaxlayaraq xəbərdarlıq edir, onlara diqqətli olmağı bildirir və maarifləndiricisöhbətlər aparır.

Təbiiki, bu cür proflaktik təbliğat işinin aparlıması istər-istəməz baş verə biləcəkqəzaların qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edir. Normadan artıq sərnişinvə yük daşıyan heç bir sürücü yol polisinin nəzərindən yayınmır. Əlbəttə, bu daonunla bağlıdır ki, 6-cı tağımın rəhbərliyiöz işini günün tələbləri səviyyəsində qurmağı bacarır. Üstəlik də havalarınisti keçdiyi günlərdə sərnişin daşıyan sürücülərlə söhbətlər daha mütəmadixarakter alır.


YolPatrul Xidməti Alayının 6-cı tağımının naryad rəhbəri, polis kapitanı Namiq Əzizov bizimlə söhbətində bildirdi ki, havaların isti keçdiyi günlərdə əməkdaşlarımızdaha gərgin işləyiblər. Onlar yolun müxtəlif istiqamətlərində hərəkət edən sərnişindaşıyan avtobusları bir çox halda saxlayaraq sürücülərlə səmimi söhbətlər ediblər.Onu da deyim ki, bu söhbətlər hər iki tərəfdən hörmətlə qarşılanıb. Bu söhbətlərdənhəm sürücülər, həm də yol polisi özü razı qalıb. Məhz buna görə də xidmətapardığımız avtomobil yolunda ağır qəzalar əvvəlki vaxtlara nisbətən azalıb,ölüm və xəsarətalma halları aşağı enib. Bununla yanaşı, stasionar postda avtomobil saxlayan bir neçəsürücünün səhhətində problem yarandığını əməkdaşlarımız görüb. Onlara köməklikgöstərilib və hadisə yerinə təcili tibbi yardım maşını çağrılıb. Həkimlərin köməyiilə həmin sürücünün və sərnişinin səhhətində yaranmış problem aradanqaldırılıb. Özünü normal hiss edən sürücü yenidən sükan araxasında əyləşərəkyolunu davam etdirib.

YolPatrul Xidməti Alayının əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etməkləyanaşı, cinayətkarlara qarşı da fəal mübarizə aparır. Belə ki, iyun ayının 27-dəaxşam saatlarında posta belə bir məlumatdaxil olub ki, Quba rayonunda cinayət törətmiş dəstə bu istiqamətdə hərəkətedir. Operativ olaraq tağım komandiri Vüqar Əsgərov iclas keçirir və əməkdaşlarıbu məsələ ilə əlaqədar məlumatlandırır. Naryad rəhbəri, polis kapitanı NamiqƏzizov, baş inspektor, polis kapitanı Elçin Orucov, polis baş serjantları Vaqifİsmayılov, polis serjantları Anar İbrahimov, Fuad Rzayev, Mirəziz Bədirxanlı buişə cəlb edilir. Posta yaxınlaşan "Opel” markalı 99 SF 462 nömrəli minik maşınısaat 21:45-də postda saxlanılır. Cinayətkar dəstənin üzvləri adını çəkdiyimizyol polisi əməkdaşlarının yüksək peşəkarlığı nəticəsində zərərsizləşdirilir. 4nəfərdən ibarət dəstə üzvü Quba rayonunda 38 mağazada oğurluq ediblər, Onlarıntörətdiyi oğurluq və qarət Quba rayonunda böyük əks-səda yaradıb. Yol polisi əməkdaşlarıtərəfindən saxlanılan cinayətkar dəstənin 4 üzvü adiyyəti üzrə polis şöbəsinə təhvilverilib.

Göründüyükimi, yol polisi həm də lazım gələndə cinayətkarlığa qarşı da mübarizə aparır.Bunu üçün hər bir polis əməkdaşından yüksək peşəkarlıq, çeviklik və fizikihazırlıq tələb edilir. Məhz quldur dəstənin üzvləri də 6-cı tağımın əməkdaşlarınınyüksək peşəkarlığı, çevikliyi və fiziki hazırlığı nəticəsində zərərsizləşdirilib.

Bir sözlə,onu deyə bilərik ki, bu gün Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşlarıxidmət apardıqları Bakı-Qazax avtomobil yolunda hərəkətin təhlükəsizliyini təminetmək üçün ən müasir metodlardan və qabaqcıl təcrübədən istifadə edir. Bu mənadaonlara radar sistemləri və xidməti avtomobillər yetərincə yardımçıdı. Və bir dəən əsası odur ki, tağım əməkdaşları tapşırılan işə vicdanla yanaşır, sutkanın24 saatını təhlükəsiz və qəzasız başa vurmaq üçün var qüvvə ilə çalışır. Bu isəistər-istəməz mövcud problemlərin həllində önəmli rol oynayır.