adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Iyul 2019 17:20
12811
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YARMARKADA ÖZBAŞINALIQ...

Bakı şəhərindəyarmarkalar heç də təsadüfən yaradılmayıb. Bunun yaradılmasına Azərbaycanprezidenti İlham Əliyev göstəriş verib. Təbii ki, bu göstəriş də bir neçə ildirki, adiyyəti qurumlar tərəfindən yerinə yetirilir. Və yarmarkaları da təşkil edəndədüşünüblər ki, bazarla müqayisədə orda ucuzluq yaradılsın. Tay fikirləşməyiblərki, kimlərsə bu ucuzluğu yaratmaq əvəzinə, yarmarkalardan öz maraqları üçünistifadə edəcəklər.

Əlbəttə,ilk vaxtlar Bakı şəhərində təşkil olunmuş yarmarkalarda bir canlanma var idi.Başqa sözlə demiş olsaq, əhali şənbə-bazar günləri fəaliyyət göstərən buyarmarkalara çox böyük ümidlə baxırdı. Ancaq elə ki, yarmarkada ucuzluq olmadı,keyfiyyətsiz mallar satışa çıxarıldı, bax onda da əhalinin böyük hissəsi ordandönüb yenidən bazarlara üz tutdular.

Əlbəttə,hər bazara üz tutmadılar. Əksəriyyət 8-ci Kilometr yaşayış sahəsində fəaliyyətgöstərən bazarlara getdi və gördülər ki, həqiqətən də bu bazar yarmarkadakınanisbətən daha ucuzdur.

Görəsən,yarmarkalardakı əsl həqiqəti onu təşkil edən Kənd Təsərrüfatı Nazirliyi və icrahakimiyyəti orqanları bilirlərmi? Yəqin ki, bilməmiş olmazlar. Çünki onlar şənbə-bazargünləri Bakıda təşkil olunan yarmarkalara nəzarət edir və hətta orda kimləralverlə məşğuldur, onu da bilirlər. Üstəlik də bazarlardan fərqli olaraqyarmarkalarda bütün məhsulların qiyməti yazılıb üstünə vurulur. Qiymətdən artıqkimsə, nəsə alıcıdan istəsə, həmin adam yarmarkadan uzaqlaşdırılır. Təəssüf ki,bu sözdə belədi, əməldə hər şey əksinədi. Birincisi, qiymətlər bazarlarlamüqayisədə çox bahadır. İkincisi, ora çıxarılan məhsullar bir o qədər dəkeyfiyyətli deyil.

Məsələn,götürək elə Xətai rayon ərazisində təşkil edilən yarmarkanı. Hətta burdakıbahalığa görə, bir həftə bundan əvvəl Bakı meri Eldar Əzizov da yarmarkaya başçəkmişdi. Alıcılar bahalıqla bağlı merə şikayət etmişdilər. Mer orda olanda bəzi meyvə-tərəvəzi ucuz qiymətəsatdılar. Elə ki,mer getdi, yenə qiymətlər qalxdı. Soğan 70 qəpik, kartof 70-80qəpik, pomidor, xiyar 1 manat, meyvələr isə daha baha qiymətə satılır.

Ənacınacaqlı vəziyyət isə yarmarkada ət satışında olan özbaşınalıqdı. Uzun illərdiburda ət satışı ilə Laçından olan bir şəxs məşğul olur. Başa düşmək olmur, niyəbir adam hər dəfə yarmarkaya ət gətirməlidir?! Özü də deyilənlərə görə, həminadam öz məhsullarını deyil, 8-ci Kilometr bazarından ucuz qiymətə aldığı ətisatışa çıxarır. Alıcıların əksəriyyəti bu adamdan və ət satışından narazıdılar.Çünki ət satışında mövcud sanitar-gigiyenik qaydalara əməl olunmur, qəssablartez-tez gigiyenik qaydaları pozur, əlcəklə işləmir və tozun-torpağın içində ətsatırlar.

Ötən şənbəhava çox isti idi. Yarmarkaya baş çəkəndə gördüm ki, ət satışındakı mövcud nöqsanlara narazılıq eləyənlərvar. Hava çox isti olsa da, ətlər günün altında qoyulub və gigiyenik qaydalara əməlolunmadan satılırdı. Hansı ki, isti havalarda bir neçə saatdan sonra həmin ətlərdəmikroblar yarana bilər və bu da nəticədə insanlar üçün baş ağrısına çevrilər.Orta yaşlı bir kişi ət köşkünə yaxınlaşıb qiyməti soruşdu. Dedilər ki, ətucuzdu. Alıcı isə ətin günün altında satıldığına etiraz eləyəndə onların rəhbərihəmin alıcını yaş yuyub quru sərdi. Yazıq alıcı irad tutmağına peşman oldu. ƏslənLaçından olan, ət satışını həyata keçirən orta yaşlı kök qara kişi isə ağzınıaçıb gözünü yumdu:

- Sənkimsən ki, mənə irad tutursan? Xoşun gəlir al, xoşun gəlmir alma. Mənim kefimbelə istəyir. Çox o yan-bu yan eləsən, uşaqlara deyərəm səni salar təpiyinaltına.

Ortayaşlı alıcı abrına bükülüb bir söz demədi. Eynəyini çıxarıb diqqətlə ona baxdıvə sonra da dilləndi:

- Günahsəndə deyil, günah səni bura buraxan vəzifəli şəxslərdədi. Sizi buraqoymayıblar ey, bizi təhqir edəsiniz, sizə şərait yaradıblar ki, insanlara mədənixidmət göstərəsiniz. Siz də xidmət əvəzinə bizim əsəblərimizlə oynayır, günün altındaxarab olan əti bizə satırsınız. Görərsən, sənin barəndə lap yuxarılara yazacam.Üstümü unlu görüb adımı dəyirmançı çağırma!

Ətsatıcışına rəhbərlik eləyən qara oğlan qəzəbləndi:

- Get, əlindəngələni beş qaba çək! Burda heç kim mənə gözün üstə qaşın var deyə bilməz.

Ortayaşlı kişi həmin adamın məsuliyyətsiz və özündən müştəbehliyini görüb əliniyelləyərək ordan uzaqlaşdı. Fikrini öyrəndiyimiz neçə-neçə adam da bildirdi ki, ət satışını təşkil edən bu insançox kobud adamdı - nə böyük yeri bilir, nə də kiçik. Nə vaxta qədər ki, bu adamyarmarkada ət satışına rəhbərlik edəcək, o vaxta qədər də bu sahədə qanunsuzluqbaş alıb gedəcək.

İnsanlarahörmətlə, segiylə, mədəniyyətlə yanaşmaq lazımdır. Üzümüzü Xətai rayonunda fəaliyyətgöstərən yarmarkanı təşkil edən Kənd Təsərrüfatı Nazirliyinə və yerli icraorqanına tutub deyirik:

- Ətsatışında bu cür qanunsuzluğa yol verən adam ya tezliklə intizama dəvət edilməlidir,ya da ordan uzaqlaşdırılmalıdır. Əks təqdirdə yarmarkada ət satışındakıözbaşınalıq və qanun pozuntusu davam edəcək, isti yay günlərində əhaliyəkeyfiyyətsiz ət satılacaqdır.

Göründüyükimi, bu yarmarkada olan özbaşınalıq bəzi sahibkarların at oynatmasına gətiribçıxarır. Yarmarkalar Bakıda ona görə yaradılmayıb ki, hansısa alverçi orda qazvurub qazan doldursun və at oynatsın. Yarmarkalar ona görə yaradılıb ki, əhaliyəxidmət göstərilsin və ucuz qiymətə kənd təsərrüfatı məhsulları satılsın. Hələki, camaat bu ucuzluğu və məhsul keyfiyyətini görə bilmir.