adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Dekabr 2019 10:20
25438
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: YAĞIŞLI GÜNLƏRİN ÇƏTİNLİYİ

Dünyanın hər yerində nəqliyyatvasitələrinin çoxluğu bir tərəfdəninsanların həyat şəraitinə müsbət təsir edirsə, digər tərəfdən müəyyən problemlərdə yaradır. Təbii ki, bu problemlər idarə olunan avtomobillərdə deyil, onunsükanı arxasında əyləşmiş sürücülərdən asılıdır. Eyni zamanda, digər hərəkətiştirakçıları da bir çox halda yol hərəkəti qaydalarına əməl etmir, piyadalar təyinolunmuş yerlərdən deyil, hardan gəldi keçirlər.

Əlbəttə, bütün bu qaydapozuntuları birmənalı olaraq yol-nəqliyyat hadisələrinin baş verməsinə gətiribçıxarır. Bu gün ölkəmizdə də hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçünçox ciddi qabaqlayıcı addımlar atılır. Aydındır ki, bu addımlar Baş Dövlət YolPolisi İdarəsi Yol Patrul Xidməti Alayı tərəfindən gerçəkləşdirilir. Çünkirespublikanın avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsiYol Patrul Xidməti Alayının funksiyasına daxildir. Aydındır ki, adını çəkdiyimizalay öz qüvvəsini sutkanın 24 saatını avtomobil yollarında hərəkətin təhlükəsizliyinintəmin edilməsinə yönəldir. İlk növbədə sükan arxasında əyləşmiş sürücülərin yolhərəkəti qaydalarına əməl edilməsi ciddi nəzarətdə saxlanılır. Müasirtexnologiyaların mövcudluğu və ağıllı radarların fəaliyyəti sürət həddini aşanvə axtarışda olan bütün növ avtomobilləri aşkar edir. Onlar barəsində avtomatikolaraq elektron protokol tərtib olunur. Gəlin onunla razılaşaq ki, respublikanın avtomobil yollarında radarsistemini tətbiqi yüksək sürətlə nəqliyyat vasitəsini idarə edən sürücülərinqarşının alınmasında və azalmasında çox böyük rol oynayıb və oynayır. Əgəravtomobil yollarında çoxlu sayda radarlar olmasa, onda görün nəqliyyat vasitələrininsürətlə idarə edilməsi zamanı nə qədər ağır qəzalar baş verər. Yəni bu sistemölümlə nəticələnən qəzaların qarşısının alınmasında da az əhəmiyyət kəsb etmir.

Yol Patrul Xidməti Alayınınbütün tağımları bayaq dediyimiz kimi, hərəkətin təhlükəsizliyinin təmin edilməsiüçün qabaqlayıcı və maarifləndirici tədbirlər həyata keçirir. Belə tağımlardanbiri də Hacıqabul-Horadiz avtomiobil yolunda xidmət aparan 12-ci tağımın əməkdaşlarıdı.Tağım əməkdaşları həmin yolun 0-cı kilometrindən 112-ci kilometrinə qədər hərəkətintəhlükəsizliyini təmin edirlər. Bir qayda olaraq, sutkanın 24 saatı ciddi rejiməsasında davam edir. Xüsusən də bayram günlərində 12-ci tağımın əməkdaşlarıciddi rejimdə işləyir, avtomobil yolunda nəqliyyat vasitələrinin artmasını nəzarətdəsaxlayır və bu məqsədlə bütün təhlükəsizlik tədbirlərini həyata keçirirlər.



Cari ilin 11 ayı ərzində 12-citağımın əməkdaşları 20799 qayda pozuntusu aşkar edib. Bunlardan 10450-si ötmə əməliyyatınınpozulıması, 12-si sərxoş, 18-i sərnişindaşıma, 1223-ü yükdaşıma qaydalarınınpozulması ilə bağlıdır. 930 qayda pozuntusu isə digər qanun pozuntuları ilə əlaqədardır.İlk növbədə tağım əməkdaşları ona çalışır ki, hərəkət iştirakçıları mənzilbaşına sağ-salamat çatsınlar. Bu məqsədlə keçirilən reydlər zamanı avtobus vəmikroavtobus sürücüləri stasionar postda saxlanılaraq maarifləndirilir vəonlara xəbərdarlıq olunur. Xüsusən də hava şəraitinin mürəkkəb olduğu günlərdənəqliyyat vasitələrinin sürücülərinin nəzərinə çatdırılır ki, yağışlı havadasürət həddinə əməl etsinlər, ara məsafəsi saxalsınlar və əyləc sistemindənistifadə etməsinlər. Üstəlik də günün qaranlıq saatında hərəkət edərkən dahadiqqətli olsunlar ki, yolu keçmək istəyən piyadaları görə bilsinlər.

Heç kimə sirr deyil ki,piyadaların vurulması halları günün qaranlıq saatında baş verir. Günün qaranlıqsaatında da sürücü yol işıqlandırılmadığına görə yaxşı görmür, piyada da qarapaltar geyindiyi üçün onu uzaqdan müəyyənləşdirmək olmur. Və üstəlik də piyadatəyin olunmuş yerdən yox, hardan gəldi yolu keçmək istəyir. Ona görə də bütünbu məsələlər və problemlər 12-ci tağımın daim diqqət mərkəzindədir. Keçirilənreydlərdə piyadalar saxlanılır, hərəkət iştirakçılarına toxunduğumuz məsələlərizah edilir və onlara bildirilir ki, sutkanın gündüz və qaranlıq saatlarında yolukeçərkən diqqətli olsunlar. Xüsusənqaranlıq vaxtı təyin olunmamış yerdən keçməsinlər. Çünki sürücülər uzaqdanonları görə bilmirlər. Təbii ki, bu cür təbliğat və izahat işləri piyadalarlabağlı hadisələrin azalmasına müsbət təsir edir.

Yol Patrul Xidməti Alayının12-ci tağımına çox gənc və mədəni, savadlı bir polis kapitanı komandir təyineidlib. Bu, 34 yaşlı Cəmin Abasovdu. Təbii ki, gənclərin irəli çəkilməsi çoxsevindirici haldır. Üstəlik bu həm də məsulliyyət deməkdi. Və tağım komandiri CəminAbasov da məhz peşəkarlığı, məsuliyyətivə dərin biliyinə görə, bu vəzifəyə təyin edilib. Üstəlik də indiki gənclərmüasir texnika və texnologiyanı yaşlı nəsildən daha mükəmməl bilirlər. Onunlasöhbət zamanı bir daha aydınlaşdı ki, gənclərin irəli çəkilməsi çox vacib şərtlərdəndi.Çünki onlar yeni ideyalarla gəliblər, müasir innovasiyaları yaxşı bilirlər və üstəlik də onu təcrübədə tətbiq eləməyiyaşlı insanlardan daha asanlıqla bacarırlar. Hər halda, bu cür istedadlı,savadlı və müasir düşüncəli gənclərin vəzifədə əyləşməsi həm ədalət tərəzisiniqoruyur, həm də bu vətənə, bu xalqa onlar daha yaxşı xidmət edəcəklər.

Polis kapitanı Cəmin Abasovlasöhbət zamanı onun bir çox yeni fikirləri və düşüncələri məni də maraqlandırdı. Aydındır ki, bu yenifikirlər və düşüncələr gələcəkdə xidmət zamanı gerçəkləşəcək, yol-nəqliyyathadisələrinin qarşısının alınmasında önəmli əhəmiyyət kəsb edəcəkdir.

Hacıqabul-Horadiz avtomobilyolunun düz 4 yerində piyadaların təhlükəsizliyi ilə bağlı lövhələrə rast gəldik.Həmin lövhələrdə yazılmışdır."Piyadalar, diqqətli olun!". Bu cür maarifləndirici lövhələrin magistralyollarda olması çox müsbət əhəmiyyət kəsb edir. Ən azından ona görə ki,sürücünün gözü avtomobili sürətlə idarəedərkən bu lövhələrə sataşır və istər-istəməz ailəsi, balaları yadına düşür,sürət həddini aşağı salır. Maraqlı bir təbliğat vasitəsi isə xidmət aparan yolpolisi maşınının maketinin yolun kənarında qoyulmasıdır. Heç kim uzaqdanaydınlaşdıra bilməz ki, bu yol patrul xidməti maşınıdır, yoxsa maketdi. Həttagecə saatlarında o maketin sayrışan işıqları da yanır və sürücülərə uzaqdanaydın olur ki, orda yol patrul maşını var. Axı bizim sürücülər öyrəşiblər ki,yol polisi və radarlar olmayan yerdə avtomobilləri sürətlə idarə etsinlər. Eləki, bəzi sürücülər yol polisini və radarları görür, o qədiqə avtomobilin sürəthəddini aşağı salır.

Bu gün 12-ci tağımda çox sağlam və gözəl bir mühit var. Əlbəttə,bu mühiti yaradan rəhbərlikdi. Çünki rəhbərlik bu tağıma enerjili və istedadlıbir gənc komandir təyin edib. Bu isə o deməkdir ki, belə mühitdə işləmək də əməkdaşlarüçün çox asandır.

Biz Hacıqabul-Horadiz avtomobil yolunda hərəkət edərkən qış mövsümü ilə bağlı hazırlıq işləriningörüldüyünün şahidi olduq. Belə ki, yolların kənarına çox yerdə qum yığılmışdı.Bu qum da onun üçündür ki, qar yağarsa, yollar buz bağlayarsa, bu qum yolatökülə bilər və sürücülər də asanlıqla hava şəraitinin qarlı və çovğunluolmasına baxmayaraq, mənzil başına çata bilərlər. Bununla yanaşı, tağım əməkdaşlarısərt döngələrdə və yolun təhlükəli yerlərində mütəmadi olaraq xidmət aparır,mövcud təhlükəni vaxtında aradan qaldırırlar. Tağımın əməkdaşlarından polis başleytenantı Ramil Bədəlov, polis baş serjantları Xəyal Ələkbərov, Rahim Abdalov,polis serjantı Elməddin Bağırov tapşırılan işin öhdəsindən bacarıqla gəlirlər.Onlar növbə ərzində qanunu pozan sürücüləri məsuliyyətə cəlb edir. Elektronprotokol tərtib edir və bir çox halda hərəkət iştirakçıları ilə maarifləndiricisöhbətlər aparırlar.

Hərəkətin təhlükəsizliyi hərbir iştirakçıdan, hər bir sürücüdən və hər bir piyadadan diqqət tələb edir.Sürücülər sürət həddinə əməl etməli, hava şəraitinin mürəkkəbliyini nəzərəalmalı, piyadalar isə təyin olunmuş yerlərdən keçməlidirlər. Bax, bu vacib məsələlərəhərəkət iştirakçıları tərəfindən əməl ediləndə, yəni onlar yol hərəkətiqaydalarına riayət edəndə yol polisinin də işi asan olur, ölüm və xəsarətalmahalları az baş verir. Deməli, bütün hallarda sürücülər və piyadalar diqqətliolmalıdırlar.