adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Iyul 2020 13:15
26492
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: TİBBİ MASKALAR...

... Dünyanı cənginəalan koronavirus özü ilə çox bəlalar gətirib.Hələ də dünya səhiyyəsi bu xəstəliyin müalicəsini və vaksinini tapa bilməyib. Həttadünyanın ən inkişaf etmiş ölkələri belə COVİD-19-un əlində əsir-yesir olublar.Amerika kimi dünyaya meydan oxuyan budövlət xəstəliyin qarşısında aciz qalıb.Yeganə çıxış yolu kimi əhaliyə tövsiyə olunur ki, sanitar-gigiyenik qaydalara əməletsinlər, ara məsafəsi saxlasınlar və maskasız küçələrə çıxmasınlar. Təbii ki,indiki zamanda virusdan qorunmağın yeganə yolu məhz budur.

Azərbaycan dadüz 4 aydan çoxdur ki, koronavirusla mücadilə edir. Dövlət və hökumət səviyyəsindəəhalinin sağlamlığının qorunması üçün öncədən bütün qabaqlayıcı tədbirlərgörülüb. Cənab prezident İlham Əliyevin tapşırığı ilə bu xəstəliklə mübarizəyəixtisaslaşmış səhiyyə ocaqları ayrılıb, üstəlik də yeni tipli modul xəstəxanalartikilərək istifadəyə verilib. Və bu xəstəxanalarda virusa yoluxanların müalicəedilməsi üçün hər gün dava-dərman, texniki avadanlıqlar və süni tənəffüsaparatları vardır. Elə məhz bu avadanlıqların və preparatların köməklikləri nəticəsindəCOVİD-19-a yoluxan əksər xəstələrin həyatını xilas etmək mümkün olub. Həyatakeçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində əvvəlki vaxtlarla müqayisədəvirusa yoluxanların sayı azalıb, sağalanların sayı isə çoxalıb. Təbii ki, bumüsbət tendensiya dövlətin və hökumətin, konkret olaraq NazirlərKabineti yanında Operativ Qərargahın həyata keçirdiyi sərt karantin rejimi nəticəsindəmümkün olub. Və əhali də əvvəlki vaxtlara nisbətən bir qədər bu xəstəliyə dahaməsuliyyətlə yanaşır, mövcud virus təhlükəsindənqorunmaq üçün sanitar-gigiyenik qaydalara əməl edir.

Amma məsələningörünməyən və daha doğrusu, hamının bilmədiyi tərəflər də var. Bəlkə də bunuçoxları görür, amma əhəmiyyət vermir. Çünki bəziləri fikirləşir ki, elə maskataxırsan, deməli, bu xəstəlikdən sığortalanmısan. Ancaq maska taxmaq hələ bu xəstəlikdəntam xilas olmaq demək deyil. Çünki maskadan da düzgün istifadə etməlisən vəsonda da düzgün çıxarıb sellofan kağıza bükərək zibil qutularına atmalısan.

Təəssüf ki, bizküçələrdə, prospektlərdə, xiyabanlarda 2-3 addımdan bir yerə atılmış maskalararast gəlirik. Hansı ki, həmin maskaların atıldığı yerin yanında zibil qutularıvar. Biz iki addımlıqda olan o zibil qutusuna istifadə etdiyimiz maskanıatmırıq, hara gəldi tullayırıq. Sonra həmin yerdə özümüz, balalarımız gəzirik vəhərəkət edirik.

Məsələn, YeniGünəşlidəki 282 nömrəli tam orta məktəbin həyətində və stadionunda hər gün qələbəlikdi.Başqa sözlə demiş olsaq, bu massivdə park olmadığı üçün camaat isti günlərdə gəlibaxşamüstü məktəbin həyətində və stadionda gəzir. Və camaat gəzdiyi yeri elə birgünə qoyur ki, adam bu səhnəni görəndə dəhşətə gəlir. Məktəbin həyətində vəstadionda içilib istifadə edilmiş müxtəlif plasmasdan olan su qabları, tumqabıqları və eləcə də istifadə olunmuş tibbi maskalar hara gəldi atılıb. Vəbu tibbi maskalar sanki ölüm kabusuna bənzəyir.Onun iki addımlığında isə balaca uşaqlar yerdə oturub oynayır, əllərini hara gəldivurur və bir sözlə, odla oynayırmış kimi davranırlar.

Bir neçə Günəşlisakini ilə söhbət eləyirəm. Akif Əhmədov bildirir ki, mən tibbi maskalardançöldə gəzəndə istifadə etmirəm. Ancaq mağazaya, avtobusa minəndə bu maskanıtaxıram. Axırda da maskanı çıxarıb zibil qutusuna atıram. Başqa bir Günəşlisakini Nazilə Rzayeva deyir ki, mən bir maskadan bir ay istifadə eləyirəm.Pulum olsa, gündə ikisini alaram. Ammagündə iki maskaya pul verənə qədər onun müqabilində bir çörək alıram.Üstəlik də maskanı çıxaranda hara gəldi atıram.

Digər bir Günəşlisakini - Mətanət Novruzova bildirir ki, bizim camaat maskadan düzgün istifadəeləmir. Hətta avtobusa minəndə görürəm ki, nəzarətçilər olanda hamı avtobusutaxır. Elə ki, nəzarətçi olmadı, içi mən qarışıq maskanı lazımi səviyyədətaxmır. Yəni mənim özüm də görürəm ki, nəzarətçi yoxdu, maskanı çənəmə salıram.Hərçənd ki, bilirəm maska taxmamağa görə 100 manat cərimə oluna bilərəm.

Yaşı 60-ıhaqlamış Hüseyn Məmişov isə bildirir ki, heç mən əvvəldən maska taxmıram. Çünkinəfəs ala bilmirəm, maska da taxanda boğuluram. Gərək adamı Allah qorusun. Buyaşa çatmışam, min şükür! Bundan sonrası qazancdır.

Göründüyü kimi,rəyini öyrəndiyimiz insanların hamısı heç də tibbi maskadan istifadəyə birmənalıyanaşmır. Bu isə çox təhlükəlidir. Tək özümüz üçün yox, evimiz, ailəmiz,balalarımız üçün böyük təhlükədir. İnsanlar özləri haqqında yox, doğmaları barəsindədaha dərindən düşünməlidirlər. Operativ Qərargahın, həkimlərin tövsiyələrinihamı birmənalı olaraq yerinə yetirməlidir.

Əgər biz istəyəriksə,sərt karantin rejimindən tezliklə qurtaraq, onda 10 milyonluq Azərbaycan vətəndaşınınhamısı bu qaydalara əməl etməlidir. Tay biri deyir ki, oğlum əsgərlikdən gəlibməclis qururam, biri deyir ki, nişan eləyirəm, biri də deyir ki, rəhmətə gedən əziziməyas mərasimi verirəm. Təbii ki, elə insanlar da ən çox belə kütləvi yerlərdəvirusa yoluxurlar. Virusa yoluxmamaq üçün hamı bir nəfər kimi mütəxəssislərin vəhəkimlərin tövsiyyələrinə əməl etməlidir. Yalnız biz bu yolla həyatımızıCOVİD-19 virusundan xilas edə bilərik.

Gəlin maskataxaq, məsafə saxlayaq, sanitar-gigiyenik qaydalara əməl edək və kütləvi yerlərəçox getməyək! Bu deyilənlərə əməl etsək, bizim əvvəlki həyatımız və gözəl günlərimizyenidən qayıdacaq və biz birlikdə işləyib yaşayacaq, bu dövlətə, bu ölkəyə, bumillətə xidmət edəcəyik!..