adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 Fevral 2020 12:00
12128
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SƏRT DÖNGƏLƏR...

Sirrdeyil ki, respublikamızın avtomobil yollarında və eləcə də mərkəzi şəhərlərdəbir çox sürücülər ya yüksək sürətlə hərəkətedəndə, ya da sərt döngələri dönəndə idarəetməni itirərək avtomobili aşırılar.Təbii ki, bu bir qayda olaraq sürücü məsuliyyətsizliyindən yaranır. Başqa sözlədemiş olsaq, sürücülər sükan arxasına əyləşərkən yol hərəkəti qaydalarına əməletsələr bu cür hadisələr də baş verməz.

Təəssüfləqeyd etməliyik ki, biz tez-tez respublikanın avtomobil yollarında bəzi sürücülərinidarə etməni itirməsi və avtomobillərin aşması ilə bağlı xəbərlər eşidirik. Vəbu hadisələr zamanı da qəzalar baş verərkən ya ölənlər olur, ya da ağır xəsarətalanlar. Hansı ki, respublikanın avtomobil yollarında sərt döngələrin olduğunusürücülərə xəbər verən yol nişanları vardır. Üstəlik də magistral yollarda beləbir lövhəyə də rast gəlmək olur: "Sürücülər, sürət həddinə əməl edin!”. Əlbəttə,bü cür maarifləndirici lövhələrin olması çox önəmli əhəmiyyət kəsb edir. Ənazından ona görə ki, əksər sürücülər istər yol nişanlarından, istərsə də bumaarifləndirici lövhələrdən nəticə çıxararaq yol hərəkəti qaydasına əməl edirlər. Əfsuslarolsun ki, qaydalara əməl etməyənlər də var və nəticədə bu səhlankarlığın altınıçəkən, ziyan görən sürücülər də.

BaşDövlət Yol Polisi İdarəsi hər addımda bir yol polisi qoyaraq hərəkətin təhlükəsizliyinitənzimləməyə borclu deyil. Amma bir faktı qeyd edək ki, Baş Dövlət Yol Polisiİdarəsinin Yol Patrul Xidməti Alayının bütün tağımları hərəkətin təhlükəli olduğu yerləri xüsusi nəzarətdəsaxlayır və ora mütəmadi olaraq əlavə naryadlar göndərir. Həmin polis əməkdaşalrıda istər sutkanın gündüz, istərsə də qaranlıq saatlarında bu yerlərdə xidmətapararaq hərəkətin təhlükəsizliyini təminedirlər. Təbii ki, bunu hərəkət iştirakçıları da görür və dəyər verirlər.

Birmənalıolaraq deyə bilərik ki, yol-nəqliyyat hadisələrinin böyük əksəriyyəti sürücülərinavtomobilləri yüksək sürətlə idarə etməsi və sərt döngələrdə yol hərəkətiqaydalarını kobud surətdə pozması nəticəsində baş verir. Sürücü ya təcrübəsizlikdən,ya da səhlənkarlıqdan mövcud yol strukturununşəraitini nəzərə almadan avtomobili yüksək sürətlə idarə edir. Hətta bəzənkobud surətdə demiş olsaq, sükan arxasında yatırlar da. Bax, bu dediyimiz məsələlərunudulub yaddan çıxanda belə ağır qəzalar tez-tez baş verir.

Hansıki, Baş Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq sürücüləri bu mövzuda maarifləndirir,mürəkkəb hava şəraitində nəqliyyat vasitələrini daha diqqətlə idarə etmələrinitövsiyə edirlər. Yenə onu deyə bilərik ki, bütün bu hadisələrin və qəzalarınyaranmasında sürücü məsuliyyətsizliyi özünü daha qabarıq göstərir.

Özüdə bu qəzalar zamanı avtomobil ya dərəyə aşır, ya da gedib yolun kənarındakı hərhansı ağaca çırpılır. Bu isə birmənalı olaraq ölümə gedən yol deməkdir. Heç cürəbaşa düşmək olmur; kimsə sükan arxasında əyləşir, ailəsi və uşaqları maşınınsalonunda olur, amma sürücü nə özünün, nə də maşındakı adamların taleyihaqqında düşünmür. Bir neçə gün bundan qabaq idarəetməni itirən sürücü maşınıaşırıb, nəticədə bir neçə sərnişin dünyasını dəyişib, özü isə ağır xəsarətalıb.

Azqala hər gün bu cür hadisələri biz eşitməyə məhkumuq. Çünki hər günrespublikanın avtomobil yollarında sürücü məsuliyyətsizliyinin üzündən neçə-neçəağır qəzalar baş verir. Və bu qəzalar da ən çox bayaq dediyimiz kimi, sürət həddininaşılması, sərt döngələrdə qaydalara əməl edilməməsi, ötmə əməliyyatı zamanıdüzgün manever etməmək və eləcə də bəzilərinin sükan arxasında yatması nəticəsindəyaranır. Əgər doğurdan da sürücü yorulubsa və avtomobildə də sərnişinlər varsa,niyə o nəqliyyat vasitəsini saxlayıb yarım saat dincəlmir, yuxulu-yuxuluavtomobili idarə edir? Bu isə ağır qəzalara gətirib çıxarır.

Bəzisürücülər mənzil başına tez çatmaq üçün həm avtomobili yüksək sürətlə idarəedir, həm də hər hansı bir yerdə maşını saxlayıb beş-on dəqiqə dincəlmək istəmir.Əgər sürücü yorulubsa və sükan arxasında mürgüləyirsə, elə avtomobildəkiadamlar onu saxlatdırmalı, hər hansı yeməkxanada və çayxanada əyləşib bir stəkançay içməli, dincini almalıdır. Bundan sonra sükan arxasında əyləşə bilər. Üstəlikdə Yol Patrul Xidməti Alayının bütün stasionar postlarında sürücülərin dincəlməsivə əl-üzlərini soyuq su ilə yumasıyla bağlı hər cür şərait var. Əgər maddiimkanın aşağıdırsa, onda stasionar postda maşını saxla, dincini al və bundansonra sükan arxasında əyləş!

Hərbir sürücüdən sərnişinin taleyi asılı olur. Adətən məsuliyyətli sürücülər bunuyaxşı dərk edir və başa düşür. Amma bir daha yada salırıq ki, mənzil başına gedənsürücülər daha diqqətli olmalı, sürət həddinə əməl etməlidir. Eyni zamanda, YolPatrul Xidməti Alayının tağım komandirləri də sürücülərə müraciət edərək birdaha bəyan edir ki, respublikanın avtomobul yollarında nəqliyyat vasitəsiniidarə edərkən sərt döngələr olan yerdə daha diqqətli olmalı və sürət həddinəfikir verməlidilər. Deməli, sürücünün məsuliyyətli və diqqətli olması həm onunözünü, həm də sərnişinləri mövcud təhlükədən xilas edir.