adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
10 Yanvar 2018 13:19
32439
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: SAXTA NEHRƏ YAĞI

Hansı yağı yeyəkvə hansı yağdan imtina eləyək?! Bax, bu günümüzün əsas mövzusudu desək yanılmarıq.Çünki əksər həkimlər söhbət zamanı bildirirlər ki, heyvan mənşəli yağlardan imtinaeləmək lazımdır, ən çox bitki yağlarından,xüsusən də zeytundan istifadə etmək daha məqsədəuyğundur. Həkimlərin dediyinə görə,heyvan mənşəli yağların tərkibində xolestrin çoxdur, bu da ürək-damar xəstəliklərininyaranmasına münbit şərait yaradır. Amma gəlin görək məmlkətimizdə mağaza və dükanlardasatılan zeytun yağları təmizdirmi? Belə ki, bu yağlara da bir o qədər etibar qalmır.Hətta İspaniyadan, Türkiyədən, İtaliyadangətirilib mağazalarda satılan zeytun yağlarının tərkibi də bir o qədər ürəkaçandeyil. Ən azından ona görə ki, ölkəmizə bu yağları kimlər gətirir, bu da bəllidir.Onlar da gətirdikləri yağın başına yüz oyun açır, ora əlavələr edir və bazara çıxarır.Təbii ki, bu sahədə də monopoliya mövcuddur. Əgər inhisarçılıq olmasa, bu gün yağbazarında onun qiyməti «ceyran belinə» qalxmaz və əhali bu yağları ucuz qiymətəalar.

Deyirlər ki, ekolojicəhətdən ən təmizi yağ nehrə yağıdır. Bunuhələ 40 il bundan əvvəl bizim kənddə Hidayət həkim deyərdi. O, kənddə deyərdi ki,çalışın nehrə yağından istifadə edin. Çünki onun tərkibində uçan turşular var vəorqanizm üçün çox gərəklidir.

İndiyə qədər yaxşıyadımdadır. Bizim də həyətimizdə çoxlu qaramal vardı. Yəni camışımız, inəyimiz hamısısağılırdı. Rəhmətlik nənəm Telli arvad həmin camış qatığını nehrənin içərisinə yığarvə saatlarla onu çalxalayardı. Sonra da dadlı, ləzzətli nehrə yağı hazır olardı.Nənəm rəhmətə gedəndən sonra bu işi anam eləyirdi. O da qaymağı, qatığı nehrəyəyığar və çalxalayardı. Sonradan rəhmətlik anam yoruldu, nehrə əvəzinə qatığı çalxalamaq üçün paltaryuyan maşından istifadəelədi. Amma nehrəylə paltaryuyan maşınla hazırlanan yağın arasında yerlə göy qədərfərq vardı. Yəni nehrə yağı daha dadlı idi.

İndi də bazarlardanehrə yağı satılır. Amma əsl nehrə yağıyla saxta nehrə yağının arasında yerlə göyqədər yenə fərq hiss olunur. Məsələn, Füzulidəki«Dördyol» deyilən yerdəki bazarda nehrə yağının bir kiloqramını 13-14 manata verirlər.Və bu yağı sevən insanlar da həmin puldan keçərək o yağı alırlar. Təbii ki, bu yağda çox dadlı olur.

Ancaq son vaxtlarbazarlarda nehrə yağı daha çox satışa çıxarılır. Məsələn, bu yaxınlarda yolumuzBakının «Təzə bazar»ına düşmüşdü. Orda nehrə yağının qiymətini gördük, çox təəccübləndik.Yağın kiloqramı 8 manata idi.

Satıcıdan soruşduqki, bu həqiqətən də nehrə yağıdırmı? Elə bu vaxt onun yerinə bir alıcı dilləndi:

- Ə, qardaş, bunlarbizi lap eşşək yerinə qoyub. Heç kiloqramı 8 manata da nehrə yağı olarmı? O günBərdə bazarından bu yağdan aldım, bir kilosuna 13 manat verdim.

Satıcı söz altında qalmadı:

- A qardaş, niyəelə danışırsınız? Bizim satdığımız yağ tərtəmizdi. Elə özümüz də bu yağdan yeyirik.

Alıcı:

- Bəs onda niyə ucuzqiymətə verirsiniz?!

Satıcı:

- Başqalarından fərqliolaraq biz onu kimdənsə alıb bazara çıxarmırıq. Rayondan maşınımız gəlir, yağlarıbazarlara paylayır. Və biz də oturub piştaxta arxasında onu satırıq!..

Bu sözdən alıcı əsəbləşdi:

- Vallah, bizi dolayırsınızey! Necə yəni rayondan gətirib yağı sizə paylayırlar? Rayondan bura maşın elə-beləgəlmir. O nə qədər yanacaq işlədir. Əksinə, yanacağın pulunu bunun üstünə gəlsən,nehrə yağı daha baha qiymətə çıxır. Amma siz onu ucuz qiymətə satırsınız. Guya sizdediniz, biz də inandıq. Mənim cibimdə pulum olsa belə, yenə sizdən yağ almaram.Çünki indi heç kimə etibar yoxdur.

Maraq məqsədilə Bakınınbir neçə bazarına baş çəkdik. Keşlə bazarında, Nəsimi bazarında və 8-ci Kilometrbazarında da kiloqramı 8 manat, 8 manat yarıma nehrə yağı satılırdı. Sözün düzü,həmin yağı alanlar da vardı.

Bir kiloqram yağalmış alıcı Sədaqət Məmmədovayla söhbətləşirik. Ondan soruşuruq ki, aldığınız yağsizi qane edirmi? Xanım cavab verir:

- Guya kiloqramı15-16 manata satılan Yeni Zelandiya, ankor yağları təmizdir? Sözün düzü, heç kimə inamım qalmayıb.Bu gün elə bir məhsul yoxdur ki, 30-40 il bundan əvvəlki kimi ekoloji cəhətdən təmizolsun. Ət alırıq qorxuruq, yağ alırıq ürəyimiz səksəkə içində olur, şəkər tozu alırıq,diksinirik. Bilmirik ki, bunun hansı təmizdir, hansı, saxtadır. Amma mən bu alıcınıtanıyıram. Tez-tez olmasa da, hərdən bir gəlib ondan yağ alıram.

Həmin qadından savayıdigər iki-üç alıcı da satıcıdan nehrə yağı alır və ordan uzaqlaşır.

Çoxlarımız bu günbazar və dükanlarda satılan məhsulların keyfiyyətindən narazılıq eləyirik. Bunuhəqiqətən də düz eləyirik. Ən azından ona görə ki, ölkəmizdə məhsulun satışına,keyfiyyətinə və tərkibinə yetərincə nəzarət edilmir. Elə bundan da bir çoxları məharətləistifadə eləyib bazara saxta məhsul çıxarır. Hansı ki, hər bazarda baytarlıq xidmətivar və həmin baytarlıq xidmətləri də hansı məhsulun saxta və təbii olmasını aşkaretməlidir. Amma buna baxan kimdir? Bazarın baytar həkimlərinin çoxunun bığlarınıyağlayandan sonra onlar gözlərini yumub həmin məhsulun üzərinə elə bir möhur vururlarki, lap daşdan keçər. Düzdür, bu möhurlər daşdan keçir. Ancaq insan mədəsindən keçəbilmir. Çünki həmin məhsulu kimsə yeyəndə o dəqiqə bilir ki, bu saxtadır, yoxsakeyfiyyətlidir.

Hər halda, dükan-bazarlarınvitrinlərində qoyulmuş par-par parıldayan bu saxta məhsullar əlaqədar qurumlar tərəfindənsatışdan çıxarılmalıdır. Ən azından ona görə ki, belə keyfiyyətsiz məhsullardankimlərsə yeyərkən zəhərlənə bilər və xəstəxanaya düşər. Ona görə də bazarlarda vədükanlarda satılan nehrə yağlarını alarkən alıcılar daha diqqətli olmalıdılar. Çünkibu gün kimlərsə pul qazanmaq üçün ən iyrənc vasitələrdən belə ustalıqla istifadəeləyir.