adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Aprel 2019 12:16
9795
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: RƏİS, SƏN ALLAH, CƏRİMƏ YAZMA!

Təmizhavanın çirkləndirilməsinin qarşısının alınması üçün düz bir ay müddətindərespublika ərazisində böyük tədbir keçirilib. Keçirilən "Təmiz hava” aylığı birdaha göstərdi ki, istər istehsalat sahələrindən, istərsə də müxtəlif markalı nəqliyyatvasitələrindən atmosferə normadan artıq zəhərli qazlar atılır.

Bu qanunpozuntularının qarşısını almaq üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi iləEkologiya və Təbii Sərvətlər Nazirliyi birgə böyük bir tədbiri gerçəkləşdirməyibacardı. Bir daha aydın oldu ki, atmosferin çirklənməsinin qarşısınınalınmasında bu iki qurumun əvəzsiz xidmətləri var.

Onu daqeyd etmək lazımdır ki, bu vəzifələrin icra edilməsində Baş Dövlət Yol Polisiİdarəsinin ekoloji bölüyünün çox böyük rolu vardı. Belə ki, ekoloji bölük bütünilboyu mütəmadi olaraq atmosferin çirkləndirilməsinin qarşısının alınması üçünreydlər və yoxlamalar keçirir. "Təmiz hava” aylığında ekoloji bölüyün əməkdaşlarıatmosferi çirkləndirən 1095 nəqliyyat vasitəsinin sürücüsü barəsində inzibatiprotokol tərtib edib.


"Təmizhava” aylığının axırıncı günündə, yəni aprelin 28-də ekoloji bölükdə reydlər davam edib. Ekoloji bölüyün əməkdaşı,polis serjantı Qulu Ağayev "Tofaş” markalı 10 ML 419 nömrəli maşınısaxlatdırır. Lazımi cihazla maşının texniki sazlığı yoxlanılır. Məlum olur ki,atmosferə atılan dəm qazının norması 2,5-3 faiz olsa da, bu avtomobildən havaya9 faiz həcmində zəhərli qaz atılır. Sürücü Elşən Namiq oğlu Kərimov polisserjantını şirin dillə "yola gətirmək” istəyir:

- Rəis,sən Allah, cərimə yazma, burax gedim!


Polisserjantı Qulu Ağayev ona hər şeyi izah edir. Deyir ki, mütləq protokol tərtibedilməlidir. Və o da protokolu tərtib edir. Belə ki, sürücü bu qanunqozuntusuna görə, 50 manat məbləğində cərimə olunur.

Polisserjantı Qulu Ağayev 9 ildir ki, yol polisində çalışır. Həmişə də reydlərdə öziş əmsalı və peşəkarlığı ilə seçilir. Onu da qeyd edək ki, bu gənc polis əməkdaşısürücülərlə səmimi davranır və onlara qanuna əməl etməyi xatırladır. Belə mədəni münasibətlərpolisin nüfuzunu artırır.

Polisbaş serjantə Vüqar Cəbrayılov "VAZ-2107” 50 BX 187 nömrəli maşına da stasonarpostda "dayan!” əmri verir. Sürücü Anar Rəhman oğlu Quliyev maşını saxlayır. Həminavtomobil də texniki müayinədən keçir. Nəticə qanqaraldıcıdır. Yəni atmosferəatılan dəm qazı 3,5 faiz olmaq əvəzinə, 6,69 faizə çatır. Sürücü özü də buna təəccüblənirvə deyir:

-Protokol yazmayın, günü bu gün maşındakı nasazlığı qaydasına qoyacağam.

Polisbaş serjantı Vüqar Cəbrayılovsa öz vəzifəsini məsuliyyətlə icra edir vəinzibati protokol tərtib olunur. Deyəsən, sürücü bundan razı qalmır. Ancaq razıqalsa da, qalmasa da yol polisi əməkdaşı öz vəzifəsini lazımi vaxtda yerinəyetirir.

"Mersedes” markalı 90 OA 605 nömrəli maşını da polis başserjantı Vüqar Cəbrayılov texniki müayinədən keçirir. Məlum olur ki, həminavtomobildən atmosferə atılan dəm qazı normaya uyğundur.

Polisserjantı Qulu Ağayev isə "Fort” tranzit markalı yük maşınının sürücüsünü dəlazımi qurğuya yaxınlaşmağı bildirir. Sürücü maşını qurğuya yaxınlaşdırır,müayinədən keçirir və burda da dəm qazının havaya atılması normaya uyğundur.Polis serjantı Qulu Ağayev deyir ki, apardığımız təbliğat və maarifləndirmə işləriöz müsbət nəticəsini verib. Bəzi sürücülər tövsiyəmizdən konkret nəticəçıxarıblar və texniki qüsuru aradan qaldırıblar. Deməli, keçirdiyimiz reydləryetərlidir.

"Təmizhava” aylığı ilə yanaşı, ekoloji bölüyün əməkdaşları xidmət apardıqlarıavtomobil yolunda piyadaların da maarifləndirilməsi və qanunlara əməl etmələrinidiqqət mərkəzində saxlayırlar. Belə ki, bir ay müddətində yolun təyin olunmamışhissəsindən keçən 684 piyada barəsində imzibati protokol tərtib edilib və onlar20 manat civarında cərimə olunublar.


Ekolojibölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov "Təmiz hava”aylığının yekunu ilə bağlı bildirdi ki, həmişə olduğu kimi, bu dəfə də əməkdaşlarımızöz üzərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetiriblər. Rəhbərliyi və bizibir məsələ xüsusilə narahat edir. Belə ki, hərəkətin intensiv olduğu avtomobilyolunda əksər piyadalar təyin olunmamış yerdən keçirlər. O da bəzən onlarınvurulması ilə nəticələnir. Biz həmin piyadalarla söhbətlər aparmışıq, onlarımaarifləndirmişik. Amma sonra yenə görürsən ki, piyada öz bildiyni eləyir,yolun təyin olunmamış yerindən keçir. Buna görə də bu işdə bizə mətbuatın böyükköməyi lazımdır. "Ədalət”i çox sağ olsun, bizə həmişə arxadır. Amma yaxşıolardı ki, piyadaların maarifləndirilməsində digər KİV-lər də yaxından köməkgöstərəydilər.

Reyddəekoloji bölüyün əməkdaşlarından polis leytenantı Rəşad Bayramov, polis serjantları Qulu Ağayev, Vüqar Cəbrayılov,Taleh Camalov yaxından iştirak eləyirdilər. Bir daha əmin olduq ki, yol polisihər vaxt, hər zaman hərəkətin təhlükəsizliyini təmin edir. Ancaq gərək hərəkətiştirakçıları, sürücülər və piyadalar da yol polisinin tövsiyələrinə vaxtında əməleləsinlər.