adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
29 Iyul 2019 13:34
10252
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: QİYMƏTLƏR NİYƏ DÜŞMÜR?

Camaatgözləyirdi ki, iyul-avqust ayında bir çox bostan-tərəvəz məhsullarının qiyməti əvvəlkivaxtlara nisbətən aşağı enəcək, çünki həmişə adını sadaladığımız bu aylarda kartofun,soğanın, pomidorun, xiyarın və bir çox mer-meyvənin qiymətləri aşağı olur. Eləinsanlar da həmin aylara bel bağlayaraq bu ilin müvafiq dövründə qiymətlərinaşağı enməsini gözləyirlər.

Onlargözləməkdə olsun, bazarlara diqtə eləyən görünməz qüvvələr də öz işində. Yənibü gün Bakının əksər bazarlarında qiymətlər enmək əvəzinə, daha da yüksəlir. Bəlkəbunu eləyən o məhsulları əkib-becərən adamlardı? Əsla! Belə ki, bu gün məhsulyetişən rayonlarda pomidorun bir kiloqramının qiyməti 30-40 qəpik, xiyar 20 qəpik,badımcan 7-8 qəpik, soğan isə 20 qəpikdən o yana keçmir. Əcəba, bəs necə olurki, Bakıya gəlib çıxana qədər qiymətlər 5-6 dəfə bahalaşır?! Düz eşitdiniz, məhz5-6 dəfə!

Bunu dabahalaşdıran o məhsulları yerlərdən alıb gətirən və topdansatış mərkəzlərinəpaylayan işbazlardır. O işbazlar ki, bu il mer-meyvə, bostan-tərəvəz mövsümüzamanı qaz vurub qazan doldururlar.

Min bir əzab-əziyyətləbadımcan yetişdirən kənd adamları deyirlər ki, gəlib əkin sahəsindən badımcanınkiloqramını bizdən 7 qəpiyə alırlar. Heç 8 qəpik də vermirlər ha. Amma eşidirikki, aparıb Bakı bazarlarında badımcanın kiloqramını 60-70 qəpikdən satışaçıxarırlar. İlboyu əziyyət çəkən biz, tər tökən biz, ancaq xeyri görən ortada gəzibfırlanaraq qaz vurub qazan dolduranlardı.

Birçoxları deyirlər ki, Xaçmaz pomidoru çıxandan sonra ucuzluq olacaq. Bu fikri KəndTəsərrüfatı Nazirliyinin məsul şəxsləri də səsləndiriblər. Bəs indi bir həftədənçoxdur ki, Xaçmaz pomidoru bazarlara çıxarılır, ucuzlaşma niyə olmur? Onun açıqlamasını qoy pomidorun qiymətininaşağı düşəcəyini deyən vəzifəli şəxslər birldirsinlər. O vəzifəli şəxslər ki,ilboyu camaatı aldatmaqla məşğuldular.

Əgəravqust ayında da pomidorun qiyməti belə sabit qalsa, deməli, burda nəsə xoruzunquyruğu görsənir. Və xoruzun quyruğu həmişə nə vaxtsa görünüb və indi dəgörünür. Sadəcə olaraq, bir çoxları elə bilirlər ki, günü günə satmaqla,camaatı aldatmaqla hər şeyi yoluna qoyacaqlar. Amma bu gedişlə də heç bir işyoluna qoyulmur.

Aldığımızməlumata görə, Xaçmaz rayonunda tərəvəz sahəsini xəstəlik basıb. Elə bu xəstəliyəgörə də həmin rayonda da əvvəlki illərdə olduğu kimi bol məhsul yetişməyib.Çünki tərəvəz məhsulları əkən fermerlərə vaxtında Kənd Təsərrüfatı Nazirliyi vədigər qurumlar tərəfindən kömək göstərilməyib. Tək tərəvəzçilik sahəsindədeyil, elə meyvəçilik sahəsində də mövsümlə əlaqədar olaraq alma bağlarındamüxtəlif xəstəliklər yaranıb. Bu xəstəliklərə qarşı isə tam mübarizıə aparmaqfermerlərin imkanı daxilində deyildi. Yənionlara ziyanvericilərə qarşı mübarizədə bir dövlət dəstəyi də olmalıdır. Bu dəstəkyetərincə olmayanda, fermer istər meyvəçilik, istər tərəvəzçilik, bostançılıq,istərsə də taxılçılıq sahəsində yüksək məhsuldarlıq əldə edə bilmir.

Bizimqonşuluğumuzda əslən Xaçmazdan olan bir adam tez-tez həmin rayona gedibbostan-tərəvəz məhsulları gətirir, bazardakından ucuz qiymətə o məhsullarısatışa çıxarır. Və camaat da görür ki, bazardan da sərfəli qiymətə elə binanınyaxınlığında satılan elə bu məhsullardı. Satıcı deyir ki, Allaha and olsun,Xaçmazdan Bakıya gətirəndə mənim heç kəsə bir qəpik də xərcim çıxmır. Görürəmki, camaatın da əli aşağıdır, sərfəli qiymətə o məhsulları satıram. Mən heçvaxt vicdanımı və insafımı tamahıma qurban vermərəm.

Çox təəssüfki, bu gün böyük bizneslə məşğul olanların çoxu tamahının əsiridir. Allah sizinköməyiniz olsun, kiloqramı 7 qəpiyə aldığınız badımcanın üstünə gərək 60 qəpikqoyub satasınız? Heç sizin insafınız yoxdur? Onsuz da halallıqla qazanılan pul əyriyolla əldə edilən vəsaitdən qat-qat bərəkətli olur. Və bəzən haram yollaqazanılan yüz min manatlarla pul elə hay-hayla gəldiyi kimi, vay-vayla da əldənçıxır.

Hardaişləməyindən asılı olmayaraq, bir halallıq da olmalıdır. Kim istəməz ki, onunpulu olmasın. Amma bu pul insafla qazanılanda, bayaq dediyimiz kimi, daha bərəkətliolur. Bazarlarda isə qiymətlər o qədər ceyran belinə qalxmır. Görək indibazarlarda ceyran belinə qalxan bostan-tərəvəz məhsullarının qiyməti nə vaxtaşağı enəcək? Bu qiymətlər aşağı enəndə camaatın kefi də kök olacaq, qanı dadurulacaq!