adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
29 Dekabr 2017 12:20
19381
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: QARĞALAR UÇDU, BAYQUŞ QONDU

Təxminən bir ay bundanəvvəl qəzetimizdə belə bir başlıqda yazı qələmə almışdıq: «Dayanacaq «işğal» olundu».Həmin yazıdan sonra əlaqədar qurumlar dayanacağa qoyulmuş sınıq-salxaq köşkü gəlibordan apardılar. Və bunu da görən insanlar çox sevindilər. Dedilər ki, haqq-ədalətöz yerini tapdı və daynacağı «işğal» edən köşk nə yaxşı ki, ordan götürüldü…

Suraxanı rayonununYeni Günəşli yaşayış sahəsinin «D» massivindəki bu dayanacaq heç də adi dayanacaqdeyil. Çünki bu dayanacağın arxasında vəətrafında Qarabağ Müharibəsi əlili və bu gün də bədənində çoxlu sayda qəlpə gəzdirənŞakir müəllim güllər, çiçəklər və ağaclar əkib. O və dostları qorxurlar ki, bu dayanacağaköşk qoyulandan sonra güllər, çiçəklər, ağaclarməhv ediləcək və hər şeyi bir göz qırpımında itəcəkdi.

Yayın istisində Şakirmüəllim və dostları bu ağacları, gülləri yanmaması üçün əllərindən gələni eləyiblər.Yəni onlar öz evlərindən gətirdikləri su ilə həmin yaşıllıqları isti yay günlərindəsusuzluqdan yanıb məhv olmağa qoymayıblar. Deyirlər ki, hər adam bir ağac əksə,həmin yer laləzara dönər. Şakir müəllim, Arifvə onun dostlar isə nəinki bir ağac, həmin ünvanda çoxlu sayda güllər, çiçəklərvə hətta çinar, söyüd ağacları əkiblər.


«Ballı» marketinyaxınlığında olan bu dayancağa bir neçə gün bundan əvvəl isə təmir olunmuş, rənglənmişkökşkü yenidən qoyublar. Bax, bu anı görən həmin insanlar və dayanacaqda avtobusgözləyənlər çox əsəbləşiblər. Məsələn, onlar deyirlər ki, biz yatsaq yuxumuzda dagörməzdik ki, köhnə bir köşkü götürələr, bir aydan sonra onu rəngləyib, təmir edibyenidən gətirib qoyalar həmin yerə.

Biz qəzetimizdə köhnəköşkün də, təzə köşkün də şəkillərini çap edirik. Qoy əlaqədar qurumlar görsünlərki, dayanacağı «işğal» edən hansısa imkanlı adam orda necə at oynadır. O hər ikiköşkə baxanda yadıma bir lətifə düşür. Bir kişinin həyətindəki qolu-budaqlı iriağacın budağına bir qarğa qonurmuş. Və o qarğa da səhər-axşam qarıldayaraq onu yatmağaqoymurmuş. Axırda kişi qarğanın əlindən bezib bir selbə götürüb qarğaya sarı atır.Qarğa da ordan uçub gedir. Kişi bir neçə gün rahat yatır və yuxudan rahat da qalxır.Sevinir ki, qarğanın qarıldamağından canını yaxşı qurtarıb. Amma üç-dörd gün busevincin ömrü olmur. Bir axşam da görür ki, yenə həmin ağacın budağına bir bayquşqonub və ulayır. Ona da bir selbə atır. Bayquş beş-on dəqiqə ordan uçur, yenə qayıdıbgəlib qonur həmin budağa. Başlayır qəribə səslər çıxarmağa. Bayquşun da gəlib tez-tezqapıda ağaca qonması və qeyri-adi səslər çıxarması şər qüvvə deməkdir. Və o kişidə bayquşun səsini o qədər eşidir ki, axırda ürəyi dayanır…

Bax, bu köşkün sahiblərideyəsən o dayanacaqda gül-çiçək əkən, ağac bəsləyən adamların ürəyini partlatmasaəl çəkən deyillər. İndi şər qüvvələr xeyrixah əməlləri üstələyib. Görək yeni qoyulmuşköşkün axırı nə ilə bitəcək?!