adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Fevral 2018 12:51
11307
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: PİYADAVURULMASI BİZİ ÇOX NARAHAT EDİR

Bu gün Bakı şəhərindəhərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün demək olar ki, Bakı Şəhər DövlətYol Polisi İdarəsi tərəfindən davamlı tədbirlər həyata keçirilir. Sirr deyil ki,təhlükəsizliyin təmin edilməsində bu və ya digər dərəcədə piyadaların da üzərinəyüksək məsuliyyət düşür. Təəssüflə qeyd etməliyik ki, əksər piyadalar bu vəzifəniçox vaxt yaddan çıxarır, hətta nəqliyyatın intensiv hərəkət etdiyi küçə və prospektlərdəyolu təyin olunmamış yerdən keçirlər. Bu isə hər an, hər dəqiqə piyadaların vurulmasıilə nəticələnə bilər. Piyadaların təhlükəsizliyinintəmin edilməsi ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polispolkovniki Vaqif Əsədova müraciət etdik.

Vaqif Əsədov toxunduğumuzməsələnin çox ciddi bir problem olduğunu xatırlatdı və bir daha piyadaların təhlükəsizliyiilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsiningördüyü və görəcəyi işlərlə bağlı ətraflı söhbət açdı. O, bildirdi ki, mütəmadiolaraq piyadaların təhlükəsizliyini qorumaq üçün yol polisi şəhərin əksər küçə və prospektlərində tez-tez reydlərkeçirir. Xüsusən də bu reydlər Bakının Heydər Əliyev, Neftçilər, Azadlıq, Nobel,Babək, Qara Qarayev və digər küçə və prospektlərində daha tez-tez gerçəkləşdirilir.Ona görə ki, həmin prospektlərdə çoxlu sayda yerüstü və yeraltı keçidlər fəaliyyətgöstərir. Bu işdə bizə həm də post patrul xidmətinin əməkdaşları yaxından köməklikgöstərirlər.

Məsələn, bu yaxınlarda«20 Yanvar dairəsi»ndə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin keçirdiyi reyddə mən də bir polis zabiti kimiiştirak etdim. Gördüm ki, əksər piyadalar həyatlarını təhlükə qarşısında qoyaraqyeraltı keçiddən deyil və təyin olunmuş yerlərdən yox, hərəkətin intensiv olduğuyoldan keçirlər. Bir neçə saat keçirilən reyd zamanı nə az, nə çox onlarla piyadabarəsində inzibati protokol tərtib edildi. Və bizi ən çox narahat edən odur ki,yol hərəkəti qaydasını pozub yolu keçmək istəyən piyadaların çoxu özlərinə haqqqazandırırdılar. Məsələn, onlar deyirdilər ki, pilləkənlə qalxmağa və enməyə ərinirik.Bir başqası isə harasa tələsdiyini dilə gətirirdi. Ən təəccüblüsü isə o idi ki,gənclər yeraltı keçiddən istifadə eləmək istəmir, min bir bəhanə ilə özlərinə haqqqazandırmağa çalışırdılar. Cavan bir oğlan saxlanılarkən deyirdi ki, təcili Respublikaxəstəxanasına getməyiləm. Ona görə də vaxtım az olduğu üçün burdan keçirəm. Görürsünüzmü,bir gəncin bu hadisələrə necə soyuq münasibət bəsləməsini. O düşünmür ki, bir anıniçərisində hər şey dəyişə bilər, sürücü avtomobilisaxlamağı bacarmaz və maşın da onu vurar.


Polis polkovnikiVaqif Əsədov bizimlə söhbətində son vaxtlar Bakı şəhərində piyadavuram hallarınınartdığını xatırlatdı. O dedi ki, bu ilin yanvar ayının 1-dən fevralın 15-nə qədərBakı şəhərində 45 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bunların arasında 23-ü piyadavurmahallarıyla bağlıdır. Yəni başqa sözlə demiş olsaq, piyadavurma halları 65 faizəçatıb. Təbii ki, bu, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyini və onun əməkdaşlarınınarahat edir. Ona görə də bu cür halların qarşısının alınması üçün təxirəsalınmaztədbirlər planı hazırlanıb.

Bir faktı qeyd edimki, həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində Bakı şəhərində ağır qəzalarınqarşısı xeyli aşağı düşüb, ölüm və xəsarətalma halları əvvəlki vaxtlara nisbətənazalıb. Yəni əksər göstəricilər üzrə demək olar ki, müsbət irəliləyişlər var. Bayaqdediyim kimi, isə bizi ən çox narahat edən piyadavurma hallarının artmasıdı. Artıqbu məqsədlə dediyim kimi, yeni tədbirlər planı hazırlanıb. Bu tədbirlər planı daondan ibarətdir ki, əməkdaşlarımız bir neçə gündən sonra məktəblərdə, müəssisələrdəvə qarajlarda olacaq, orda maarifləndirici söhbətlər aparacaqlar. Bunu ona görədeyirəm ki, piyadaların bu gün maariflənməsinə çox böyük ehtiyac var. Və biz dəhər il davamlı olaraq Bakı məktəblərində, təhsil ocaqlarında və müəssisələrdə bucür maarifləndirici tədbirlər keçiririk. Həmin tədbirlərə ictimaiyyətin nümayəndələri,mətbuat işçiləri və eləcə də tanınmış insanlar dəvət olunurlar. Təbii ki, belə söhbətlərvə qabaqlayıcı tədbirlər piyadaların vurulması ilə bağlı mövcud problemi aradanqaldırmaqda əvəzsiz rol oynayır. Eyni zamanda təbliğat xarakterli bir neçə videoçarxlar da hazırlamışıq. Yəqin ki, onlar da müxtəlif televiziya kanallarında göstəriləcəkvə piyadalar arasında müəyyən izahat işlərinin aparılmasına yardımçı olacaqdı.

Əlbəttə, biz ilknövbədə ona çalışırıq ki, piyadalar maariflənsin və yol hərəkəti qaydalarına əməletsinlər. Çünki «Yol hərəkəti haqqında» Qanunun 40-cı maddəsiylə piyadaların hüquq və vəzifələri tənzimlənir. Ancaqpiyadalar bu hüququ pozanda başqa sözlə demiş olsaq, yol hərəkəti qaydalarına əməl etməyəndə 20 manat məbləğində cərimə edilirlər. Bəzi piyadalar elə fikirləşirki, cərimələri ödəməsələr də olar. Ancaq bu belə deyil. Hər hansı piyada yolu keçərkən 20 manat məbləğində cərimələnibsə,o, ölkəni tərk edərkən keçid məntəqələrində saxlanıla bilər. Bu isə o deməkdir ki,hər bir piyada qanuna hörmətlə yanaşmalı və özləri üçün yeni bir problem yaratmamalıdılar.

Bizimlə söhbətindəpolis polkovniki Vaqif Əsədov bir məsələni xüsusilə vurğuladı ki, hər bir piyadaöz taleyinə məsuliyyətlə yanaşmalıdı. Yəni bəzən onlar sürücülərə arxayın olaraqyolun hansı yerindən oldu qaça-qaça keçirlər. Bəli, yolu yüz dəfə belə keçərsənsənə bir şey olmaz. Amma yüz birinci dəfə sürücü avtomobili saxlaya bilməz və piyadada vurular. Mən bir məsələni də piyadaların diqqətinə çatdırmaq istəyirəm ki, əgəronlar qəza şəraitin yaradarsa və buna görə həmin piyadanın özü cinayət məsuliyyətinəcəlb oluna bilər. Ona görə də bir daha fürsətdən istifadə edib piyadalara deməkistəyirəm ki, onlar «Yol hərəkəti haqqında»Qanuna əməl etsinlər və öz üzərinə düşən vəzifələri yerinə yetirsinlər. Əgər piyadayol hərəkti qaydalarına əməl edərsə, bax, bu gün şəhərimizdə piyadavurma hallarıda bu qədər artmaz. Deməli, birmənalı olaraq qaydalara əməl etmək həm piyadaları,həm də sürücüləri mövcud təhlükədən xilas edir.