adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
29 Iyul 2020 12:43
27028
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ÖZBAŞINALIQ...

İndi Bakı şəhərindəçoxlu sayda yüksək mərtəbəli mənzillər tikilir. Bu mənzilləri inşa edən tikintitəşkilatları əksər vaxt şəhərin milli memarlıq üslubunu nəzərə alır və ümumigörünüşə xələl gətirmədən yeni binalar ucaldırlar. Təbii ki, ucaldılan bu "göydələnlər”Bakıya bir gözəllik və füsünkarlıq gətirir...

Elə MənzilTikinti Kooperativləri də var ki, Bakının milli memarlıq üslubuna nöqsanyaratmaqla yanaşı, şəhərdə kortəbii yüksək mərtəbəli evlər tikirlər. Və tikilənbu yüksək mərtəbəli evlər aydındır ki, bir o qədər də şəhərimizə gözəllik gətirmir.Əksinə, Bakını eybəcər bir formaya salır. Yəni şəhərimizə gələn əcnəbilər gözəlliklərigörməklə yanaşı, bu eybəcərlikləri də görür və dodaq büzürlər. Buna da səbəbkim gəldi çoxmərtəbəli bina inşa etməsidir. Bayaq dedik axı, tanınmış şirkətlərvə tikinti koopretivləri şəhərimizin gözəlliyinə ziyan vurmadan bu yüksək mərtəbəlibinaları inşa edirlər. Və o binalardan da mənzil alan sakinlər çox razılıq eləyirlər.

Təəssüf ki, heçdə Bakıda bütün binalar tikinti normativinə və mövcud qaydalara uyğun inşaedilmir. Məsələn, Yeni Günəşli yaşayış sahəsinin "V” massivində bir neçə ilbundan əvvəl 15 mərtəbəli bina tikilib istifadəyə verilib və sakinlər də sevinə-sevinəo binaya köçüblər. Sakinlərin isə sevinci heç də uzun çəkməyib. Çünki MənzilTikinti Kooperativinin sahibi axşam yatıb yuxusunda nə görübsə, səhər başlayıbonu icra etməyə. Yəni 15-ci mərtəbədə daha iki mərtəbə ucaltmaq haqqında fikirləşib.O, hər şey fikirləşə bilər.

Aydındır ki, hərbinanın özünün layihəsi olur və o layihəyə müxtəlif qurumlar razılıq verəndənsonra çoxmərtəbəli bina inşa edilir. Bu 15 mərtəbəli bina da 3 il bundan əvvəltikilib. Layihədə və təsdiq olunan sənədlərdə 15 mərtəbə kimi göstərilib vəaidiyyəti qurumlar da o binanı qəbul edərək əhalinin yaşamasına razılıq verib.

Əcəba, bəs indinecə olub ki, 3 il bundan qabaq istifadəyə verilmiş binada daha iki mərtəbəinşa edilir?! Onun 16-cı mərtəbəsi tikilib, indi də 17-ci mərtəbəsi tikilir.Dünyanın heç yerində belə özbaşınalıq ola bilməz ki, bizdə tikinti sahəsində nədesən baş verir. Kimsə həyətində bir toyuq hini tikən kimi o dəqiqə icrahakimiyyətindən, bələdiyyədən, polisdən və digər icra qurumlarından adamlar gəlibtoyuq hini tikən insandan sənəd tələb edir. Ya sənədi göstərməlisən, ya da"şirinlik” verib onları kiritməlisən. Əks təqdirdə, adını sadaladığımızqurumlar sənə o toyuq hinini tikməyəimkan verməyəcəklər.

İndi həminbinanın sakinləri qanunsuz tikinti ilə bağlı müxtəlif ünvanlara müraciət ediblər.Bakının Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsində tikilən bu bina barəsindəyəqin ki, əksər icra qurumlarının xəbəri var. Təbii ki, icra strukturlarınınxeyir-duası olmadan heç bir Mənzil Tikinti Kooperativi ürək edib 3 il bundan əvvəlistifadəyə verilmiş 15 mərtəbəli binanın üstündə yenidən iki mərtəbəli binatikməz. Həmişə belə olub, indi də belədir. Şəhərsalma və Arxitektura Komitəsi,Bakı Şəhər İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti camaat səsiniçıxarmayana qədər bu qanunsuz tikintilərin qarşısını almırlar. Ya da xala-xətrinqalmasın, bir-iki gün həmin tikintini gəlib adını çəkdiyimiz icra strukturlarısaxlayır və bir-iki gündən sonra vəziyyət sakitləşəndə yenidən öz işlərini görməyəbaşlayırlar.

Təbii ki, 15 mərtəbəlibinaın üstündə iki mərtəbə inşa edən mənzil tikinti kooperativinin əlində eləbir hüquqi sənədi də yoxdur. Sadəcə olaraq, onların arxası güclü olduğu və YeniGünəşli də gözdən uzaq olduğundan aidiyyəti qurumlar həmin adamın bu işinə gözyumur, səhlənkar münasibət bəsləyir, tikinti başa çatandan sonra lazımi sənədlərihazırlayırlar.

Belə dəözbaşınalıq olar?! On beş mərtəbəli binada çoxlu sayda insanlar yaşayır,yuxarıda da mənzil tikilir. Ordan yerə düşən tikinti materialları istənilənadamın üzərinə düşə bilər və hər hansı adam bu hadisə zamanı ya xəsarət alar,ya da dünyasını dəyişər. Heç belə vəziyyət də mənzil tikinti kooperativini qətiyyənmaraqlandırmır. Çünki tikinti zamanı onların səhlənkarlığı üzündən ya fəhlələr,ya da yoldan keçən hər hansı bir adam xəsarət alır, ölür, amma həmin işbazlar həmişəsudan quru çıxırlar.

Artıq buqanunsuz tikililərlə bağlı müxtəlif televiziya kanallarında süjet də göstəlirib.İndi gözləyək görək Bakı Şəhər İcra Hakimiyyəti və eləcə də Suraxanı Rayon İcraHakimiyyəti bu qanunsuz tikintini dayandıracaq və o qanunsuz tikintini sökdürəcək,ya yox?! Amma bir imkansız adam həyətində qanunsuz olaraq bir otaq tiksəydi, odəqiqə onun tikdiyi otağı icra strukturları sökdürərdi.

Ümumiyyətlə,Yeni Günəşli gözdən uzaq, könüldən iraq olduğuna görə, burdakı tikintikooperativləri heç vaxt əhalinin istəyi, fikirlərilə razılaşmayıblar. Onlarinsanların hüquqlarını həmişə pozublar və bu gün də pozurlar. Çox uzağa getməyək,"D” massivində 13 nömrəli 9 mərtəbəli binanın qarşısında "Ana Kür” MTK-nın sədriVahid Abdullayev iki 16 mərtəbəli bina ucaltdırır. On üç nömrəli binanın 200-əqədər sakini müxtəlif nazirliklərdən tutmuş, digər icra orqanlarına qədərtikinti kooprativinin qanunsuzluqlarından şikayət etsə də, buna məhəl qoyulmadıvə iki 16 mərtəbəli binanı tikməklə kooperativin sədri 9 mərtəbəli binanınsakinlərini gün işığına və təmiz havaya həsrət qoydu. Məlum oldu ki,kooperativin sədrinin arxasında çox güclü himayədarı var. Əgər himayədarıolmasaydı, onlar tikinti normativlərini pozub 25 metrlik məsafədə iki binaucaltmazdı. Bu adam deyir ki, "burda mənəm, Bağdadda kor xəlifə”, istədiyimi eləyəcəm.Və istədiyini də Allahdan və qanundanqorxmadan həyata keçirdi. Bax, bu cür mənzil tikinti kooperativləri özhavadarlarına arxayın olaraq qanunsuzluqlarını davam etdirir, digər sakinlərin hüquqlarını tapdalayır, qazanc əldəetmək üçün nəyə desən gedir.

Ona görə dəqanuna əməl etməyən və eləcə də hüquq qaydalarını və tikinti normalarını kobudsurətdə pozan bu cür mənzil tikinti kooperativləri barədə sərt addımlar atılmalı,cinayət işi açılmalıdır. Çünki onların bu cür qanun pozuntularına yol vermələrininqarşısı bu günə qədər də alınmayıb.

Təbii ki, qanunuvə hüquq qaydalarını saya salmayan belə mənzil tikinti kooperativləri və o cümlədən"Ana Kür” tikinti kooperativi yerində oturdulmalı, qanunsuzluqlara rəvacverdiyinə görə, cinayət məsuliyyətinə cəlb edilməlidirlər. Onlarınözbaşınalıqlarının qarşısı alınmasa, şəhərimizin milli memarlıq üslubuna xələlgətirən belə binalar indən sonra da hələ çox inşa ediləcək.