adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Yanvar 2020 09:30
14556
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ON İKİ TON SAXTA YAĞ

Bizim camaatvallah, çox sağlam və dözümlü insanlardılar. Onlar nəyə desən qalib gəlməyibacarırlar. Zarafat deyil ey, bu camaata, bu insanlara nə gəldi yedizdirirlər,yenə bu adamlar sağ-salamatdı. Bəzi iş adamları respublikamıza mənşəyi və mənbəyibəlli olmayan qida məhsulları gətirir və əhali üzərində sanki onu sınaqdankeçirmək istəyir.

Başqa sözlədemiş olsaq, vicdanını və insafını itirən işbazlar camaata "poliqon” kimibaxırlar. Əgər bu mənşəyi və mənbəyi bilinməyən məhsullardan zəhərlənən olmasa,deməli, onun gətirilməsi davam etdirilməlidir. Bu düşüncə və bu mövqeyləçoxları istəyinə çatıb və qaz vurubqazan doldurublar.

Bəlkə dədünyanın heç yerində bizim ölkədəki kimi yeyinti və qida məhsullarına diqqətyetirməyən qurumlar yoxdur. Nəzarət edən çoxlu sayda orqanlar mövcuddur. Ammaçox təəssüf ki, xaricdən ölkəmizə ixrac olunan yeyinti və qida məhsulları adiyyətiqurumlar tərəfindən yetərincə yüksək səviyyədə yoxlanılmır və nəticədə bu məhsullarölkəyə daxil olur. Heç məmləkətimizdə istehsal olunan qida məhsullarına da nəzarətyetərincə deyildir. Bəzi sahibkarlar onların yoxlanılmasına qadağa qoyduğu üçünnəyə desən pul qazanmaq üçün əl atırlar. Təbii ki, bu da axırda gəlib camaatınbaşında çatlayır.

Bu yaxınlardaQida Təhlükəsizliyi Agentliyinin əməkdaşları "Bizim market” ticarət şəbəkəsininmağazalarından 12 ton yararsız kərə yağı aşkar edib. İndi görün bu cür ticarətşəbəkələri bu xalqa nə qədər mənşəyibilinməyən qida məhsulları – yağ, kolbasa, sosiska, şirniyyatlar yedizdirib. Hələaşkar olunanı burdur. Görün nə qədər aşkar olunmayan və bu gün də satışa çıxarılan məhsullar var. Oğulistəyirəm ki, ölkədə baş alıb gedən belə saxta məhsulların qarşısını alabilsin.

Əgər adiyyətiqurumlar dövlətə və xalqa xidmət edirsə,nəinki "Bizim market”də, digər bərk gedən marketlərdə nə qədər istəsən mənşəyivə mənbəyi məlum olmayam məhsullar aşkar edər. Amma onları da qınamalı deyil.Hamı da yaxşı bilir ki, ölkəmizdə oliqarxlar mövcuddur. O oliqarxların ticarətşəbəklərinə girmək, onların satışa çıxardığı məhsulları aşkar etmək elə də asandeyil. İstənilən ticarət mərkəzində obyektiv və ədalətli yoxlama aparılsa, nə qədərvaxtı keçmiş və keyfiyyətsiz məhsullar aşkar edilər. Amma bunun üçün yoxlamaqurumları riskə getmək istəmirlər.

Bakıda tez-tez restoranlarda və kafelərdə spirtliiçkidən zəhərlənmə halları mövcuddur. Hətta bu yaxınlarda restoranların birindəyeyib içən və spirtli içki qəbul edən 3 nəfər sonradan zəhərlənərək dünyalarınıdəyişiblər. Səhv eləmiriksə, başqa bir restoranda da buna bənzər hadisə başvermişdi. Onda da zəhərlənərək ölən adamlar vardı. Bu ha disələrdən sonraDİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi Bakıda bir neçə yerdə saxta araq istehsal edən sexləraşkar etdi. Bu sexlərdə istehsal olunan müxtəlif araqlar və o cümlədən viskləryeməkxanalara, restoran şəbəkələrinə paylanırmış. Həmin sexdə minlərlə şüşədəaraq tutulmaqla yanaşı, çoxlu sayda boşaraq şüşələri aşkar edilmişdi. Aydındır ki, həmiş şüşələrə də araq doldurulacaqidi və yenidən satış mərkəzlərinə göndəriləcəkdi.

Bu cür faktlaraistənilən yerdə rast gəlmək mümkündür. Heç kimə sirr deyil ki, bir çox şadlıqsarayları və restoranlar elə özləri saxta yolla araq və o cümlədən şirəli sularistehsal edir. Əgər Bakıda şadlıq saraylarında qəfil yoxlamalar keçirilsə, bucür faktların üzə çıxması mümkündür. Hətta deyilənlərə görə, lülə kababdaistifadə olunan çəkilmiş ətlər xaricdən gətirilir və mənşəyi məlum olmayan mənbələrdi.

Aydındır ki, bucür qida məhsullarının şadlıq saraylarında və restoranlarda bişirilərək camaataverilməsi çox təhlükəli bir vəziyyətdir. Ən azından ona görə ki, biz şadlıqsaraylarında toy zamanı görürük ki, orda iştirak edən qonaqların çoxu lüləkababdan imtina edir. Və mənim özüm dəbelə hadisələrin çox şahidi olmuşam və hətta bu lülə kababdan yemək istəsəm belə,yanımda əyləşmiş həkimlərdən biri məsləhət bilib ki, o kababı yeməyək.

Çox təəssüf ki,bu cür qanun pozuntularını hamı görür, amma az adam danışır. Elə əksəriyyətdeyir ki, mağazadan aldığımız kərə yağları keyfiyyətli deyil, sosiskadan,kolbosadan ağlımız bir şey kəsmir, rəngli sulara və arağa isə heç etibaryoxdur. Və hətta rayonlara gedərkən bir çoxları tanımadıqları yerdə oturub yeməkyeməkdən belə vaz keçirlər. Çünki bir ara söz-söhbət yayıldı ki, ölü heyvanalveri ilə məşğul olan Leş Tofiq ölmüş heyvan cəmdəklərini yol kənarındakıkafelərə və yeməkxanalara paylayırmış. Həmin Leş Tofiq də polis tərəfindənsaxlanılarkən onun işlətdiyi sexdən 50 tondan çox mənşəyi bilinməyən heyvan ətiaşkarlanmışdı.

Leş Tofiqtutldu, amma yenə Bakıda və rayonlarda mənşəyi bilinməyən ətlər aşkarlanır. Məsələn,dəfələrlə Dövlət Yol Polisi Alayının stasionar postlarında fərdi avtomobillərdəBakıya gətirilən mənşəyi bilinməyən ətlər aşkarlanıb. Saxlanılan şəxslər də bəyanedirlər ki, onlar at və eşşək ətlərini Bakıdakı yeməkxanalara paylayacaqlarmış.

Görünən budurki, bu gün ölkəmizə xaricdən və eləcə də məmləkətimizin özündə mənşəyi məlumolmayan tonlarla keyfiyyətsiz məhsullar gətirilib. Onalrın qarşısı müəyyən mənadaadiyyəti qurumlar tərəfindən alınsa da, amma bu o qədər də yetərli deyildi. Çünki dükan-bazarlarda nə qədərdesən dələduzlar var və onlar da mənşəyi bilinməyən qidaları ucuz qiymətə əhaliyəsırımaq istəyir.

Bax, bütünbunlar nəticədə insanları müxtəlif sağalımaz xəstəliklərə düçar edir, onlaramaddi və mənəvi ziyan yetirir. Ona görə də adiyyəti qurumlar ölkəyə daxil olan,görünən və görünməyən qida məhsullarının qarşısını almaq üçün daha ciddiaddımlar atmalıdılar. Belə ki, oadamların arxasında kimin durub-durmamasından asılı olmayaraq, həmin işbazlar ifşa olunmalı və onlar barəsində daha ciddi ölçü götürülməlidir.