adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
22 Aprel 2019 14:27
7228
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: NƏ YEYƏK Kİ, ÖLMƏYƏK

Vallah,adam bir şeyi yeyəndə qorxa-qorxa qalır. Və qorxa-qorxa qalır ki, görəsən, buyediyim çörək, bu yediyim ət, bu yediyim kolbasa-sosika, bu yediyimşirniyyatlar hansı yolla istehsal edilib? Saxta məhsullardı, yoxsa lazımi tələblərəcavab verən? Bax, elə əsl təhlükə də burdan yaranır. O təhlükə ki, hər günyediyimiz qida məhsullarının tərkibinə kimsə cavab vermir. Nə istehsalçılar məsuliyyətdaşıyır, nə də onlara nəzarət etməli olan orqanlar.

Nəzarətedən orqanlar deyirlər ki, hər bir istehlakçı qida məhsullarını alarkən onunkeyfiyyətinə və buraxılışına nəzarət yetirsin. Əgər istehlakçı hər şeyə nəzarətedəcəksə, bəs onda məhsulun istehsalına və satışına nəzarət edən bu qədər dövlətorqanları kimə və nəyə lazımdır? Əlbəttə, ictimai nəzarətə də ehtiyac var.Ancaq bu o demək deyil ki, dövlət orqanları bu ictimai nəzarətə görə, əlini əlininüstünə qoyub oturmalı və günləri yola verməlidir.

Görəsən,ikinci bir ölkə varmı ki, bizdəki qədər istehlakçıların hüquqları qorunmasın?Bir çox istehsalçılarsa yoxlamaların aparılması qadağan olunduğuna görə, hərşeyin ağını çıxarıb saxta yolla nə oldu istehsal eləyirlər. Bax, bu da gətiribaxırda hərc-mərcliyə və özbaşınalığa çıxarır. Yəni bəzi istehsalçılar görürlərki, onları yoxlayan yoxdur, istehsal etdikləri çörəyin, kolbasanın, sosiskanın,spirtli içkilərin, şirin və qazlı suların və eləcə də şirniyyat məhsullarının tərkibinənə gəldi qatırlar.

Bəziqida məhsulları var ki, o qatqını alıcı həmin an hiss edə bilir. Amma elə dəqida məhsulları var ki, tərkibinə müxtəlif boyalar və kimyəvi maddələr əlavəedildiyinə görə, həmin məhsullar aylar, illər keçəndən sonra insanların daxiliorqanlarında müxtəlif fəsadlar verir. O gün mağazaların birindən xiyar alıb gətirmişik,yeyəndə görürük ki, balıq tamı gəlir. Balam, bu nə olan şeydir ki, xiyardanxiyar yox, balıq qoxusu hiss olunur?

Aydındırki, bu da istixana şəraitində yetişdirilən, xiyara vurulmuş müxtəlif kimyəvimaddələrin təsiridir. Ona görə də hər bir meyvəni və tərəvəz məhsullarınımövsümə uyğun alıb yemək lazımdır. Ancaq bizdə isə tam fərqlidir. Qonşu görürki, filankəs bazardan və marketdən nəinki yaz aylarında, qışda və payızdapomidor, xiyar alıb yeyir. O da deyir ki, əşi, hamı alıb yeyirsə, mən niyə alıbyeməyim?!

Belə dəolanda nə pomidordan pomidor tamı, nə də xiyardan xiyar tamı gəlir. Bilmirsən,yediyin nədir! Amma bir onu bilirsən ki, küyə düşüb camaatın dalınca gedirsən vəalıb yediyin qidalar da səni bir gün xəstəxanalıq edir. Yəni ölürsən. Adambilmir indi nə yesin ki, ölməsin!

Düz 10ildir ki, Bakıda toyuq dönərinin satışını qadağan ediblər. Ancaq satışı qadağanolunsa da. bu gün elə bir yer yoxdur ki, orda toyuq dönəri satılmasın. Burda daçox qəribə bir mənzərə yaranır: toyuq ətinin satışına icazə verirlər, toyuq dönərininsatışına yox! Bu nə məntiqdir və nə qərardır, hələ də adam bundan baş çıxarabilmir?!

Dünyanınheç yerində 30-35 gündə toyuq yetişmir. Və təbii ki, bu qısa zamanda yetişəntoyuğu da kimyəvi maddələrlə böyüdürlər. Elə toyuq var ki, onun çəkisi 2kiloqramdır. Deyilənlərə görə, çəkini artırmaq üçün broyler toyuğuna iynə iləmaye vururlar. Hətta bu mayenin vurulmasını bir vaxtlar sosial şəbəkədəyaymışdılar da.

Nooldu?Heç bir şey! Bir balaca söz-söhbət oldu, sonra da broyler fabriklərindənbildirdilər ki, bunların hamısı bizi gözdən salmaq üçün aparılan kampaniyadır.Təki belə olsun! İndi çox adam, daha doğrusu, imkanı olanlar həmin broylertoyuqlarını alıb yemirlər. Çünki onlar yaxşı bilirlər ki, o toyuğun tərkibi nədənibarətdir.

Sovetdövründə də quşçuluq fabrikləri vardı. Amma onlarda yetişdirilən toyuqlar 35-40günə deyil, 3-4 aya, bəzən də daha çox müddətə böyüdülürdü. Həmin vaxt daquşçuluq fabrikləri o toyuqlara vitaminlər verirdilər. Amma ən çox onlara buğdavə arpa, eləcə də qarğıdalı yedizdirirdilər. Ona görə də o toyuqlar indiki kimitəhlükəli və qorxulu deyildi. Amma indi adam gedib bazardan və marketlərdəntoyuq almağa ehtiyat eləyir. Baha da olsa əhalinin əksəriyyəti kənddən gətiriləntoyuqlara və yumurtalara üstünlük verirlər. Ancaq elə insanlar da var ki, mal ətininqiyməti baha olduğundan, kənd toyuğu yüksək qiymətə satıldığından onlar yenəbroyler fabriklərinin istehsal etdiyi toyuqları almağa məcburdular.

Və bir dədəfələrlə biz bunu qeyd eləmişik. Qida məhsullarına nəzarət edən və xeyli müddətdirfəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyi var. Hələ ki, onların başıvacib işlərə qarışıb: iribuynuzlu və xırdabuynuzlu heyvanların Bakıda kəsilibsatılmasındakı mövcud nöqsanları aradan qaldırmaq istəyir. Nöqsanları aradanqaldırmaq əvəzinə, əksinə, həmin sahibkarlar üçün onlar ya bilərəkdən, ya dabilməyərəkdən problem yaradırlar. Bu orqan fəaliyyətə başlayandan Bakıda mal ətininqiyməti bahalaşıb. Bax, bizimkilər belə "islahatlar” eləyirlər.

Satışıqadağan olunmuş toyuq dönərlərinə isə heç bir nəzarət yoxdur. Üstəlik, əksərdönərxanalarda fəaliyyət göstərən satıcıların sağlamlığı da şübhə altındadır.Onların əksəriyyəti sanitar və gigiyenik qaydalara əməl eləmir, dönərxanalarda əlcəksizişləyir və bəzən üzü tüklü olurlar. Alıcılar da irad tutanda deyirlər ki, sizkimsiniz bizə yol göstərirsiniz! Xoşunuz gəlir dönər alın, xoşunuz gəlmir çıxıngedin! Təbii ki, abırlı alıcı da mübahisəyə qoşulmur və ordan uzaqlaşır.

Toyuqdönəri satışındakı bu qədər özbaşınalığı və hərc-mərcliyi məgər Qida TəhlükəsizliyiAgentliyi görmürmü? Necə olur, hamınıngördüyü qanun pozuntusunu onlar görmürlər? Görmürlərsə, yaxşı hal deyildir. Görübgöz yumurlarsa, lap pisdir!

Hərhalda, camaat nə deyirsə, hansı iradı tutursa, düz yoldadır. Çünki Azərbaycandaqidaların təhlükəli bir vəziyyətdə olması onu deməyə əsas verir ki,istehsalçıların üzərində kifayət qədər nəzarət yoxdur. Camaatı isə belə bir durumda bir şeydüşündürür: biz nə yeyək ki, ölməyək!