adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
17 Mart 2020 12:13
11987
MƏMLƏKƏT

FAİQ QİSMƏTOĞLU: METRODA KORONAVİRUS OLSA…

Bu böyük təhlükə ilə bağlı ölkəmizdə qabaqlayıcı tədbirlər həyata keçirilir. Hətta Nazirlər Kabinetinin qərarı ilə qərargah da yaradılıb və bu qərargahkoronavirusla qarşı mübarizədə önəmli əhəmiyyətkəsb edir. Bütün bunlar alqışlanmalıdır. Ən azından ona görə ki, Avropa ölkələrində daha gec bu virusa qarşı profilaktik tədbirlər görülməyəbaşlanılıb. İtaliyadakı vəziyyəti gözümüzün qabağına gətirəndə aydın olur ki, bu ölkədə təhlükəlivirusun yayılmasına barmaqarası yanaşıblar və indi də onun qarşısınıala bilmirlər. Çünki Çindən sonra İtaliyada koronavirusdaha güclü alovlanıb.

Şükürlər olsun ki, ölkəmizdə buproblem ilk gündən dövlətinnəzarətindədi və bayaq dediyimiz kimi, bütün qabaqlayıcıtədbirlər görülür. Məktəblərin, universitetlərin və digərtəhsil ocaqlarının martayının 28-dək bağlanmasıbuna dəlalət edir ki, bu virusun təhlükəsi böyükdür və ondan xilas olmağınyeganə yolu kütləvi yerlərdəolmamaqdır. Artıq martın 16-dan Azərbaycanda toy və yas mərasimlərinin keçirilməsi də qadağan edilib. Təbii ki,bütün bu qabaqlayıcı tədbirlərlə əhalirazılaşıb və özünü təhlükəli virusdan qoruyur.

Virusun yayılma təhlükələrindən biri də ictimai nəqliyyatdır, yəni avtobuslarvə metrolardır. Heç kimə sirr deyil ki, bir çoxları hətta qripinfeksiyasına yoluxanda belə evdə qalmır, avtobusda və metrodaharasa gedir. Və üstəlik də onlar heçmaskadan da istifadə etmirlər. Bax, bu çox böyük təhlükədir. Vəkoronavirusun ən çox yayılma ehtimalı eləmetrodadır. Çünki metrodan gün ərzində iki milyondan çox sərnişin istifadə edir. Bu isə o deməkdir ki,koronavirus təhlükəsi bu yerlərdə dahaçoxdur.

Bizim belə birtəklifimiz var: bəzən görürsən ki, metro stansiyalarında möhkəm öskürən və asqıran sərnişinlər olur. Bax, həmin sərnişinlər yamaska taxmalıdırlar, ya da nəzarətçilər tərəfindən ordan uzaqlaşdırılmalıdırlar. Üstəlik yaxşıolardı ki, bütünmetrostansiyaların girəcəyində sərnişinlər yoxlamadan keçirilsin vəonlarda hər hansı təhlükəli virus aşkar edilərsə metroya buraxılmasınlar. Düzdür, bunu həyata keçirmək o qədər də asan deyil. Ancaq bizimfikrimizcə, toylardan da, yaslardan daöncə, insanlar metroda daha çox olurlar.Yəni əhalinin ən çoxhərəkət etdiyi yer elə metro stansiyalarıdır. Şükürlər olsun ki,koronavirus ölkəmizdə hələ yayılmayıb.Bizim fikrimizcə, bu qabaqlayıcı tədbirlərin gerçəkləşdirilməsi həmin təhlükəni vaxtında aradan qaldırar və digər insanlarınbu virusa yoluxmasına imkan verməz.

Bununla yanaşı, başqa bir addım da atmaq olar. Yəni metrodanistifadə edən xəstə insanlar birmənalıolaraq maska taxmalıdırlar. Əgər kimsə asqırıb-öskürürsə və maska taxmırsa, elə onuhəmin an stansiyadan uzaqlaşdırmaqlazımdı. Bu cür addımlar digərlərinə də dərs olarvə əhali metroda bu virusdan özünü qoruya bilər. Təki bu qabaqlayıcıaddımlar metro stansiyalarında tezliklə atılsın!