adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
03 Sentyabr 2019 12:55
15318
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: KƏLƏ-KÖTÜR BİNALAR...

Heç kiməsirr deyil ki, bu gün Bakı şəhərində inşa edilmiş bir çox çoxmərtəbəli binalarmemarlıq baxımından lazımi tələblərə cavab vermir. Bunu biz demirik, bunu AzərbaycanMemarlar İttifaqının sədri Elbəy Qasımzadə bildirir. Həqiqətən də Bakı səliqəsiz,səhmansız, necə gəldi inşa edilmiş bir çox binaların görkəmində xələl yaranıb.Yəni layihəsi bəsit, primitiv və bir qədər də sadə dildə demiş olsaq, pintiolan belə işlərin də təbii ki, keyfiyyətsiz binaları olacaq.

ElbəyQasımzadə bildirib ki, Bakının memarlıq üslubuna xələl gətirən çoxlu saydabinalar inşa edilib. Təbii ki, bu binaların da layihəsini memarlar verib. Heçbir memarın layihəsi olmadan tikinti şirkətləri çoxmərtəbəli binalar inşa edəbilməz. Elbəy Qasımzadə onu da deyib ki, sifarişçilər binaların ucuz tikilməsiüçün icraçılar axtarırlar. Elə bil ki, biri binanı 3 manata tikir, biri də 50 qəpiyə.Həmin sifarişçilər ucuz olsun deyə o 50 qəpiklik iş görən icraçılara şəraityaradırlar. Aydındır ki, belə mənzillərhəm görünüşünə, həm də keyfiyyətinə görə, aşağı səviyyədə olacaq. Belə ki, inditikilmiş bir çox binaların mənzillərinin dəhlizi 30 kv-dır, otaqlar isə 12 kv.Otaq balaca, dəhliz böyük. Bu harda görünüb? Axı mənzil alan adam otağın dahageniş və rahat olmağını düşünür.

Göründüyükimi, Memarlar İttifaqının sədri, təcrübəli memar Elbəy Qasımzadə çox mühüm,vacib bir məsələyə toxunub. Hamıya gün kimi aydındır ki, bir neçə ilin içərisindəxalq dilində demiş olsaq, "basməmmədi” tikilən bu binaların nə estetik görünüşüvar, nə də keyfiyyəti. Çox yox, bir-iki ildən sonra həmin binaların üzlüyüsökülür, tökülür, kommunikasiya sistemində problem yaranır. Hələ biz onudemirik ki, illərlə insanların yaşadığı yeni binaların bir çoxuna nə təbii qazverilir, nə də liftləri normal işləyir.

Ayrı-ayrışirkətlər müəyyən qurumlarla əlaqəyə girərək bu keyfiyyətsiz və görünüşü bəsitolan binaların istismarına da icazə alırlar. Bayaq dediyimiz kimi, bir müddətdənsonra həmin binalarda bir çox problemlər yaranır. Hələ biz onu demirik ki,keyfiyyətsiz binalar Allah uzaq eləsin, Bakıda 7-8 bal gücündə zəlzələ olsa, otəkana dözəcək, ya yox?! Amma fakt budur ki, 2000-ci ildə Bakıda zəlzələ olandaSovet dövründə inşa edilmiş əksər binalara heç bir zərər toxunmadı. Bir-ikibina yüngül zədələndi, sonradan bərpa işləri nəticəsində həmin problemləraradan qaldırıldı. Bax, onda Bakıda bu qədər çoxlu sayda yüksək mərtəbəlibinalar inşa edilməmişdi. Əgər inşa edilsəydi, Allah bilir nə qədər keyfiyyətsiztikilmiş binalar uçmuşdu.

Bir dəfəİstanbulda zəlzələ olanda keyfiyyətsiz tikilmiş binaların çoxu sıradan çıxıb.İstanbulun da hüquq-mühafizə orqanları həmin binaları tikmiş şirkətləriaxtarırdılar. Camaatın evi-eşiyi dağılandan və özü öləndən sonra o dağılanbinaları tikmiş şirkətlərə hansı cəzanın verilməsindən asılı olmayaraq, heç birməsələ öz həllini tapmır. Bax, bizdə də Elbəy Qasımzadənin dediyinə görə, kifayətqədər keyfiyyətsiz və şəhərin memarlıq üslubuna xələl gətirən binalar var.

Elbəy müəllimonu da deyib ki, o binalara layihəni verən memarlardı. Memar layihə verməsə,inşaatçılar onu özbaşına heç vaxt tikə bilməz. Verilən layihələr də çox bərbadgündədi. Bizdə əksər memarların lisenziyası belə yoxdur. Biri cızmaqara eləyirsə,bir layihə özündən düzəldirsə, bu o demək deyil ki, həmin layihə peşəkarmemarın işidir. Hər hansı bir layihə mütəxəssislər tərəfindən müzakirə olunmalıvə bundan sonra təsdiqini tapmalıdır. Hər yerindən duran layihə verə bilməz vəmemar da deyil. Layihə versə də, bu cür primitiv işdən keyfiyyətsiz, memarlıqbaxımından qüsurlu binalar tikilər.

Göründüyükimi, Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə Bakıda son vaxtlarinşa edilmiş bir çox binaların memarlıq layihələrinə öz iradını bildirib. Təbiiki, təcrübəli memar vicdanının səsini eşidib və bu məsələyə laqeyd qala bilmir.Aydındır ki, onun fikriylə digər memarlar da razılaşarlar. Bu gün Bakı şəhərindəçox pinti və primitiv üsulla evlər inşa olunur. Bir də görürsən ki, beş mərtəbəli,doqquz mərtəbəli binanın yanında 16-20 mərtəbəli mənzil ucaldıblar. Elə bil ki,balaca bir təpənin yanında dağ görünür.

Aydındırki, Bakı dünyanın ən gözəl şəhərlərindəndi. Və əcnəbilər də bu şəhərin gözəlliklərinəbaxanda onun memarlığına və görünüşünə xələl gətirən bu cür eybəcər binalarıgörəndə istər-istəməz şəhərimiz haqqında fikirləri dəyişir. Hansı ki, Avropanınvə dünyanın gözəl şəhərlərində yeni binalar inşa edilərkən tarixi binalara, şəhəringörkəminə xələl gətirməmək üçün yeni layihələrə xüsusi diqqət yetirilir.

Təəssüfki, bizdə belə deyil. Kimin bir balaca imkanı varsa, istənilən qurumla əlaqəyəgirib çox mərtəbəli bina inşa edə bilir. Yəni "basməmmədi” eləməklə bir neçəilin içərisində 20 və daha yüksək mərtəbəli bina hazır olur. Hansı ki, elətexnoloji proseslər var ki, yüksək mərtəbəli binalar inşa edilərkən həmin amillərbinanın keyfiyyətli olması üçün diqqət mərkəzində olmalıdır. Bizdə isə bu məsələləryaddan çıxır. Təcrübəli memar Elbəy Qasımzadənin dili ilə demiş olsaq, bu cürbinalar nəyə oxşayır, bilinmir.

Hərhalda, Bakı qədim və tarixi bir şəhərdi. Yeni tikilmiş və tikiləcək binalar isəonun memarlıq görünüşünə və üslubuna xələl gətirməməlidir. Çünki adiyyətiqurumlar hər hansı yeni bina tikilməmişdən öncə zəhmət çəkib onun layihəsini ətraflımüzakirə etməli, müzakirə zamanı memarın işindəki qüsurlar aşkar olunarsa,aradan qaldırılmalı və bundan sonra o yüksək mərtəbəli binanın tikilməsinə icazəverilməlidir. Əgər bütün layihələr və memarların işi mütəxəssislər və ekspertlərtərəfindən vaxtında saf-çürük edilsə, Bakının memarlıq üslubuna xələl gətirən binalar da inşa edilməz.