adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Aprel 2019 13:53
8968
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: KEÇİDİ QOYUB AVTOMOBİL YOLUNDAN KEÇƏNLƏR

Respublikanınavtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsində sürücülərdənvə piyadalardan çox böyük məsuliyyət tələb edilir. Yəni hər bir hərəkətiştirakçısı yol hərəkəti qaydalarına riayət etməklə ilk növbədə özünü gözləyənhər hansı qəzadan və təhlükədən xilas eləmiş olur. Təbii ki, hava şəraiti mürəkkəbolanda – yəni yağış yağanda, yol sürüşkən olanda hər bir hərəkət iştirakçısıbuna xüsusi bir önəm verməlidir.

YolPatrul Xidməti Alayının 1-ci tağımında da birmənalı olaraq hərəkətiştirakçılarının təhlükəsizliyi üçün mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyatakeçirilir. Yəni istər soyuq aylarda, istərsə də isti günlərdə hərəkətiştirakçılarının təhlükəsizliyi və maariflənməsi tağımın diqqətindədir. Bu isəo deməkdir ki, sutkanın 24 saatı ərzində baş verə biləcək qəzaların qarşısınınalınması üçün ciddi addımlar atılır.


Sirrdeyil ki, bir çox piyadalar, hətta magistral yolda yolüstü və yerüstü keçidlərdənistifadə etmirlər. Bakı-Quba avtomobil yolunda da sürət həddi saatda 90-110arasındadır. Və bu yol bir çox yaşayış məntəqələrindən keçir. Yəni həmişyaşayış məntəqələrində sakinlər istər-istəməz bu avtomobil yolunu keçməyə məcburdular.Əvvəllər Xırdalan və Masazır yaşayış sahələrindən keçən yerlərdə yerüstü keçidləryox idi.

Amma neçəvaxtdır ki, bu keçidlər inşa edilib və əhali də ondan istifadə etməyə başlayıb.Təəssüf ki, bəzi piyadalar Masazır qəsəbəsindən yolun keçən hissəsindəki keçiddənistifadə etmirlər. Yəni onlar bir çox halda dəmir arakəsməni aşaraq avtomobillərinsürətlə şütüdüyü yoldan keçirlər.


Hələ buda hamısı deyil. Ceyranbatan qəsəbəsinin 25-ci və 27-ci kilometrlərində yolüstü keçid olsa da, birçox piyadalar buna məhəl qoymur. Əvvəllər bəhanə edirdilər ki, bu keçidlərdənbirinin yanları tam düzəldilməyib, ona görə də təhlükəlidir. Məsələni 1-citağımın rəhbərliyi Azərbaycan Avtomobil yolları Dövlət Agentliyi qarşısındaqaldırandan sonra həmin problemlər də qısa zaman kəsiyində öz həllini tapıb.Ümumiyyətlə, yol polisiylə adını çəkdiyimiz dövlət qurumu arasında çox səmimi,sıx əlaqə var və piyadaların təhlükəsizliyi üçün qaldırılan bütün məsələlərvaxtında həll edilir. Bu isə birmənalı olaraq o yerlərdən piyadaların təhlükəsizkeçməsini təmin etmiş olur.

Əfsuslarolsun ki, bayaq dediyimiz kimi, bir çox piyadalar yolüstü keçidlərdən istifadə etməyə tənbəllikgöstərirlər. 1-ci tağımın əməkdaşlarıkeçirdikləri reyd zamanı yerüstü keçiddən istifadə etməyən onlarlapiyadaları saxlayıb, onlarla səmimi söhbətlər edir və bildiriblər ki, yolüstükeçiddən istifadə etmək həmin piyadanı mövcud təhlükədən xilas edir. Mütəmadiolaraq aparılan bu maarifləndirmə işləri Xırdalan, Masazır, Ceyranbatan qəsəbələrininyolu keçmək istəyən sakinləri təhlükədən xilas edib. Söhbət aparılan piyadalarbu təbliğat və izahat işlərindən nəticə çıxarır, həyatlarını təhlükə qarşısındaqoymurlar.


Tağım əməkdaşlarımartın 28-dən aprelin 28-dək keçirilən"Təmiz hava” aylığında da davamlı olaraq reydlər təşkil edirlər. Bizim də reyddəiştirak etdiyimiz bu tədbirdə atmosferə normadan artıq dəm qazı atan sürücülərsaxlanılıb, onların böyük hissəsi arasında izahat-maarifləndirmə işləriaparılıb, texniki cəhətdən nasaz avtomobil sahibləri dəfələrləsaxlanıldıqlarına baxmayaraq, nəticə çıxarmadıqları üçün inzibati qaydada məsuliyyətəcəlb ediliblər. "VAZ-21” markalı 10 SO 084 nömrəli avtomobil tağımın stasionarpostunda polis baş serjantı Adil İsmayılov tərəfindən saxlanıldı. Maşın müəyinədənkeçiriləndən sonra bəlli oldu ki, onun korbirator sistemi normal işləmədiyinəgörə, atmosferə həddindən artıq zəhərli qaz atılır.

Bütün bugöstəriciləri polis baş serjantı Adil İsmayılov sürücünün nəzərinə çatdırdı. O,sürücüyə dedi ki, bu dəfə sənin barəndə inzibati protokol tərtib etmirəm, xəbərdarlıqedib bildirirəm ki, maşındakı texniki qüsuru aradan qaldırasan. Sürücü polisbaş serjantının bu tövsiyələrini diqqətlə dinlədi və söz verdi ki, cənab polisbaş serjantı elə bu gün maşının nasaz hissəsini düzəltdirəcəm, səmimi münasibətinizəvə yüksək mədəniyyətinizə görə, sizə təşəkkür edirəm.

Əlbəttə,yol polisi və sürücü münasibətləri sivil qaydada qurulanda bundan hər iki tərəfrazı qalır. Onu da qeyd edək ki, polis baş serjantı Adil İsmayılov çox peşəkar,mədəni və bu işə vicdanla yanaşan bir əməkdaşdı. O, uzun müddətdir ki, qüsursuzfəaliyyət göstərib və iş əmsalı da həmişə yüksək olub. Uzun müddət onutanıdığıma görə deyirəm ki, Adil İsmayılov həm də çox mədəni, xalqını və millətinisevən bir oğlandı.


Birincitağımın komandiri, polis mayoru Ürfət Şükürov Bakı-Quba avtomobil yolunda həyatakeçirilən təhlükəsizlik tədbirləri ilə bağlı söhbət edərkən dedi ki, sonvaxtlar həyata keçirdiyimiz qabaqlayıcı tədbirlər nəticəsində baş verə biləcəkağır qəzaların qarşısı xeyli alınıb. Biz buna sutkanın 24 saatı gərgin işləmək hesabına nail olmuşuq. Əməkdaşlarımızbayram günlərində və mürəkkəb hava şəraitində gücləndirilmiş iş rejimində işləyir.Rəhbərliyin bizim qarşımızda qoyduğu əsas vəzifə kobud qayda pozuntularınaqarşı mübarizəni gücləndirmək, hərəkət iştirakçılarının təhlükəsizliyini yüksəksəviyyədə təmin etməkdir. Biz də həmişə çalışırıq ki, bu vəzifənin öhdəsindənbacarıqla gələk.

Reydzamanı tağımın əməkdaşlarından Adil İsmayılov, Anar Hümmətov, İslam Cəfərov,Emin Əsədov, Elçin Mütəllimov, İbrahim Hacıbalayev, Əkbər Mahmudov qaydanıpozan sürücüləri saxlayaraq onlar barəsində qanunamüvafiq tədbirlər gördülər.Daha çox hərəkət iştirakçılarının maarifləndirilməsi önə çəkildi. Bu isə birmənalı olaraq insanların maariflənməsindəvə yol hərəkəti qaydasına əməl edilməsində əvəzsiz rol oynayır.

Reyddə iştirak edirdilər: Ürfət ŞÜKÜROV – Yol Patrul Xidməti Alayının1-ci tağımının komandiri, polis mayoru; Rasim Əliyev – 1-ci tağımın baş inspektoru,polis leytenantı; Anar Hümmətov – 1-ci tağımın inspektoru, polis baş serjantı; AdilİSMAYILOV – 1-ci tağımın inspektoru, polis baş serjantı; Emin Əsədov- 1-ci tağımıninspektoru, polis baş serjantı; İslam CƏFƏROV – 1-ci tağımın inspektoru, polis başserjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı