adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Iyul 2018 14:12
9574
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: İSTİ HAVALARDA QAYDALARI POZAN SÜRÜCÜLƏR SAXLANILDI

Havaların isti keçməsisürücülərin də işini çətinə salıb. Yəni sürücülər bu cür isti havalarda sükan arxasındaəyləşərkən əvvəlki vaxtlara nisbətən daha diqqətli olmalı, yol hərəkəti qaydalarınadüzgün əməl etməlidilər. Heç kimə sirr deyil ki, isti havalarda avtomobilləri idarəetmək dəfələrlə çətinləşir. Və bəzən də kondisionersiz nəqliyyat vasitəsində sürücübu cür kəskin istidə yuxulayır və qəzalar törədir.

Bütün bunların qarşınınalınması üçün Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayı respublikanınavtomobil yollarında xidmət aparan bütün tağımlarda qabaqlayıcı tədbirlərin həyatakeçirilməsi vəzifəsini qarşıya qoyub. Başqa sözlə demiş olsaq, hər bir tağım anomalistilərin keçdiyi günlərdə daha gərgin rejimdəişləyir, baş verə biləcək hadisələrin qarşısının alınması üçün ciddi addımlar atılır.Belə ki, tağım əməkdaşları sutkanın 24 saatını iş başında olmaqla yanaşı, sürücülərinstasionar postlarda saxlanılmasını və maariflənməsini diqqət mərkəzində saxlayırlar.

Bakı-Şamaxı-Yevlaxavtomobil yolunda da xidmət aparan Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşlarısözün həqiqi mənasında isti iyul günlərində hərəkətin təhlükəsizliyinin təmin edilməsiüçün əllərindən gələni əsirgəmirlər. Öncədən onu qeyd edək ki, 3-cü tağım Bakı-Şamaxı-Yevlaxavtomobil yolunun 14-cü kilometrindən 143-cü kilometrinədək xidmət aparır. Bu tağımındigər tağımlardan fərqli cəhəti bir də ondan ibarətdir ki, qış vaxtı havaların qarlıvə çovğunlu günlərində bu istiqamətdə hərəkətin təhlükəsizliyini təmin etmək nəqədər çətindirsə, bir o qədər də məsuliyyətlidir. Amma bu məsuliyyətin öhdəsindənonlar hava şəraitindən asılı olmayaraq, həmişə bacarıqla gəliblər.


Son vaxtlar bu istiqamətdənəqliyyat vasitələrinin intensivliyi daha da artıb. Çünki istirahət zonalarındagetmək istəyənlərin sayı təbii ki, qat-qat çoxalıb. Belə bir məqamda hərəkətin təhlükəsizliyinitəmin etmək də hər bir yol polisindən yüksək məsuliyyət hissi tələb edir. Məhz bu məqsədlə 3-cü tağımda qabaqlayıcı tədbirlərhəyata keçirilir. Öncə havaların isti keçməsilə əlaqədar olaraq tağımın hər ikistasionar postunda sürücülərin və sərnişinlərin dincəlməsi üçün şərait yaradılıb.Orda soyuq su balonlara doldurulub və xüsusi qurğuya yerləşdirilib. həmin quruğuyayaxınlaşan sürücü və yaxud sərnişin bu soyuq sudan doyunca istifadə eləyə bilər.Əlbəttə, stasionar postlarda belə bir əlverişli şəraitin təmin edilməsi ilk növbədəhərəkət iştirakçılarına isti günlərdə təhlükəsizliyiüçün yaradılıb. Biz reyddə olarkən bir neçə sürücünün gəlib o sudan içdiyini gördük.Üstəlik də onlar soyuq su ilə əl-üzlərini yudular, sonra da bu şəraiti yaradanlaraAllah-Təaladan can sağlığı arzuladılar. Su ilə dolu qurğunun şəklini biz də lentəaldıq.

Havaların isti keçməsinəbaxmayaraq, 3-cü tağımın əməkdaşları həttagünorta saatlarında belə avtomobil yolundaxidmət aparırdılar. Biz orda olanda havanın temperaturu 40 dərəcəni keçmişdi. Təbiiki, bu cür mürəkkəb anomal isti hava şəraitində xidmət edən yol polisi əməkdaşlarıtəşəkkürə layiqdilər. Və onlar hər an, hər dəqiqə ona çalışırlar ki, qəzalar başverməsin və hərəkət iştirakçıları evlərinə sağ-salamat çatsınlar.

Onu da qeyd edəkki, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu avtomobilyolu yenidən istifadəyə veriləndən sonra 8 yerdə yerüstü piyada keçidi inşa edilib.Bu isə o deməkdi ki, piyadaları gözləyən mövcud təhlükə həmin istiqamətdə tamamiləaradan qaldırılıb. Amma bir faktı da xatırladaqm ki, Bakı-Şamaxı-Yevlax avtomobilyolunun piyadaların yolun üstündən keçdiyi yerlərdə, 21-ci kilometrdə, 14-cü kilometrdəvə 26-cı kilometrdə bir qayda olaraq yol polisi əməkdaşlarından ibarət naryadlarolur. Həmin yeri keçmək istəyən qoca və xəstə adamlara görə, avtomobillər yol polisitərəfindən saxlanılıb və onlar təhlükəsiz yolun o biri səmtinə keçirlər.

Bununla yanaşı, avtomobilyolunun sərt döngələrində yol nişanları qoyulub və bu da sürücülərə çox böyük köməklikgöstərir. Çünki sərt döngələrdə yol nişanları olmayanda, həmin yerlərə nabələd sürücülərqəza şəraiti ilə üzləşirlər.

Bu avtomobil yolunun120 və 116-cı kilometrində bir çox halda qəzalar yaranır. Ona görə də həmin yerlərədə yol patrul xidməti əməkdaşları mütəmadiolaraq nəzarət edirlər.

3-cü tağımın komandiri,polis mayoru Mərdan Mehdiyev bizimlə söhbətində qeyd etdi ki, isti havalarla əlaqədarolaraq əməkdaşlarımız gücləndirilmiş iş rejimində çalışırlar. Bir qayda olaraq stasionarpostlarda avtobus və mikroavtobus sürücüləri əməkdaşlarımız tərəfindən saxlanılır,onlar maarifləndirilir və yorğun olarkən postumuzdakı soyuq su ilə əl-üzlərini yuyurlar.Bu cür proflaktik tədbirlər baş verə biləcək qəzaların qarşısının alınmasında önəmlirol oynayır. Rəhbərlik də bizim qarşımızda əsas bir vəzifə qoyub: bu cür isti havalardabütün qabaqlayıcı tədbirləri gerçəkləşdirmək! Məhz biz də bu cür maarifləndiricivə xəbərdaredici hərəkətlərlə sürücülərə diqqətli olmağı tövsiyə edirik.

Reyd zamanı 3-cütağımın əməkdaşlarından polis baş leytenantı Vüqar Ələkbərov, polis leytenantı Aydınİsayev, polsi baş serjantları Elnur Qurbanov, Fariz Hümmətov, Famil Əhmədov, ElgünNəsibov yol hərəkəti qaydasını pozan sürücüləri məsuliyyətə cəlb etdilər, barələrindəinzibati protokol tərtib olundu.


Bir daha keçirilənreyd onu göstərdi ki, Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşları kəskinistilərin keçdiyi günlərdə həyata keçirdikləri qabaqlayıcı tədbirlər nəticəsindəbaş verə biləcək qəzaların qarşısı alınıb, sürücülərin və hərəkət iştirakçılarınıntəhlükəsizliyi təmin edilib. Bir daha 3-cü tağımın komandiri Mərdan Mehdiyev sürücülərətövsiyə edir ki, isti hava şəraitində kondisioner sistemi olmayan avtomobillərdənsürücülər istifadə etməsinlər və eyni zamanda avtomobilin şinlərinin təyziqinə xüsusidiqqət yetirsinlər. Bu təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi birmənalıolaraq sürücülərin və sərnişinlərin mənzilbaşına sağ-salamat çatmasına şərait yaradır.

Reyddə iştirak edirdilər:Mərdan MEHDİYEV – Yol Patrul Xidməti Alayının 3-cü tağımının komandiri, polis mayoru;Vüqar ƏLƏKBƏROV – 3-cü tağımın baş inspektoru, polis baş leytenantı; Aydın İsayev– 3-cü tağımın baş inspektoru, polis leytenantı; Elnur QURBANOV – 3-cü tağımın inspektoru,polis baş serjantı; Famil Əhmədov – 3-cü tağımın inspektoru, polis baş serjantı;Faiq QİSMƏTOĞLU – «Ədalət» qəzetinin əməkdaşı.