adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Mart 2018 13:24
11669
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: HƏRƏKƏT İŞTİRAKÇILARININ TƏHLÜKƏSİZLİYİ TƏMİN EDİLƏCƏK

Novruz bayramı günlərindəyol polisi gücləndirilmiş iş rejimində çalışacaq. Ümumiyyətlə, həmişə biz bayramlardaailəliklə bir yerdə istirahət edəndə, dincələndə, loru dildə demiş olsaq, isti ocağımızdaoturanda polislər şaxtalı, qarlı havada və yayın istisində avtomobil yollarındaxidmət aparırlar. Özü də bu xidmət elə bir səviyyədə həyata keçirilir ki, hər birhərəkət iştirakçısı bunun şahidi olur.

Yəni bayram günlərində biz rayonlara gedəndə avtomobilyollarında yol polislərinin necə gərgin işlədiklərini görürük. Havanın soyuq olmasına,yağışın yağmasına baxmayaraq, onlar xidmətlərini davam etdirirlər. Belə bir məşhurdeyim var: «Mənim polisim məni qoruyur». Bundan gözəl nə ola bilər? İstər cinayətkara qarşı mübarizədə, istər ictimai asayişinqorunmasında, istərsə də hərəkətin təhlükəsizliyinin təmin edilməsində polisin roluəvəzsizdir.

Bayaq dediyimiz kimi,martın 19-dan 27-nə kimi yol polisi yenə də Novruz bayramı ilə əlaqədar olaraq gücləndirilmişiş rejimində işləyəcək. Yol Patrul Xidməti Alayının 6-cı tağımının əməkdaşları daxidmət apardıqları Bakı-Quba avtomobil yolunda hərəkət iştirakçılarının təhlükəsizliyinintəmin edilməsi istiqamətində mühüm vəzifələr yerinə yetirəcəklər. Artıq həmin vəzifələrinyerinə yetirilməsinə başlanılıb.


Biz 6-cı tağımınkomandiri, polis mayoru Ürfət Şükürovla söhbət zamanı bir daha aydınlaşdırdıq ki,baş verə biləcək təhlükənin aradan qaldırıması üçün onlar tərəfindən davamlı vəqabaqlayıcı tədbirlər gerçəkləşdiriləcəkdir. Bu barədə tağım komandiri Ürfət Şükürovbizə ətraflı məlumat verdi. O bildirdi ki, martın 19-dan 27-nə kimi gücləndirilmiş iş rejimində işləyəcəklər.

Bir juranlist olaraqbiz də martın 18-də bir daha həmin tağımda olduq. Həqiqətən də gördük ki, onlarrəhbərlik tərəfindən tapşırılmış vəzifələri necə yerinə yetirirlər.

«Ölkəmizi tanıyaq!»devizi altında keçiriləcək tədbirdə çoxlusayda məktəblilər avtobuslarla məmləkətimizin müxtəlif rayonlarındakı tarixi abidələrəvə görməli yerlərə səyahətə çıxacaqlar. Belə səyahətlər Şimal istiqamətində də olacaq.Şabran, Quba, Qusar, Xaçmazdakı tarixi abidələrə baxmaq istəyən şagirdlər həministiqamətlərə avtobuslarla gedəcəklər. Həmin avtobusların təhlükəsizliyi isə yolpolis tərəfindən təmin ediləcəkdir. Avtobuslarınqarşısında və arxasında yol patrul xidməti maşınları hərəkət etməklə təhlükəsizliyibir daha maksimum səviyyədə qoruyacaqdır.


Bununla yanaşı, qeydedək ki, ölkəmzdə bazar günü 9-cu siniflərinburaxılış imtahanları keçirilib. Həmin şagirdlər kəndlərdən və qəsəbələrdənrayon mərkəzinə avtobusla gələrkən 6-cı tağımın əməkdaşları onları təhlükəsiz mərkəzlərdəyerləşən orta məktəblərə çatdırıblar. İmtahanlardan sonra isə 9-cular avtobuslaraminiblər və həmin avtobuslar yol polisinin müşayəti ilə yaşayış yerlərinə gətirilib.Üstəlik də avtobusların texniki sazlığı əvvəlcədən yoxlanılıb və sürücülərin peşəkarlığınəzarətdə saxlanılıb. Ona görə də həmin günlər heç bir hadisə baş verməyib.

Bayram günləri yolpolisi sürücülərlə daha yüksək mədəni səviyyədə rəftar edəcəkdir. Belə ki, onlarayol verdikləri bəzi yüngül qanun pozuntularına görə cərimə yazılmayacaq. Məsələn,təhlükəsizlik kəmərini vurmayan sürücü cərimə edilməyəcək, onun yadına salınacaqki, kəməri taxmasan səni xeyirdən çox zərər gözləyir. Yəni kəməri tax ki, mənzilbaşına da sağ-salamat çat.

Altıncı tağımın baş inspektoru, polis leytenantı RasimƏliyev dedi ki, bu cür maarifləndirici tədbirlərin həyata keçirilməsi cərimə olunmaqdandaha çox sürücüləri maarifləndirir. Sürücü görəndə ki, hər hansı yol polisi əməkdaşıona hörmətlə yanaşır və qanun pozuntusunu izah edir, bu ondan daha ciddi nəticəçıxarır.

Rasim Əliyev bizimləsöhbətində onu da qeyd etdi ki, tağımın əməkdaşlarından Tusi Bayramzadə, Nahid İbrahimov,Namiq Kərimov və başqaları bu tədbirdə yaxından iştirak edəcəklər.

Hərəkətin təhlükəsizliyinintəmin edilməsi məqsədilə 6-cı tağımın xidmət apardığı Bakı-Quba yolunun Ceyranbatanistiqamətində iki yerdə geriyə dönmə yeri var. Orda bir qayda olaraq bayram günlərindəavtomobillərin hərəkəti daha intensiv olur. Ona görə də hər iki yerə təhlükəsizliyintəmin edilməsi məqsədilə iki yol patrul xidməti maşını göndəriləcək. Bu naryadlarınhəmin ünvanda olması qabaqlayıcı tədbirlərin gerçəkləşdirilməsi deməkdir.

Onu da öyrəndik ki, martın 18-nə qədər 6-cı tağımın xidmət apardığıBakı-Quba avtomobil yolunda heç bir ağır qəza baş verməyib. Təbii ki, tağım əməkdaşlarıçalışacaq ki, Novruz bayramı günlərində də ağır yol-nəqliyyat hadisələri qabaqlayıcıtədbirlər nəticəsində baş verməsin və baş versə də ölümlə nəticələnən hadisələrolmasın.