adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
25 Iyun 2018 14:27
6711
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: HƏR DONDURMANI YEMƏK OLMAZ

Havalarget-gedə daha da isinir. Yəni yay zaman-zaman özünü göstərməyə başlayır. Və havalarda isti olanda insanlar canlarını bu istinin əlindən qurtarmaq üçün ya sərin yeraxtarırlar, ya da sərinləşdirici içkilərbarəsində düşünürlər. Bu da təbiidir. Yəni hava həddindən artıq isti olandaadamlar ya meşələrə baş çəkir, ya da çimərliklərə üz tuturlar. Ürəyi susundan yananlarisə dondurmaya daha çox meyl edirlər.

Aydındırki, dondurma istehsalı sahəsində məmləkətimizdəhəmişə bir bolluq olub. Başqa sözlə demiş olsaq, kimin ürəyi hansı dondurmanı istəyirsə,onu da axtarıb tapır. Ancaq gərək dondurmada dondurma ola da. Ən azından ona görə ki, dondurmaların istehsalı zamanı bir çoxtexnoloji proseslərə və eləcə də onun hazırlanmasında istifadə olunan komponentlərədiqqət yetirmək lazımdır. Təəssüf ki, heç də bu məsələlər həmişə diqqət mərkəzindəolmur. Belə ki, bir çox nəzartədən kənarda qalan dondurma istehsalçıları tələm-tələsikonu hazırlayaraq və keyfiyyətsiz bir formada bazara çıxarırlar.

Hansı ki, dondurmaistehsalında bir çox vacib şərtlər var: ilk növbədə dondurma hazırlanan məkanda sanitar-gigiyenikqaydalara əməl olunmalı, eyni zamanda hazırlıq prosesində standarta cavab verənqidalar əlavə edilməlidir. Yəni dondurmanımarqarin yağı ilə deyil, kərə yağı ilə hazırlamaq önə çəkilməlidir. Üstəlik də buproses zamanı rəngli maddələrdən az istifadə edilməlidir. Heç kimə sirr deyil ki,əksər dondurmalar ya qırmızı, ya qəhvəyi, ya da çəhrayı rəngdə olur. Bu rənglərisə birmənalı olaraq insan orqanizmi üçüntəhlükə mənbəyidir. Yəni qara ciyərdə rənglərağır fəsadlar yarada bilər.

Ancaq göstərdiyimizbu şərtlərə əksər istehsalçılar əməl eləmir. Bu barədə Azad İstehsalçılar Birliyininsədri Eyyub Hüseynov da dəfələrlə öz narazılığını bildirib. O qeyd edib ki, bəzidondurma istehsal edən istehsalçılar kərə yağı əvəzinə marqarindən istifadə edirlər.Bu isə birmənalı olaraq istehlakçıların hüquqlarınınpozulması deməkdir.

Bu gün Bakı şəhərindəəksər mağaza və dükanlarda havalar istiləşdiyinə görə, dondurmalar satılır. Ötənil bir ədədi 20 qəpiyə satılan dondurma bu gün niyə 35 qəpiyə satılır, bax, bunubaşa düşmək olmur? Hər şeyin qiyməti sabit olduğu halda birdən-birə ötən il 20 qəpiyəsatılan dondurma indi 35 qəpiyə satışa çıxarılır.Görünür, bəzi istehsalçılar istehlakçılarınmaraqlarını deyil, öz maraqlarını ön plana çəkməyə can atırlar.

İkinci bir məsələisə dondurmaların mağaza və dükanlarda saxlanılması qaydalarına əməl edilməməsidir.Bəzi mağazalar elektrik enerjisinə qənaət etmək məqsədilə axşamlar mağaza bağlanandansonra içərsində dondurma olan soyuducuları söndürürlər. Və bir də səhər saatlarındamağazanı açanda həmin soyuducular işə düşür. Soyuducu işləməyən saatlarda isə dondurmalar əriyir, keyfiyyətini itirir vəhətta əzik-üzük vəziyyətə düşür. Bu cür dondurmalarıalıb yeyən istehlakçıları isə təbii ki, müxtəlif xəstəliklər gözləyir.

Mən də dəfələrləhər hansı xarici ölkədə olanda dondurma alıb yemişəm. O dondurmaların tamı adamaləzzət eləyir. Və uzun müddət onun dadı damağımdan getməyib. Amma sözün düzü, yerlidondurmalarımız isə mənim bir o qədər dəxoşuma gəlməyib. Düzdür, nəvələrim hər cür dondurmanı xoşlayır. Ancaq dəfələrləgörmüşəm ki, aldığım dondurmalar heç də ürəkaçan olmayıb. Ona görə də bu keyfiyyətsizdondurmanı geri qaytarıb gedib başqa dükandan daha dadlı və keyfiyyətli dondurmaalmışam.

Ancaq bu gün əhalininböyük əksəriyyəti dondurmanın keyfiyyətli olub olmamasına qətiyyən fikir vermir.Onları bir şey maraqlandırır: təki dondurma olsun, onlar yesinlər və bu isti havalardasərinləsinlər.

Sonda onu demək istəyirikki, Qida Təhlükəsizliyi Agentliyi yay mövsümündə əksər qidaların keyfiyyətinə nəzarətiyaddan çıxarmalı deyil. O cümlədən dondurma istehsalında da Bakı şəhərində həmişəbir hərc-mərclik, özbaşınalıq hökm sürüb. Yaxşı olardı ki, adını çəkdiyimiz məlumqurum bu məsələlərə müdaxilə edəydi və mövcud nöqsanlar zamanında aradan qaldırılaydı.Bu müdaxilə də qanun çərçivəsində olmalı, sahibkarların normal fəaliyyətinə xələlgətirməməlidir.

Heç kimə sirr deyilki, bizdə bəzi yoxlamalar obyektivlikdən çox şəxsi maraqlara xidmət edir. Amma inanırıqki, yeni qurum bu obyektivliyi qoruyacaq və əhaliyə keyfiyyətsiz dondurma satanistehsalçıları məsuliyyətdən kənarda qoymayacaqlar.