adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
02 Iyul 2019 10:10
13987
GÜNDƏM

Faiq QİSMƏTOĞLU: GÜNÜN 24 SAATI...

Onlarbizim təhlükəsizliyimizi qoruyurlar

30ilə yaxındır ki, biz "Ədalət" qəzeti olaraq Azərbaycan polisininyanındayıq. Çünki Azərbaycan polisi dövlətçiliyimizin və müstəqilliyimizinqorunmasında çox böyük işlər görüb.Onlar həm cinayətkarlığa qarşı mübarizə aparıblar, həm də ictimai asayişi qoruyublar.Bu müddət ərzində biz həmişə polisin gördüyü işləri gündəmə gətirməklə onlara dəstəkdurmuşuq. Ən azından ona görə ki, Azərbaycan polisi günün 24 saatını insanlarıntəhlükəsizliyini qorumaqla yanaşı, ölkəmizdə sabitliyi və ictimai asayişi təminedir.

Buo Azərbaycan polisidir ki, Qarabağ müharibəsində, cinayətkarlığa qarşı mübarizədəyüzlərlə şəhid verib və ondan da çox polis əməkdaşı dövlətçiliyimizin və müstəqilliyimizinqorunmasında güllə yarası alıb. Zamanın çovğunu, şaxtası Azərbaycan polisini hərcür sınağa çəkib. Və bu sınaq zamanı polis bir daha Azərbaycan prezidentinə, Azərbaycandövlətinə və Azərbaycan xalqına sədaqətini nümayiş etdirərək onun yanında olub.Başqa sözlə demiş olsaq, xalqın ən ağır günündə, ən çətin məqamənda millətə"qorxma" deyən elə polis olub.

Azərbaycanpolisinə uzun müddət general-polkovnik və bu gün Prezident Yanında TəhlükəsizlikŞurasının katibi vəzifəsində çalışan cənab Ramil Usubov rəhbərlik edib. Onun rəhbərliyidövründə polisin maddi və texniki bazası daha da möhkəmləndirildi. Çünki cənabprezident İlham Əliyev polisə hə cür qayğı göstərib. Elə bunun bəhrəsidir ki, bu gün tam cəsarətlə deməkolar ki, polis orqanlarında xalqını, millətini, dövlətini sevən sıravi əməkdaşdantutmuş generala qədər çoxlu sayda insanlar çalışırlar. Ramil Usubov polisinnüfuzunu, xalq arasında hörmətini dahada yüksəltdi.

Təbiiki, cənab prezidentin sərəncamı ilə Vilayət Eyvazov yeni nazir təyin edildi. Vəbu təyinatla əlaqədar Ramil Usubov da bildirib ki, Vilayət Eyvazovun daxili işlərnaziri təyin edilməsi bizi çox sevindirdi. Çünki Vilayət Eyvazov uzun müddətdaxili işlər nazirinin 1-ci müavini vəzifəsində çalışıb. Aydındır ki,general-polkovnik Vilayət Eyvazovun da tutduğu mövqe dövlətçiliyimizin və müstəqilliyimizinqorunmasına xidmət edir və bundan sonra Azərbaycan polisi bir qədər də möhkəmlənəcək,güclənəcək, prezidentə və dövlətə sədaqəti ilə yadda qalacaqdır.

Bizözümüz də ən çətin anlarda, ən mürəkkəb məqamlarda polisin yanında olmuşuq.Çünki son 30 ildə Azərbaycan polisinin keçirdiyi tədbirlərin əksəriyyətindəbizim əməkdaşlar onların yanında olub. Biz onu görmüşük ki, Azərbaycan polisicinayətkarı necə zərəsizləşdirir... Biz onu görmüşük ki, vətəndaşın təhlükəsizliyinitəmin etmək üçün Azərbaycan polisi sinəsini qabağa verərək onu ölümdən xilasedir... Biz onu görmüşük ki, ağır avtomobil qəzasına düşmüş bir ailəni maşınıniçindən çıxarıb xəstəxanaya aparan Azərbaycan polisi olub. Və heç kimə sirrdeyil ki, son illərdə polislə xalq arasında münasibətlər daha sivil qaydada vəsəmimi qurulub.

Birfaktı da qeyd edək ki, bizim əsas missiyamızdan biri yol polisinin həyatakeçirdiyi tədbirləri, reydləri və yoxlamaları işıqlandırmaq olub. Və biz bureyd və yoxlamalarda nələr görməmişik? Polisin qanuni əmrinə tabe olmayan, onamüqavimət göstərən və hətta qanunu icra edərkən polisin üstünə maşın sürənkriminal elementlərin də şahidi olmuşuq. Bax, həmin anda polis peşəkarlığı və səbrionların köməyinə çatıb, nəticədə yolunu azmış o kriminal elementlər zərərsizləşdirilib.

Zarafatdeyil, sutkanın 24 saatı təhlükəsizliyi qoruyasan və özün də rahat olasan.Çünki bu 24 saatda Azərbaycan polisi hər cür hadisə ilə üzləşir. Və oğul odur ki, belə bir ekstremal şəraitdə səndüzgün və ədalətli yol tutasan. Dəfələrlə belə şəraitdə polisin professionallığınınvə düzgün qərar çıxarmasının şahidi olmuşuq. Kimlərsə polisi gözdən salmaq üçünhər cür vasitələrdən istifadə edib. Hətta onlara şər və böhtan atmaqdan belə çəkinməyiblər.Amma əsl həqiqət isə xalq tərəfindən görünür. Çünki həqiqətin bir üzü var. Onagörə də harda olmağından asılı olmayaraq, polis öz missiyasını vicdanla yerinəyetirməlidir.

MənimAzərbaycan polisində çoxlu dostlarım var. Onların eləsi var ki, Qarabağ döyüşlərində bir yerdəolmuşuq. Və bəzən mühasirəyə də düşmüşük. Ancaq polisin qoçaqlığı hesabına bu təhlükədənxilas olmuşuq. Füzulinin sabiq polis rəsisi var - polkovnik Binnət Məmmədov.İndi o, təqaüddədir. Dəfələrlə onunla döyüşdə olmuşam.Və 90-cı illərin əvvəllərindəAzərbaycan torpaqlarını ermənidən qoruyan məhz Azərbaycan polisi idi. Çoxlarıbunu demir. Amma mən deyirəm. Cəbrayılın polis rəisi, polkovnik rəhmətlik RəşidMəmmədov can qoydu bu vətənin yolunda. Heç bunları unutmaqmı olar? Mən heçvaxt, heç zaman bu iki şərəfli və namuslu polis polkovnikini unuda bilmərəm.Çünki onlar canlarından da, övladlarından çox bu vətəni, bu xalqı seviblər.

Bizim reydlərimizən çox yol polisi ilə olur. Onların həm gecə, həm gündüz reydlərində iştirak eləmişik.Bax, onda da çox şeylərin şahidi olmuşuq və hamısını da qəzetimizdə yazmışıq.

Oxuyanlar yaxşıbilir. Onların hansı çətinliklər, hansı əziyyətlər çəkdiyini dönə-dönəgörmüşük. Ona görə də polisin peşə bayramında bir daha Baş Dövlət Yol Polisiİdarəsi Yol Patrul Xidməti Alayının bütün əməkdaşlarını təbrik edirik. Xüsusən1-ci, 3-cü, 6-cı, 9-cu tağımın əməkdaşlarını məxsusi qeyd etmək istəyirik.Çünki onlar sözün həqiqi mənasında soyuq qış günlərində, isti yay günlərindəsutkanını 24 saatını xidmətdə keçirirlər. O xidmət ki, onları bəzən ən ağıranlar gözləyir. Heç kim də bilmir ki, o ağır andan o polislər necə çıxa biləcəklər.Amma şükürlər olsun ki, onlar peşəkarlıqları hesabına hər cür çətinlikləri dəfedir, dövlətə və dövlətçiliyə xidmətləriylə qürur duyurlar.

Bir daha 2 iyul- Azərbaycan Polisinin peşə bayramı münasibətilə daxili işlər naziri,general-polkovnik Vilayət Eyvazov başda olmaqla bütün əməkdaşlarını təbrikedirik. Onlar bizim təhlükəsizliyimizi, həyatımızı qoruyurlar. Qoy Allah-Təalada Azərbaycan prezidentini, Azərbaycan dövlətini və Azərbaycan xalqını qoruyanAzərbaycan polisini hifz eləsin. Bir daha peşə bayramınız mübarək!

Faiq QİSMƏTOĞLU