adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
19 Avqust 2019 13:09
11460
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: GÖZÜNÜZ MƏNİ GÖRÜB?

Kim nədeyir desin, təmiz hava olmayan yerdə heç vaxt sağlam insan ola bilməz. Yəniudduğumuz hava, içdiyimiz su, yediyimiz qidalar ekoloji cəhətdən təmizolmalıdır ki, biz insanlar da rahat ömür sürək və tez-tez xəstələnib həkiminyanına müayinəyə getməyək.

Amma nəetmək olar ki, biz bunu görə-görə yenə təbiətə qənim kəsilirik; ağacları qırırıq,dənizi, çayları, gölləri zibilləyirik, atmosferə normadan artıq zərərli qazlartullayırıq. Bax, bütün bunlar axırda gətirib təbiəti yaman günə qoyur. Təbiət dəelə-belə deyil ha, onun da qisası çox ağır olur. Yəni meşələr qırılırsa, dəniz,çaylar, göllər çirklənirsə və havayı da normadan artıq zərərli qazlar atırlısa,o, bumeranq kimi nə vaxtsa qayıdıb bizim özümüzə dəyir.


Elə bunagörə də təbiətin və atmosferin qorunması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsiEkologiya və Təbii Sərvətlər Nazirliyi ilə bu ildən başlayaraq ildə iki dəfə "Təmizhava” aylığı keçirir. Bu aylıq Yol Patrul Xidməti Alayının müxtəliftağımlarında da mütəmadi olaraq on planda saxlanılır.

YolPatrul Xidməti Alayının 1-ci tağımında da "Təmiz hava” aylığı ilə bağlı hər güntədbirlər həyata keçirilir. Belə ki, tağımın Saraydakı stasionar postunda nəqliyyatvasitələrində dəm qazının miqdarını yoxlamaq üçün xüsusi cihaz da quraşdırılıb.Bu cihazın köməkliyi ilə avtomobillərdə atmosferə atılan zərərli dəm qazınınmiqdarı müəyyənləşdirilir.


"VAZ” 90CV 796 nömrəli maşın stasionar postda polis serjantı Əli Rzayev tərəfindənsaxlanılır. Sürücü avtomobili göstəriş verilən yerdə dayandırır. Maşın müayinədənkeçirilir. Cihazda nəqliyyat vasitəsindən atmosferə atılan zərərli qazınmiqdarı göstərilir – 6,5 faiz! Avtomobilin sürücüsü Kazım Süleymanov özü dəbuna təəccüblənir. Polis serjantı öncə onunla maarifləndirici söhbət aparır vəsürücünün nəzərinə çatdırır ki, nəqliyyat vasitəsindən atmosferə normadan artıqzərərli qaz atılır. Buna görə də avtomobilin mühərrikində yaranmış texnikiqüsuru aradan qaldırmalıdı. Sürücü onunla razılaşır və söz verir ki, günü bugün avtomobildəki nasazlığı düzəltdirəcək.


Digər"Opel” markalı 90 SE 224 nomrəli maşınınsürücüsü Elbəy Hüseynova da polisserjantı Əli Rzayev tərəfindən "saxla!” işarəsi verilir. Sürücü heç bir iradbildirmədən avtomobili zərərli qazın miqdarını müəyyənləşdirən cihazayaxınlaşdırır. Əli Rzayev maşının mühərrik hissəsində yoxlama aparır. Cihazatmosferə atılan dəm qazının normaya uyğun olduğunu göstərir. Deyəsən, sürücü dəbu nəticəyə sevinir və yol polisi əməkdaşı sürücüyə öz təşəkkürünü bildirir,onu yola salır.

Polisbaş serjantı Anar Hümbətov "Opel” markalı 99 TM 408 nömrəli maşını saxlatdırır.Sürücü maşından düşən kimi əsəbi halda dillənir:

-Gözünüz məni görüb? Elə hara gedirəm yol polisləri "saxla” işarəsi verir. Mən dəartıq maşın saxlamaqdan yorulmuşam.

Polisbaş serjantı avtomobili nə üçün saxlatdığını ona izah edir:

- "Təmizhava” aylığı ilə əlaqədar maşınınızı müayinədən keçirəcəyik. Texniki qüsur olsa,tədbir görəcəyik, heç bir problem yaranmasa, tay sizə sözümüz yoxdur, "yaxşıyol!” deyəcəyik”.

Bizmaşın müayinə olunan anda müəyyən kadrlarıtelefonun yaddaşına köçürürük. Bu vaxt sürücü yenidən əsəbləşir:


- Axısiz kimsiniz ki, mənim maşınımın şəklini çəkirsiniz?!

Deyirikki, yol polisinin reydini işıqlandıran jurnalistik. Sürücü bir qədər sakitləşir.Ancaq görürük ki, yenə narahatdı. Çünki ehtiyat edir ki, maşında texniki qüsuraşkarlanar və atmosferə normadan artıq zərərli qaz atdığını biz də mətbuatdayazacağıq. Maşın müayinədən keçirilir, məlum olur ki, avtomobil texniki cəhətdənsazdır və atmosferə normadan artıq zərərli qaz atılmır. Sürücünün çöhrəsinəgülüş qonur və bizə irad tutduğu üçün peşmançılıq hissi keçirir. Deyir ki, mənbilmirdim yol polisi və jurnalistlər mənimlə belə mədəni davranar. SürücüToğrul Məmmədov polis baş serjantı Anar Hümbətova və bizə təşəkkür edib sükanarxasında əyləşərək oradan uzaqlaşır.

"Mersedes”90 VH 266 nömrəli nəqliyyat vasitəsi də stasionar postda polis serjantı Əli Rzayev tərəfindənsaxlanılır. İnsaf naminə deyək ki, əvvəlki sürücüdən fərqli olaraq "Mersedes”iidarə edən Elvin Əliyev yol polisinin onu saxlamağına hörmətlə yanaşır vəmaşını texniki qurğunun yanına gətirir. Maşın müayinə olunanda burda daatmosferə atılan zərərli qaz normayauyğun gəlir. Yol polisi əməkdaşı Əli Rzayev həmin sürücüyə də minnətdarlıq edib,yola salır.


Ümumiyyətlə,Yol Patrul Xidməti Alayının 1-citağımında "Təmiz hava” aylığı ilə bağlı keçirilən reydlərdə sürücüləri cərimələməkdənçox xəbərdarlıq etməyə və maarifləndirməyə önəm verilir. Bu da istər-istəməz özmüsbət nəticəsini göstərir. 1-ci tağımın komandiri, polis mayoru Ürfət Şükürovbizimlə söhbətində bildirdi ki, "Təmiz hava” aylığı başlanandan bu günə kimi çoxlusayda sürücü barəsində əməkdaşlarımız inzibati protokol tərtib edib. Barələrindəinzibati tədbirlər görülən sürücülər 50 manat məbləğində cərimə ediliblər.Reydlər vaxtı ən çox biz sürücülərin maarifləndirilməsinə və fərdi qaydadaonlarla söhbət aparılmasına diqqət yetiririk. Çünki bir çox halda görürük ki, səmimisöhbətlər inzibati cəzalardan daha yaxşı nəticə yaradır. Əməkdaşlarımızdan AnarHümbətov, Adil İsmayılov, Əli Rzayev, Emin Əsədov öz üzərlərinə düşən vəzifəniməsuliyyətlə yerinə yetirirlər. Hər səhər növbə qəbul ediləndə tağımın hər bir əməkdaşınasürücülər və hərəkət iştirakçıları ilə nəzakətlə davranmağı tövsiyyə edirik. Həmdə əməkdaşlarımızı təlimatlandırırıq ki, kobud qayda pozuntularına qarşı dahaciddi mübarizə aparsınlar.

Göründüyü kimi, Yol Patrul Xidməti Alayının 1-citağımında və eləcə də bütün tağımlarda "Təmiz hava” aylığı ilə bağlı reydlər vətədbirlər davam etməkdədir. Respublikanın avtomobil yollarında, bununla yanaşı,Bakı-Quba magistralında hərəkət edən hər bir sürücü öncədən diqqətli olmalıdırki, idarə etdiyi avtomobildə texniki qüsur yaranaraq atmosferə zərəli qazlar atılmasın.Yəni bu nöqsanlar vaxtında aradan qaldırılsın və həmin sürücüləri də stasionarpostlarda heç bir yol polisi əməkdaşı saxlamasın.