adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
28 May 2019 09:19
7540
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: GECƏ SAATLARI...

Sirrdeyil ki, bu il respublikamızda avtobus və mikroavtobusların sərnişin daşınmasıilə bağlı bir çox problemlər mövcuddur. Əlbəttə, bu məsələlər uzun müddətdirki, adiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılsa da, yenə görürsən ki, müəyyənanlarda qəzalar qaçılmaz olur. Və bu qəzaların da başvermə səbəbləri məlum qurumlarayaxşı bəllidir. Ya görünür məlum qurumlar mövcud problemləri həll edə bilmir,ya da görülmüş tədbirlər yetərli olmur.

NazirlərKabinetinin qüvvədə olan qərarı var. Həmin qərara əsasən gecə saat 12-dən səhər6-ya kimi avtobus və mikroavtobuslarla Bakıya sərnişin daşınması ilə bağlı məhdudiyyətlərmövcuddur. Elə ən çox hadisələr də məhz gecə saatlarında, yəni bu radələrdə başverir. Bu da təbii ki, sürücülərin istirahət etmədən 15-16 saat sükan arxasındaəyləşməsi və həmin məqamlarda onların yuxulamasıdır.

Qəzalarlabağlı aparılan araşdırmalar göstərir ki, isti yay günlərində və kondisionersizmikroavtobuslarda sərnişin daşımaq elə ölümə bərabərdir. Birincisi ona görə ki,həmin avtobus sürücüləri istirahət etmədən nəqliyyat vasitəsini idarə edirlər.İkincisi də gərək uzaq məsafəyə gedən avtobus və mikroavtobuslarda iki sürücüolsun. Yəni onun biri yorulanda digəri həmin sürücünü əvəzləsin. Əlbəttə, təkbir sürücü yorğun halda həmin maşını idarə edəndə onun qəza törətməsi şübhədoğurmur. Çox təəssüf ki, aparılan təbliğat və maarifləndirmə işlərinəbaxmayaraq, bu günün özündə də Nazirlər Kabinetinin mövcud qərarı ayrı-ayrışirkətlər tərəfindən və o cümlədən Nəqliyyat, Rabitə və Yüksək TexnologiyalarNazirliyi tərəfindən pozulur. Başqa sözlə demiş olsaq, avtobus şirkətlərinə,MMC-lərə adını çəkdiyimiz nazirlik yetərincə nəzarət edilmir. Nəzarət də edilməyəndə bax, belə qəzaların baş verməsi qaçılmazdır.


Çoxuzağa getməyək. Bir neçə gün bundan əvvəl Bakı-Ələt avtomobil yolunda yüksəksürətlə sürücünün idarə etdiyi mikroavtobus yük maşınına çırpılıb. Hadisəiştirakçılarının dediyinə görə, sürücü mikroavtobusu saatda 120 ilə idarəedirmiş. Üstəlik də yorğun olduğu üçün sükan arxasında yatıbmış. Hadisə nəticəsində4 nəfər dünyasını dəyişib, 2 nəfər isə yaralanıb. Yenə sürücü səhlənkarlığı vəsürücü məsuliyyətsizliyi! Axı bu barədə dəfələrlə sürücülərə yol polisi xəbərdarlıqedib. Təəssüf ki, bundan bəzi sürücülər nəticə çıxarmırlar. Həmin ərəfədəYevlax rayonunda da mikroavtobusun aşması nəticəsində 2 nəfər – SevindikTamerlan qızı İmanzadə və Səadət Mahir qızı Musayeva ölüb, 22 nəfər müxtəlif dərəcəlibədən xəsarətləri alıblar. Qəribədir, camaatın, sərnişinlərin nə günahı var ki,mənzilbaşına gedəndə dünyasını dəyişməlidir.Deməli, burda yenə günah sürücüdə və onun məxsus olduğu şirkətin rəhbərliyindədir.Gəlin onunla razılaşaq ki, sərnişin daşıyan əksər sürücülərin təcrübəsi vəsürücülük hüququ yoxdur. Kimin kefi necə istəyir, elə də sərnişin daşıyır.

Ənnarahatedici məqam ondan ibarətdir ki, avtobus və mikroavtobusların iştirakı iləbaş verən qəzalarda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsuliyyətdənyaxasını kənara çəkir. Onlar nəyin bahasına olursa olsun, Nazirlər Kabinetininqüvvədə olan qərarını qüvvədən salmağa çalışırlar. Çünki gecə saatlarında, yəniqadağan vaxtı avtobusların və mikroavtobusların fəaliyyəti onların büdcəsinəxeyli vəsait gətirir. Yəni kimlərinsə pul qazanması üçün həmin qərar yetərincəicra edilmir. O da bəllidir ki, istirahət etmədən sərnişin daşıyan sürücülərgecə saat 4-5 arasında yuxulayır və nəticə də faciəli sona çatır.

Bütünrayonlarda vağzallar fəaliyyət göstərir və o vağzallar da aydındır ki, yuxarıdaadını çəkdiyimiz qurumların tabeliyindədir. Əgər Nazirlər Kabinetinin gecə saat12-dən 6-ya qədər məlum qərarı qüvvədədirsə, bu barədə bütün rayonavtovağzallarının müdirləri heç şübhəsiz məlumatlandırılıb. Məlumatlandırılıbsademəli, onlar insan taleyinə biganə yanaşmamalı və qadağanedici saatlardaavtobus və mikroavtobus sürücüləri sərnişin daşımamalıdır. Çünki həravtovağzalda dispeçer, nəzarətçi və müdir ştatları var. Əgər bu ştatlar varsa,həmin şəxslər də öz vəzifə borclarını yerinə yetirməyə məsuldular.

Bununlayanaşı, sürücülərin ən çox sükan arxasında yatması halları isti yay aylarındaolur. Yəni iyun, iyul və avqust ayları kondisioner sistemi olmayan avtobus vəmikroavtobuslarla sərnişin daşınmasının qarşısı həm Nəqliyyat, Rabitə və YüksəkTexnologiyalar Nazirliyi və DİN-ni Baş Dövlət Yol Polisi İdarəsi tərəfindənalınmalıdır. Çox təəssüf ki, bəzi hallarda bu qurumlar öz vəzifələrinə yetərincədiqqətli yanaşmırlar.

Məsələn,Yol Patruı Xidməti Alayının 12-ci tağımında sərnişindaşımaya qarşı mübarizə biro qədər də yüksək səviyyədə təşkil edilməyib. Hacıqabul-Horadiz istiqamətindəxidmət aparan tağımın əməkdaşları bir də görürsən ki, hərəkətin təhlıükəsizliyinitəmin etmək əvəzinə ağacların arxasında durub hansı sürücünüsə güdürlər. Əgər doğurdan da xidmət aparırsansa, təbiiki, sürücünü gizlənib pusmalı deyilsən. Artıq 2017-ci ildən gizli xidmət aparmaq da ləğv edilib. Çox təəssüfki, bu tağımda kifayət qədər kobud qayda pozuntularına qarşı mübarizə də gününtələblərinə cavab vermir. "Təmiz hava” aylığında tağımın göstəriciləri aşağı səviyyədəolub. Üstəlik də tağım komandiri Şahmar Süleymanovu çox vaxt yerində tapmaqolmur.

Havalarınistiləşməsi yol polisinin üzərinə çox böyük məsuliyyət qoyur. Və bir faktı dadeyək ki, Yol Patrul Xidməti Alayının əksər tağımları bu vəzifələri yüksək səviyyədəicra edirlər. Buna görə də qabaqlayıcı tədbirlər görür, maarifləndirmə işləriaparırlar. Bu isə o demıkdir ki, isti yay günlərində sürücülərigözləyən təhlükə yol polisi tərəfindən maksimum səviyyədə aradanqaldırılacaqdır.

Amma gəlin onula razılaşaq ki, avtobus və mikroavtobuslarıniştirakı ilə baş verıə biləcək qəzaların qarşısını almaq üçün Nəqliyyat, Rabitəvə Yüksək Texnologiyalar Nazirliyi ilə Dövlət Yol Polisi İdarəsi bundan sonrada birgə addımlar atmalı və mövcud nöqsanların qarşısını vaxtında almalıdırlar.Çünki bu camaat yazıqdır. Onlar ayrı-ayrı səhlənkar sürücülərin günahı üzündənyollarda qırılıb məhv oldular.