adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Fevral 2018 12:35
12835
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ƏTİN QİYMƏTİ YENƏ AŞAĞI DÜŞDÜ

Bakıda isə onun qiymətihələ də ceyran belindədi

Bizim millət başqa xalqlarlamüqayisədə daha çox ət yeyən insanlardı. Yəni başqaları müxtəlif qidalardan istifadəetsələr də, ancaq bizim süfərmizdə ətdən xörək bişməsə, çoxlarımız doyan deyilik.Həkimlər deyirlər ki, ət yeyən adamlar ətyeməyənlərdən daha tez qocalırlar. Bu fikirheç də bizimkiləri qətiyyən narahat eləmir. Təki ət olsun və ətdən də qızardılmışdadlı-dadlı ləziz yeməklər süfrələrimizi bəzəsin.

Heç kəsi qınamalı deyil.Ən azından ona görə ki, qonşunun evində qazan qaynayanda ət xörəyinin ətri ətrafayayılır. Elə bu ətri, qoxunu hiss eləyən digər insan da qonşudan geridə qalmamaqüçün nəyin bahasına olursa-olsun heç olmasa həftədə bir dəfə ət almaq istəyir vəalır da. Halal xoşları olsun, kimin ürəyi nə istəyir qoy onu alıb yesin.

İndi qayıdaq ətin qiymətiilə bağlı baş vermiş ucuzlaşmaya. Artıq fevral ayının 11-dən Bərdə bazarında 1 kiloqrammal ətinin qiyməti 8 manat 50 qəpiyə satışa çıxarılır. Düzdür, quzu ətində elə birucuzlaşma olmasa da, ancaq onun da bir kiloqramının satışı 12 manatdan artıq deyil.Son 3-4 ayda Bərdədə, Beyləqanda, Ağcabədidə, lap elə Füzulidə mal ətinin kiloqramı3 manata qədər ucuzlaşıb. Və bu ucuzlaşmanı da müxtəlif səbəb və amillərlə izah eləyirlər.

Ucuzlaşmaya əsas səbəb kimiqışın mülayim keçməsi, yağışların bol-bolyağması, sonra günün çıxması nəticəsində yenidən örüşlərdə və otlaq sahələrindəgöy otun baş qaldırması ilə bağlıdır. Otlaq sahələrində yeni otların çoxluğu istər-istəməzucuzlaşmada əsas əhəmiyyət kəsb edir. Hətta 20-30 gün bundan qabaq bir bağlama yaxşıotun qiyməti 5 manata satılırdısa, indi3-3 manat 50 qəpikdir.

Hələ bəziləri havalarınisti keçdiyini görüb yaxşı ot bağlamasını bir az da ucuz qiymətə satışa çıxarırlar.Küləş bağlaması isə bir ay bundan əvvəl 1 manat 50 qəpiyə satılırdı. Bu gün isəonun qiyməti ucuzlaşaraq 1 manata, 80 qəpiyə düşüb. Bir sözlə, otun, yemin qiymətininaşağı enməsi rayonlarda ətin qiymətinin ucuzlaşmasınagətirib çıxarıb.

Amma bu hava, bu dalğa hələki Bakıya gəlib çatmayıb. Bakıda isə Allahını yaddan çıxarıb insafını itirən qəssablarqaz vurub qazan doldurmaqla məşğuldular. Məsələn, Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsindəki əksər ət köşklərində 1 kiloqram mal ətinin qiymətini11 manat yarıma satırlar. Çox az-az ət köşk tapılar ki, orda mal ətinin kiloqrammı11 manata satılsın. Deyə bilərlər ki, yox, elə yer var orda mal ətinin 1 kiloqramını10 manata, 10 manar 50 qəpiyə satışa çıxarırlar.Bəli, belə ət köşkləri də var. Amma Bakıdakiloqramı 10 manata, 10 manat 50 qəpiyə satılan ət bir neçə dəfə doğmuş qoca inəkətidi. Yəni onun keyfiyyəti ilə dana ətinin dadı arasında yerlə göy qədər fərq var.

Yeni Günəşlidə bir neçəət köşkünə baş çəkdik və qiymətin baha olmasıilə bağlı qəssablara sual ünvanladıq. Onlar qiymətin baha olmasını min bir bəhanəilə izah eləməyə çalışdılar. Burda yadıma bir lətifə düşür. Döyüşdə məğlub olanordunun zabiti deyir ki, bunun min bir səbəbi var. Ən başlıca səbəbi odur ki, barıtımız,gülləmiz çatışmır. Sual verən də görür ki, zabit bir-bir hər şeyi sadalayır. Axırda hirslənibdeyir ki, bir səbəb bəs elədi, o minini deməyə ehtiyac yoxdu.

Qiyməti qaldıran qəssablar isə səbəbləribelə izah edir: yolda maşına malı gətirməyəgörə nə qədər xərcimiz çıxır. Orda-burda bizi saxlayırlar, yenə kiməsə görüm-baxımedirik. Bura gətirənə qədər nə qədər pul xərcləyirik. Burda da kimlərsə bizdən nəsəumur. Onu verməsək, bir kiloqram ət belə sata bilmərik. Baytar həkimi görməliyik,başqalarının bığını yağlamalıyıq, nə bilim ordan-burdan yüz yoxlama gəlir, hamısınıyola verməliyik. Əgər bunları eləməsək, birgün də burda ət sata bilmərik. Vallah, elə bilirsiniz biz əti ucuz qiymətə satmaqistəmirik? İstəyirik, niyə istəmirik. Sadəcə olaraq, bizi o qədər yükləyirlər ki,bax, bu əlavə yükün altından çıxa bilmirik.

Başqa bir qəssab isə qiymət bahalığını süni yaradılmış əngəllərlə izah etdi.Dedi ki, iti bağlayasan, iraq dədədlərimzdən, burda bir gün işləyə bilməz. Qışınsoyuğunda, səhər saat 6-da dananı kəsirik, soyuruq və sonra da ətləri səliqə ilədoğrayıb köşkə yığırıq. Elə bilirsiniz bunu eləmək asandı?! Vallah, nə qazanırsamüdir qazanır. Bizimki hamballıq eləməkdi. Ən yaxşı halda o kəsdiyim dananın içi-iççalatımənə qalır. Ayağı-başı da mənə qalanda sevincimdən yerə-göyə sığmıram. Amma onumənə verən kimdi? Müdir hər şeyə göz qoyur. Bir balaca ayağını əyri atsan, səniiti qovan kimi qovacaq və bir başqasını da gətirib yerində əyləşdirəcək. İndi gəl görüm özünə harda iş tapa bilirsən?

Vallah, bu qəssabları dinləyəndəadamın onlara lap yazığı gəlir. Hətta cibində nəyin varsa çıxarıb qəssaba verməkistəyirsən ki, yazıq birtəhər dolansın. Biz onları da qınamırıq. Süni qiymət artımınıyaradanlar ortada yeyib qıraqda gəzənlərdi. Yəni ayrı-ayrı vəzifəli məmurlar ətköşklərinə elə bir haqq qoyurlar ki, o haqqı da qəssablar qiyməti bahalaşdırmaqlaəldə eləyə bilirlər. Yəni qəssab məcbur olub mal ətinin bir kiloqramını 11 manat 50 qəpiyə satır ki, onlara gün verib işıqverməyən ayrı-ayrı ünsürləri razı salsınlar. Əgər razı salmasalar, deməli iş, uruscaola bilər…

Hər halda, mal ətinin Bakıdakıqiymətilə Bərdədəki qiyməti arasında 3 manat fərq var. Tay bu qədər də insafsızlıqolmaz da! Mən adamlar tanıyıram ki, artıq Bakıdakı ət köşklərindən bahalığa görəmal əti almırlar. Məsələn, onlar Bərdəyə, Ağcabədiyə, Beyləqana, Füzuliyə yollarıdüşəndə kiloqramı 9 manata olan mal ətindən 15-20 kilo alırlar. Elə bu sətirlərinmüəllifi də rayona gedəndə Beyləqanın Daşburun qəsəbəsində dana ətinin kiloqramını9 manata alır. Aydındır ki, əhalinin böyük hissəsi Bakıda yaşayır. Onlar isə maləti baha olduğu üçün çətinliklə üzləşirlər. Yəni bu əti çox vaxt ala bilmir, yarmarkalaragedərək keyfiyyətsiz inək əti alırlar.

Bizə elə gəlir ki, Bakıdamal ətiylə bağlı yaranmış süni bahalaşmanın qarşısını almaq o qədər də çətin məsələdeyildi. Çətin məsələ odur ki, süni qiymət artımı yaradan şəxsləri aydınlaşdırasan,müəyyənləşdirəsən və sonra da onları cinayətməsuliyyətinə cəlb eləyəsən. Bax, bu addımı isə hüquq-mühafizə orqanları atmalıdır.

Yəni süni qiymət artımına kimlər yol verirsə, əhaliarasında narazılıq yaradırsa, onlar da yaxasını məsuliyyətdən kənara çəkməməli vəbirmənalı olaraq belə hallara yol verənlər tutduqları mövqedən çəkinməli və insanları incitməməlidilər. Başqa sözlə demişolsaq, Bakıda mal əti satışında yaranmış süni bahalaşmanın qarşısını əlaqədar qurumlaristəsələr bir günün içərisində ala bilərlər. Bəs onda niyə istəmirlər?! Bax, bunubiz deyə bilmərik.