adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
23 Yanvar 2019 12:36
29014
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: DUMANLI HAVA, BUZLU YOLLAR...

Bir neçəgün bundan əvvəl ölkə ərazisinə qar yağdı. Xüsusən də Quba, Qusar Qəbələ,İsmayıllı, Zaqatala, Balakən rayonlarında bu qarın qalınlığı xeyli yüksək oldu.Təbii ki, qışda hava soyuq keçməli, qar yağmalıvə yollar buz bağlamalıdır. Mürəkkəb hava şəraiti ilə bağlı öncədən milli hidrometroloqlar adiyyəti qurumları və əhalini xəbərdar eləmişdi. Hətta həmin günlər TəhsilNazirliyinin əmriylə ümumtəhsil, orta ixtisas və ali məktəblərdə dərslər ikigün dayandırıldı.

Təsadüfideyildir ki, güclü külək Bakıdakı tam orta məktəblərdən birinin damını yerindənqopararaq ətrafa atmışdı. Əgər dərs keçilsəydi, bu təbii fəlakət nəticəsindəneçə-neçə məktəbli ağır xəsarət ala bilərdi . Hələ biz ölüm-itimi demirik.Ümumiyyətlə, havanın həddindən artıq küləkli keçməsi bu və ya digər dərəcədəölkə ərazisində öz fəsadlarını göstərdi.

Qarlıgünlərdə isə Bakı-Quba, Bakı-Şamaxı, Bakı-İsmayıllı, Bakı-Qəbələ avtomobilyolunda isə qarın yağması nəticəsində vəziyyət daha da çətinləşdi. Xüsusən dəAğsu dolaylarında və İsmayıllı yolunda avtomobillərin hərəkət etməsi müşkül birməsələyə çevrildi. Aydındır ki, belə bir şəraitdə nəqliyyat vasitəsini idarəetmək o qədər də asan deyildi. Xüsusən də şinləri köhnə olan və nasaz avtomobillərlə bu yollarla hərəkətetməyi hər sürücü bacarmır. Elə buna görə də qarlı, buzlu günlərdə Ağsudolaylarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldı və yol polisi yolistismar idarələri ilə birlikdə qabaqlayıcı tədbirlər gördü. Belə ki, qarlıyollar qısa zaman kəsiyində açıldı, həmin istiqamətlərə yol istismar idarələrininəməkdaşları tərəfindən duz qarışıq qum töküldü. Hər iki qurumun birgə səyi nəticəsindəqarlı günlərdə baş verə biləcək qəzaların qarşısı alındı.

Bu tədbirləringerçəkləşməsində və təhlükəsizliyin təmin olunmasında YolPatrul Xidməti Alayının 1-ci, 2-ci, 3-cü tağımlarının peşəkarlığını vəekstrimial şəraitdə çevik hərəkətini, qabaqlayıcı tədbirlər görə bilməkbacarığını xüsusilə qeyd etmək lazımdır. Təbii ki, həmin günlər də respublikayollarında qəzasız keçməyib. Ancaq yol polisi əməkdaşları tərəfindən həyatakeçirilmiş profilaktik işlər bu qəzanın böyük bir hissəsinin qarşısını alıb.

Havalarındumanlı keçməsi də nəqliyyat vasitələrinin hərəkətində bir çox problemlərinyaranmasına gətirib çıxarır. Ona görə də dumanlı havalarda yol polisi öncədənsürücülərə xəbərdarlıq edərək diqqətli olmalarını bildirir. Xüsusən dərespublikanın avtomobil yollarında bu cür hava şəraitində sürücülər sürət həddinəəməl etməli, ara məsafələri saxlamalı, yaxın məsafələri işıqlandıran işıqsistemindən istifadə etməlidilər. Çünki dumanlı hava bəzən yollarda elə bir vəziyyətyaradır ki, sürücü 3-5 metrdən qabağı görə bilmir. Belə də olanda hər hansı qəzanınbaş verməsi üçün münbit şərait yaranır.

Bir neçəgün bundan əvvəl dumanlı hava şəraitində Bakı-Qazax yolunun Goranboy rayonu ərazisindənkeçən hissəsində yük maşınının sürücüsü idarəetməni itirərək maşını dəmir arakəsməyəçırpıb və nəticədə yük maşını aşaraq sürücü ağır xəsarət alıb. Sürücü xəstəxanayaçatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Ümumuyyətlə,sükan arxasında əyləşən hər bir sürücü qarlı, şaxtalı, buzlu və dumanlı hava şəraitindəxüsusilə ehtiyatlı olmalıdır. Çünki qeyd etdiyimiz amillər hər an avtomobilyollarında nəqliyyat vasitələri üçün böyük təhlükə mənbəyidir. Birmənalı olaraqbelə havalarda texniki cəhətdən nasazolan avtomobillərdən ehtiyatlı olmaq lazımdır. Eyni zamanda səriştəsi və təcrübəsiaz olan sürücülər sükan arxasında əyləşməməlidilər.

Hələ nəyaxşı ki, havalar bir o qədər də qarlı, covğunlu və soyuq keçmir. Çünkihavaların belə kəskin olması bilavasitə həm sürücülər, həm də hərəkətiştirakçıları üçün yeni təhlükə yaradır. Amma buna baxmayaraq, hələ yanvar ayıdır,qarşıda bizi kiçik çilə gözləyir. Kiçik çilə isə öz çovğunu, qarı, soyuğu ilə həmişəbizi sınağa çəkib. Ona görə də həm sürücülər, həm də hərəkət iştirakçıları beləqarlı, çovğunlu havalara hazır olmalı, öz təhlükəsizliklərini qorumalıdırlar.