adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Iyun 2019 15:00
10545
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: DƏHŞƏTLİ İSTİLƏR SÜRÜCÜLƏRİ SINAĞA ÇƏKİR

Dəhşətliistilər başlayıb. Və belə isti havalarda təbii ki, insanlar üçün çox çətinproblemlər yaranır. Amma buna baxmayaraq, göydən "od yağsa” da, havanıntemperaturu müsbət 40 dərəcəni keçsə də, elə peşə sahibləri var ki, gününaltında xidmət aparırlar. Belə peşə sahiblərindən biri də yol polisləridir. Əlbəttə,isti havalarda yolda xidmət aparmaq, hərəkətin təhlükəsizliyini təmin etmək elədə asan deyil. Bir tərəfdən qaydaları pozan sürücülər intizama dəvət edilir,digər tərəfdən də onlar maarifləndirilirlər.

Baş DövlətYol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının bütün tağımları da bu istihavalarda xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirməyə çalışırlar. YolPatrul Xidməti Alayının 9-cu tağımının əməkdaşları Bakı-Qazax-Gürcüstan sərhədyolu istiqamətində öz üzərlərinə düşən vəzifələri dərindən dərk edirlər. Çünkiuzaq məsafəni qət edən sürücülər isti havalarda bir çox çətinliklə üzləşməliolurlar. Onu da qeyd edək ki, tağım əməkdaşları həmin yolun 369-cu kilometrindən511-ci kilometrinə qədər hərəkətin təhlükəsizliyini təmin edirlər.

Son birneçə gün ərzində respublika ərazisində havalar daha da istiləşib. Başqa sözlədemiş olsaq, elə günlər olur ki, havanın temperaturu müsbət 40 dərəcəni dəkeçir. Belə bir şəraitdə kondisionersiz avtobus və mikroavtobusla mənzilbaşınagetmək çox çətindir. Ona görə də 9-cu tağımın əməkdaşları hər iki stasionarpostda sürücülərin və sərnişinlərin soyuq su ilə yuyunması üçün əlverişli şəraityaradıblar. Başqa sözlə demiş olsaq, adını çəkdiyimiz stasionar postda sürücülərəisti havalarda yol polisi tərəfindən xüsusi diqqət göstərilir.


Belə ki,keçirilən reydlərdə yol polisi əməkdaşlarından polis kapitanı Şahin Süleymanov,polis baş leytenantı Elnur Zeynalov, polis baş serjantları Vidadi Hüseynli, NəsirHəsənov, Elşən İsmayılov yaxından iştirak edirlər. Elə bir gün olmaz ki, istihavalarda onlar sərnişindaşıyan avtobus və mikroavtobus sürücülərilə səmimisöhbətlər eləməsinlər. Çünki bu səmimi söhbətlər zamanı isti hava ilə və onuntörədəcəyi fəsadlarla əlaqədar bütün problemlər yol polisi tərəfindən hərəkətiştirakçılarının diqqətinə çatdırılır. Başqa sözlə demiş olsaq, onlar maarifləndirilirlər.Sürücü və sərnişinlər stasionar postdakı bulağa dəvət edilir, onlar burda soyuqsu ilə əl-üzlərini yuyur və bir qədər dincəlirlər.

Təbiiki, bu cür tədbirlərin gerçəkləşməsi gecə və gündüz saatlarında sükan arxasındaolan sürücülərin yuxulamasının qarşısını alır və onların daha diqqətliolmalarına şərait yaradır.


Doqquzuncutağımın əməkdaşlarının iş əmsalları da kifayət q ədər yüksəkdir. Məsələn, son 3 ayda 10490 inzibati protokol tərtib edilib. Bunun 5940-ıballa nəticələnib. 8525 digər qayda pozuntusu da qeydə alınıb. Avtomobillərihüquqsuz 53, sərxoş 4, piyada qaydaları pozduğuna görə 78, sərnişindaşıma 43,ötmə 6091, manevretmə 75, yolayrıcı 20, giriş qadağandı 13, yükdaşıma qaydasınıpozma 280, ara məsafəsi 34, yol nişanının tələbi 40, etibarnaməsiz 21, təhlükəsizlikkəməri 160, nömrə nişanı yerində olmayan 6, telefonla danışan 31, əlavəavadanlıq 7, texniki baxış 6 qayda pozuntusuna yol verən şəxslər cəzalandırılıb.

Tağım əməkdaşlarınınəsas vəzifəsi hərəkətin təhlükəsizliyini təmin etmək olsa da, cinayətkarlığaqarşı da fəal mübarizə aparır. Belə ki, müxtəlif vaxtlarda bir neçə cinayətitörədib yayınmaq istəyən şəxslər saxlanılaraq polis şöbələrinə təhvil verilib.

Tağımkomandiri, polis mayoru Aqil Məmmədov kollektivdə sağlam mühit yaratmağıbacarıb. İlk növbədə ona çalışıblar ki, xidmət aparılan avtomobil yolunda ağırqəzaların qarşısı qabaqlayıcı tədbirlər nəticəsində alınsın. Elə buna da tağım əməkdaşlarınail olublar. Belə ki, əvvləki vaxtlarla müqayisədə ağır qəzalar azalıb, ölüm vəxəsarətalma halları aşağı enib.

Hər günbu istiqamətdə minlərlə nəqliyyat vasitəsi Gürcüstan, Türkiyə istiqamətində hərəkətedir. Eyni zamanda avtomobillərin intensivliyi artıb. Havalar da günbəgün dahada isti keçir. Belə bir durumda yol polisləri sürücülərlə maarifləndirici söhbətləridavamlı olaraq həyata keçirirlər. Ancaq sürücülər də isti havalarda diqqətliolmalı, yorulanda və sükan arxasında mürgüləyəndə avtomobilləri saxlayıb bir qədərdincələrək əl-üzlərini soyuq su ilə yusalar, onları gözləyən təhlükədən uzaqdüşərlər.


Reyddəiştirak edirdilər: Şahin SÜLEYMANOV – 9-cu tağımın baş inspektoru, poliskapitanı; Elnur ZEYNALOV – 9-cu tağımınbaş inspektoru, polis baş leytenantı; Vidadi HÜSEYNLİ – 9-cu tağımıninspektoru, polis baş serjantı: Nəsir HƏSƏNOV – 9-cu tağımın inspektoru, polisbaş serjantı; Elşən İSMAYILOV – 9-cu tağımın inspektoru, polis baş serjantı:Faiq QİSMƏTOĞLU – "Ədalət”in əməkdaşı.