adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
14 May 2020 08:45
11839
GÜNDƏM

Faiq QİSMƏTOĞLU: CİBİMİZƏ GİRİRLƏR

Hər hansı təşkilatıntelefon nömrəsini öyrənmək üçün biz istər-istəməz məlumat bürosuna üz tutmalıoluruq. Yəni bu məlumat bürosundan axtardığımız qurumun telefon nömrəsini öyrənməkbir o qədər də çətin iş deyil. Amma nədənsə indi bu məsələlər çox dolaşığadüşüb. Əvvəllər yəni pulsuz xidmət olanda 09-a zəng edirdik və çox asanlıqla hərhansı yerin telefon nömrəsini öyrənə bilirdik.

İndi neçə illərdirki, bu xidmət sahəsini pullu ediblər. Yəni hər hansı yerin telefon nömrəsiniöyrənmək istəyirsənsə, 012109-a zəng vurmalısan. Həmin ünvanı evtelefonlarından bu formada yığmaq olur. Dedik axı, indi bu xidmət sahəsipulludur. Buna sözümüz yoxdur. Sözümüz onadır ki, bu xidmət sahəsi bir çoxhalda abonentlərə xidmət göstərmədiyi halda pul ödəmək qəbzi göndərir.

Biz də aprelayında müəyyən nazirlikdən nömrə öyrənmək üçün 012109 nömrəyə zəng vurduq. Zəngvuran kimi səs yazısında bildirilir ki, Azərbaycan dilində soruşmaq üçün birdüyməsini, rus dilində soruşmaq üçün isə iki düyməsini basmaq lazımdır. Biz dəbir düyməsini basdıq, bir qədər musiqi səsi gəldi, bir qədər gözlədik bir xəbərçıxmadı. Axırda nömrə məşğul olduğunu göstərdi.

Nə az, nə çox, 3dəfə bu vəziyyət təkrarlandı və 3 dəfə də həmin xidmət sahəsilə əlaqə qurubaxtardığımız nömrəni tapa bilmədik. Bir sözlə, əlimiz ətəyimizdən uzun qaldı.Düşündük ki, yazıq camaat gör bir nömrəni öyrənmək üçün nə qədər gözləməli, nəqədər də səbr etməlidir.

Aprel ayınıntelefon danışıqlarını və internet borcunu ödəmək üçün mayın 5-də Yeni Günəşlidəki poçtagetdik. Ödəyici də mənim həyat yoldaşım Hüseynova Rəhimə Nəbi qızıdı. Biz həray telefon xidmətinə görə 2 manat 50 qəpik, internetə görə isə 10 manat pul ödəyirik.Amma bu dəfə əməliyyatçı Turac xanım Hüseynova bildirdi ki, 12 manat 50 qəpikyox, 13 manat 70 qəpik ödəməlisiniz.

Sözün düzü, əməliyyatçıxanımın sözü bizi təəccübləndirdi. Həmin xanım dedi ki, təəccüblənməyin. 1manat 20 qəpiyi ona görə verməlisiniz ki, 012109 xidmətinə zəng vurmusunuz. Bizdə dedik ki, ay xanım, düzdü, ora zəng vurmuşuq. Amma onlar bizə heç bir xidmətgöstərməyiblər. 3 dəfə zəng etdiyimizə görə, həmin xidmət bizə 1 manat 20 qəpikəlavə borc yazıb.

Təbii ki,iradımızı Turac xanıma bildirdik. Amma o dedi ki, müəllim, bu bizlik deyil. Mənəməliyyatçı kimi nə yazılıbsa, ona baxıb sizə qəbz verirəm. Sizin xanımınızınadında da bu qədər borc var.

Farsların sözüolmasın, "xub” dedik, dinmədik. Və sonradan da fikirləşdik ki, balam,susmağımız həmişə başımıza bəla olur. Düzdür, atalar deyib ki, "danışmaqgümüşdürsə, susmaq qızıldır”. Elə bu cür atalar sözü bizi gətirib bu günəçıxarıb da. O qədər susmuşuq, axırda məmurlar gəlib miniblər bizim çiynimizə.

Heç başa düşməkolmur, axı bir xidmət sahəsi ki, xidmət göstərməyib, axtardığımız nömrəni bizədeməyib, nə üçün biz 1 manat 20 qəpik pul ödəməliyik? Hər abonentdən bu cür"xidmətə” görə 1 manat 20 qəpik oğurlamaq görün axırda hara gəlib çıxır. Bu,yüz minlərlə pul eləyir...

Sözümüzün canıondan ibarətdir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əhaliyəbelə yarıtmaz xidmət göstərən və abonentlərin cibinə girən 012109 xidmətinin fəaliyyətiniaraşdırmalı və təqsirkar, günahkar şəxsləri üzə çıxarmalıdılar. Çünki hər addımdainsanların hüquqlarının pozulması kimlərinsə xidmət göstərməyə-göstərməyəindiki karantin rejimində adamlarıncibinə girməsi heç də yaxşı əməl deyil. Bəlkə kimin üçünsə 1 manat 20 qəpikelə böyük məbləğ deyil. Amma bizim üçün nəinki 1 manat 20 qəpik, elə 20 qəpik dəböyük puldu.

Ümumiyyətlə,bizdə xidmət sahələri bir çox halda belə yollarla əhalinin cibinə girir, onunhalal pulunu oğurlayır və üstündən də su içirlər. Amma indi çox şey dəyişib vəölkədə böyük islahatlar həyata keçirilir. Xalqın cibinə girən əliəyri və dələduzadamlar ifşa olunur, cinayət məsuliyyətinə cəlb edilməlidirlər.