adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
18 Iyun 2020 08:30
11855
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: CANIMIZDAN BEZMİŞİK?

Sizi bilmirəm, mənhər dəfə dənizdə, çayda boğulmuş adamlar haqqında xəbərləri eşidəndə tüklərimbiz-biz olur. Sanki hər yay mövsümü gələndə dəniz, çay, göl bir Əzrayıla dönürvə neçə-neçə can alır. Nə dənizin, nə gölün, nə də çayın günahı var? Bütün günahlar üzməyi bacarmayan, özününvə ailəsinin taleyini düşünməyən insanların özündədir. O insanlar ki, hər yaymövsümündə bu cür hadisələrin şahidiolurlar; görürlər ki, neçə-neçə adam dənizdə, çayda, göldə boğulur. Amma buboğulanlardan çoxları nəticə çıxarmırlar və düşünürlər ki, dənizdə, çayda, göldəüzsələr, onlara bir şey olmaz.

Yayın gözəlliklərindənbiri də isti günlərdə dənizə, çaya, gölə getməkdir. Əgər hər hansı adam çoxnormal və rahat şəkildə çimərliyə getsə, qaydalara əməl eləsə, təbii ki, bundanləzzət alacaq. Vay o günə ki, kimsə üzməyi bacarmaya, çimərliyə gedə və sonrada yeyib-içdiyi burnundan tökülə. Əfsuslar olsun ki, əksər insanlar bu barədəçox dayaz düşünürlər. Dayaz düşündüklərinə görə də həmin yerlərdə dayaz yerdədeyil, dərin hissələrdə çimirlər.

Fikirləşmirlərki, onlar istirahətə gəliblər, yoxsa həyatlarını təhlükə altına atmağa?! Bu cürhərəkətə yol verən yeniyetmə də var, gənc də olur, orta və yaşlı insanlar da! Təbiiki, dərindən düşünməyən həmin adamlar suyun dərinliyində olarkən bu faciəli anıyaşayırlar və bundan sonra da hər şey faciə ilə bitir.

Son günlərdərespublikamızda neçə-neçə insanın çayda və göldə boğulub ölməsi xəbəri yayılıb.Biri var suya təsadüfən yıxılasan və səni də xilas eləyən olmaya, bir də varüzməyi bacarmaya-bacarmaya suya atılasan. Amma bu yaxınlarda Mingəçevir şəhərindəbir qız Kür çayına yıxılmışdı. Onu görən mühafizə polisinin əməkdaşı özünü suyaataraq 150 metr üzüb həmin qızı xilas eləyib. Yəni o polis əməkdaşı olmasaydı,aydındır ki, o qızı da xilas edən olmazdı. Görünür, Allah-Təala xilaskar kimipolis əməkdaşını seçib və onun əliylə qızı ölümün pəncəsindən xilas eləyib. Bubaşqa hadisədi. Yəni kimsə təsadüfən çaya yıxılır və bir Allah bəndəsi də onuqurtarır.

Bir həftə ərzindədənizdə, çayda və göldə boğulanların sayı 10-a yaxındır. Bir neçə gün bundan əvvəlisə Kür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində isə daha bir faciəlihadisə baş verib. Belə ki, isti iyun günlərində 5-6 nəfər kənd sakini yığışıbçimməyə gedib və çimməyə getməmişdən öncə yaxşı yeyib-içiblər. Yeyib-içmək deyəndə,yəni araq da vurublar. Həmin dostlardan biri sərinləmək üçün çaya atılıb. Birbaşqa dostu da görüb ki, suya atılan yoldaşı batır, onu xilas eləmək üçün suyatullanır. Suya tullanan oğlan nə dostunu xilas edə bilir, nə də özünü. Və hərikisi boğulur. Çayın kənarında duran, suda boğulan kişilərdən birinin oğluatasına kömək məqsədilə o da özünü çaya tullayır. Bu uşaq da üzə bilmədiyinəgörə, boğulmaq təhlükəsi qarşısında qalır. Başqa bir adam suya tullanaraq ouşağı xilas edir. Hələ də iki nəfərin axtarışı aparılır və meyitləritapılmayıb.

Başqa bir hadisəisə Lənkəranda baş verib. Orda da çayın vadisində bir nəfər ehtiyatsızlıqdansuya düşür. Onun cəsədini çıxararkən sahildə duran qohumlarından biri əlləriləöz başına döyürdü. Yəni bu faciəyə tab gətirməyən qohumu çıxış yolunu özünüdöyməkdə görürdü. Aman Allah, mən bu səhnəyə televizorda göstərilən süjetəbaxanda ürəyim para-para oldu. Dedim ki, yazıq suda boğulanların qohumları, buqəfil ölümlərdən siz nələr çəkirsiniz?! Çünki qəfil ölümə dözmək o adamlarınqohumları üçün elə də asan deyil. Ancaq yenə Allah-Təaladan bu faciələriyaşayan insanlara səbr diləyirik. Amma həm də deyirik ki, ay qardaşlar, aybacılar, ay insanlar, bax, bu cür səhlənkar hətəkətləriniz ilə siz görün qohum-əqrəbalarınızınecə gözüyaşlı qoyursunuz... siz görün adi bir diqqətsizliklə öz həyatınızanöqtə qoymaqla yanaşı, ailənizin və doğmalarınızın hansı acılar, ağrılar çəkməsinəgətirib çıxarırsiniz.

Üzməyibacarmayan adamlar yaş həddindən asılı olmayaraq, çimərliyə getsələr də, dərinyerlərə getməməlidirlər. Balam, sən çimərliyə, dənizə, çaya, gölə istirahətəgedirsən, yoxsa ölməyə?! Əgər istirahətə gedirsənsə, tay bu nə oyundurçıxarırsınız? Yeyib-içib, araq vurub sonra da üzməyi bacarmaya-bacarmaya suyabaş vurursunuz. Bəs bilmirsiniz, bunun da axırı bir çox halda boğulmaqla bitir?

Bizə elə gəlirki, bir çox insanlar üzməyi bacarmayıb suda çimənlərin faciəli həyatından nəticəçıxarmalıdırlar. Artıq çimərlik mövsümü başlayıb. Və karantin rejimi ilə əlaqədarolaraq çimərliklərdə də sosial izolyasiya qaydalarına, ara məsafəsisaxlanılmasına diqqət yetirilməlidir. Ən böyük diqqət isə üzməyibacarmaya-bacarmaya çimərliyə getməkdir. İnsanlar istəsələr özlərini hər hansıtəhlükədən xilas eləyə bilərlər.

Sadəcə olaraq,bir qədər diqqətli və məsuliyyətli olmaq tələb edilir. Bizim millətsə həmişəolduğu kimi, bu məslələrdə də həyatına laqeyd yanaşır. Əgər laqeydyanaşmasalar, bu qədər faciələr hər yay mövsümü baş verməz. Yəni onlarla insandənizdə, çayda və göldə üzərkən boğulub ölməz. Boğulmaq istəmirsinizsə, diqqətliolun, özünüzün və ailə üzvlərinizintaleyini düşünün. Düşünmürsünüzsə, deməli, hər an sizi suda boğulmaq təhlükəsigözləyir...