adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Oktyabr 2018 12:45
8680
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: CAMAATI SINAĞA ÇƏKƏNLƏR

Beləbir deyim var: «Su həyatdır». Əlbəttə, su olmayan yaşayış yerində – binada, evdəadamlar hansı çətinliklərlə üzləşir, bunu heç kim bilməsə də, suyu gəlməyən insanlardaha yaxşı bilirlər. Çünki deyirlər ki, lalın dilini anası bilər. Gəlin bir faktıdeməkdən çəkinməyək. Bakıda bir çox yaşayış sahələrinin sakinləri demək olar ki,elə il boyu «su, su» deməkdən lalıyırlar. Xüsusən də isti yay günlərində su gəlməyəndəhəmin adamlar canlarını qoymağa yer tapmır, hətta yuyuna bilmirlər. Hər adamın dayaxın qohumu yoxdur ki, gedib onun evindəki hamamda yuyunsun.

Nədənsəbizim millətin su sarıdan bəxti gətirməyib.Bəziləri deyə bilərlər ki, müəllim, sən düz danışmırsan. Odey, bizim binada sutkanın24 saatı su verilir. Buna sözümüz yoxdur. Bakıda elə yaşayış yerləri və binalarıvar ki, həqiqətən də ora daimi su ilə təchiz edilir. Hələ bir balaca imkanı olanlararəhmətlik Zeynalabdin Tağıyevin çəkdirdiyi su kəmərindən su verirlər. Axı, ikincikəmər də səhv eləmiriksə çəkilib. Yəni indi Bakıya Qubanın dağlarından süzülüb gələntərtəmiz göz yaşı kimi bulaq suyu gəlir. Bu su da təbii ki, hər evə və hər binayaverilmir. Bunlarla işimiz yoxdur. Kim hara su verir, necə verir özü bilər.

Ammabir onu bilirik ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, MəmmədAraz küçəsinin sakinləri ilboyu su sarıdan əziyyət çəkirlər. Onlara on beş gündənbir su veriləndə papaqlarını göyə atıb sevinirlər. Sevinirlər ki, nə yaxşı heç olmasa,on beş gündən sonra su verildi. Özü də həmişə Məhərrəmlik ayında sanki Su Kanalİdarəsi bu sakinləri sınağa çəkir. Bax, onu bilmirik ki, niyə Məhərrəmlik ayındabu insanları su ilə imtahan eləyirlər?

Düzon beş gün idi ki, yuxarıda göstərdiyimiz ünvana əlaqədar qurum tərəfindən su verilmirdi.Həmin massivin sakinləri isə İcra hakimiyyətindən tutmuş Su Kanal İdarəsinə qədərşikayət etdilər. Bir neçə dəfə həmin qapıları döyməyə məcbur oldular. Bəzi məmurlaronlara su verilməsilə bağlı vəd versə də, ancaq bu vədə əməl olunmurdu. Sakinlərbu cür yalançı vədlərdən boğaza yığılaraq yenə dəfələrlə adiyyəti qurumlara üz tutdular.Çox get-gəldən sonra axır ki, oktyabr ayının 16-da gecə saatlarında həmin yaşayışmassivinə su verildi. Təbii ki, bundan ənçox sevinən də həmin massivdə yaşayan insanlar oldu. Biz həmin massivdə yaşayan bir neçə sakinlə söhbət elədik.Namaz Məmmədov adlı yaşlı bir ağsaqqal onların problemi ilə maraqlandığımızı görübsevindi. Dedi ki, ay oğul, kaş hamı sizin kimi bizim dərdimizlə maraqlanaydı. İnanın,bu ahıl çağımızda mən və qonşularımız həftələrlə su gəlməyəndə adiyyəti qurumların qapısına getməkdən əldə düşmüşük. Nəyaxşı ki, bu qədər etirazdan sonra suyu verdilər. Hələ indiyə qədər görməmişik ki,bizim yaşadığımız yerə gündüz saatlarında su verilsin. Gecə saatlarında su veriləndəsözün açığı, bəzi sakinlərin bundan xəbəri olmur. Səhər yuxudan oyananda qonşulardeyir ki, bəs gecə su verdilər. Həmin adamlar da qalırlar mat-məəttəl. Gərək birdə neçə gün gözləyəsən ki, yaşayış sahəsinə su versinlər, sən də çənini doldurasanvə özünə su ehtiyatı yığasan.

Bizhəmin yaşayış sahəsindəki neçə-neçə insanların su ilə bağlı giley-güzarlarını dinlədik.Gördük ki, həqiqətən də bu insanlar ayrı-ayrı vəzifəli şəxslərin məsuliyyətsizliyiüzündən həftələrlə, hətta daha çox müddətə susuz qalırlar. Həmin insanlar bizimləsöhbətlərində bir daha dedilər ki, onların su sarıdan olan narazılıqlarını Abşeronrayon Su Kanal İdarəsinə çatdıraq. Çünki sakinlər deyirlər ki, biz gedib onlaraetiraz eləyirik, ondan sonra bir müddət keçmiş bizə su verirlər. Özü də bəhanələribu olur ki, təyziq aşağıdır, ona görə də su zəif gəlir. Hansı ki, ölkə rəhbərliyitərəfindən hər il adiyyəti qurumlara milyonlarla vəsait keçirilir. Qoy adiyyətiqurumlar da zəhmət çəkib bu vəsaiti düzgün xərcləsin və suyun təyziqini artırsın.Bəhanələrlə adamları yola vermək, aldatmaq heç də yaxşı iş deyil.

Göründüyükimi, Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Məmməd Araz küçəsindəyaşayan sakinlərin su problemi bir neçə günlük öz həllini tapıb. Ancaq sakinlərbildirdilər ki, bu müvəqqəti xarakter daşıyır. Ona görə də adiyyəti qurumlar bubarədə ciddi düşünməli, yuxarıda göstərdiyimizyaşayış sahəsinin sakinlərini fasiləsiz su ilə təmin etməlidilər. Bu, onların vəzifə borcudu.