adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
06 Noyabr 2019 13:59
14864
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: BU AĞAC KİMİN BAŞINA DÜŞƏCƏK?

Bakıda həmişə güclü küləklər əsəndə hansısa birağacı kökündən çıxarır və aşırır.İllahda ki, bu ağacın altından adam keçə, yaxud da maşın ola. Bax, onda o adamda, o maşın da əziləcək və pis vəziyyətə düşəcəkdir. Və paytaxtda da həmişəgüclü küləklər olmamışdan əvvəl hidrometroloqlar adiyyati qurumları və əhalinixəbərdar eləyir. Xəbərdarlıq olunur ki, güclü küləklərin əsdiyi vaxtda hündürağacların altından keçməsinlər və yaxınlığında avtomibil saxlamasınlar. Dəfələrləbu şiddətli küləklər zamanı Bakıda neçə-neçə ağac aşıb, onun altında olanavtomobillərə böyük ziyan dəyib. Və hətta aşan ağaclar ayrı-ayrı insanların daüzərinə düşüb.

Noyabrın2-də də Bakı şəhərində çox möhkəm küləklər əsdi. Külək qarışıq fasiləsizyağışlar da ara vermədi. Həmişə olduğu kimi, bu küləkli havada bir neçə ağac dakökündən çıxıb aşdı. Belə ağacların biri də noyabrın 2-də saat 17:00 radələrindəSuraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin "D” massivindəki 13-cübinanın arxasında aşıb. Axşam saatları olduğu üçün xoşbəxtlikdən hər hansıinsan xəsarət almayıb. Bu hündür və iri gövdəli qovaq ağacı düz 30 il bundan əvvəlbinanın yanındakı ayaqqabı təmiri yerinin bir addımlığında sakinlər tərəfindən əkilib.


Artıqbir il idi ki, güclü külək əsdikcə ağac yerindən oynayırdı. Və həmin binanınsakinləri də hiss edirdilər ki, bu ağac nə vaxtsa güclü külək nəticəsindəkökündən çıxıb aşacaq. Ona görə də sözün açığı küləklərin güclü olduğu vaxtdasakinlər o ağacın yanından ya keçmir, ya da keçəndə ehtiyatlı keçirdilər. 

İndibu ağac noyabrın 2-dən yarı aşmış vəziyyətdə eləcə də dayanıb. Ağacın kökü vəgövdəsi iki bağın arasındakı hasarın üstündə dayanıb. Bu vəziyyətdə ağacınqalması çox böyük təhlükə törədir. Adamlar da bu ağacın altından çoxsoyuqqqanlılıqla keçib gedirlər. Hansı ki, ağacın aşması ilə bağlı Ekologiya vəTəbii Sərvətlər Nazirliyinə və Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə sakinlərindediyinə görə məlumat da verilib.



Ammabuna baxmayaraq, ayın 6-sı olsa da əlaqədar qurumlar gəlib onu ordan götürmürlər.Biz həmin ağacın müxtəlif görüntülərini də telefonumuzun yaddaşına köçürdük. Dedik, bəlkə bizim buyazımızı oxuyandan və şəkilləri görəndən sonra adını çəkdiyimiz qurum hərəkətəgələ və yarımçıq aşmış ağacı ordan götürə.

Əlbəttə,sakinlər o ağacı kəsə də bilərlər, ordangötürməyi də bacararlar. Ancaq mövcud qanunla Ekologiya və Təbii SərvətlərNazirliyinin əməkdaşları gəlib ağaca baxış keçirməli, problemləri də özləri həlletməlidirlər. Onların əvəzinə kimsə bu işi görən deyil. Ağacın isə yarı aşmış vəziyyətdəolması onun altından keçən insanların hər an başına düşə bilər. Burdan həm məktəblilər keçir, həm də yaxınlıqdakı ticarətmərkəzində alış-veriş etməyə gedənlər.



Deməli,bu insanların başının üstündə çox böyük bir təhlükə var. Biz də bu yazını qələməaldıq ki, qoy təhlükə adiyyəti qurumlar tərəfindən vaxtında aradan qaldırılsın.Sonra deməsinlər ki, bizim yarıaşmış ağacdan xəbərimiz yox idi.

Çünkibiz belə hadisələrin çox şahidi olmuşuq. Hətta hansısa vəzifəli şəxsin səhlankarlığınəticəsində ölüm halları da baş verir. Biz lazımi ünvanı göstərdik, şəkilləri vəyazını qəzetimizdə dərc elədik, adiyyəti qurumlar isə öz missiyalarını və vəzifələriniyerinə yetirməlidirlər. Gözləyək görək nə olur?!