adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Oktyabr 2019 13:01
20713
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: BÖYÜK ÜMİDLƏRİN İŞIĞINDA

Dünyaya göz açan hərbir insan özü böyük bir ümid yaradır. Çünki o, dünyaya gəlirsə, yaşayırsa,bağçaya getməlidir, məktəbli olmalıdır və sonra da özünə bir həyat yolu seçməlidir.Təbii ki, insanın təhsil almasında, vətəndaş kimi yetişməsində və kamil insankimi formalaşmasında məktəbin, təhsilin rolu əvəzsizdir. Ən azından ona görəki, kimliyindən asılı olmayaraq, o, parta arxasında əyləşməli, müəllimdən dərsalmalı və elmin sirlərini öyrənməlidir. Əlbəttə, o məktəbdə ki, savadlı, təcrübəlipedaqoqlar var, istər-istəməz həmin yerdə tədrisin və təlimin keyfiyyəti də yetərincəolur. Aydındır ki, bunu da təşkil etmək, sistemli bir formada hazırlamaq elə dəasan iş deyildir. Başqa sözlə demiş olsaq, həm məktəb direktoru, həm də pedaqojikollektiv öz yerində olmalıdır.

Bu mənada Füzulirayonunda da kifayət qədər nümunəvi və qabaqcıl təhsil ocaqları da vardır.Onlardan biri də Horadiz şəhərindəki 2 nömrəli tam orta məktəbdir.

Öncədən onu qeyd edəkki, 2 nömrəli tam orta məktəbin direktoru Ləman Əliyeva çox savadlı, təcrübəlivə öz işini bilən bir ziyalıdır. O, uzun illərdir ki, bu kollektivə rəhbərlikedir. Ləman xanım həm də gözəl təşkilatçı və ideyalar müəllifi kimi də tanınır.Çünki o, bir vaxtlar Bilik Fondunun xətti ilə keçirilmiş bir çox möhtəşəm layihələrəvə tədbirlərə imza atıb. L.Əliyeva həmişə yeniliyə, müasir texnologiyaya və eləcədə təhsildə islahatlara böyük maraq göstərib.

Daha doğrusu, təhsildəkiyenilikləri və mütərəqqi metodları bu kollektivə gətirməyi bacarıb. Onu da qeydetmək istəyirik ki, o yerdəki müəllimlər və pedaqoqlar öz işinə məsuliyyətləyanaşır, üzərlərində çalışır və axtarışlar aparır. Bax, orda həmişə uğurlar da əldəetmək mümkündür. Təsadüfi deyil ki, 2018-2019-cu tədris ilində məktəbi bitirmiş 15 məzunun 7-si ali təhsilocağına, 1-i isə kollecə daxil olub. 3 məzunisə qəbul imtahanı zamanı yüksək bal toplayıb. Onlardan biri Natiq Salman oğluMəmmədov 584 balla BDU-nun kompüter elmləri, Əli Azər oğlu Salanzadə 594 ballaXəzər Universitetinin neft-qaz mühəndisliyi, Ceyhunə Ceyhun qızı Əliyeva isə575 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültələrinə daxilolublar. Məktəbin məzunu Əli Salanzadə ilə bağlı bir neçə maraqlı faktı daoxucuların diqqətinə çatdırmaq istəyirik. Çünki Əli Salanzadə respublika üzrəkeçirilən kimya fənni üzrə Olimpiadada qızıl medal qazanıb. Eyni zamanda o,Beynəlxalq Kimya Olimpiadasında da vəsiqə əldə edib. Belə ki, Əli SalanzadəTürkiyədə, Fransada keçirilən məktəblilərinBeynəlxalq Kimya Olimpiadasının iştirakçısı olub.

Bütün bu göstəriciləronu təsdiq edir ki, həqiqətən də Horadiz şəhərindəki 2 nömrəli tam orta məktəbdətədris və təlim çox yüksək səviyyədə təşkil edilib. Şagirdlərə dərs deyən müəllimlərmütəmadi olaraq təhsildəki yenilikləri və müasir texnologiyaları çoxbacarıqla dərs zamanı tətbiq edirlər.

Bu gün məktəbdə 270şagird təhsil alır. Özü də onu qeyd edək ki, bu şagirdlər cəbhə bölgəsində yaşayır və elə orda daoxuyurlar. Cəbhə bölgəsinin ab-havası və durumu onları əsl vətəndaş kimi yetişməyə və mübarizəaparmağa yönəldir. Bu gün məktəbdə o şagirdlərin təlim-tərbiyəsi ilə 29 müəllimvə 14 texniki işçi məşğul olurlar. Məktəbin pedaqoji kollektivinin üzvlərindəndirektor müavini Arzu Məmmədova, müəllimlərdən, Vəfa Xuduyeva, Azər Kərimli,Hikmət Xuduyev, Vüqar Həsənov sözün həqiqi mənasında şagirdlərin elmi biliklərə yiyələnməsi və vətənpərvərgənc kimi yetişməsində əllərindən gələni əsirgəmirlər. Onlar müəllim adını, müəllimşərəfini həmişə uca tutublar və bundan sonra da uca tutacaqlarını bildirilər.

Davamlı olaraq məktəbdəədəbi-bədii gecələr, tanınmış şair və yazıçıların yaradıcılığı ilə bağlıkompazisiyalar təşkil edilir. Məsələn, böyük Azərbaycan şairləri Nizami Gəncəvinin,İmaməddin Nəsiminin, böyük dramaturq Mirzə Fətəli Axundovun əsərləri səhnələşdirilib. Bu ədəbi kompazisiyalar bu dahi insanlarışagirdlərə daha dərindən sevdirib. Çünki Nizamini, Nəsimini, Axundovu daha dərindənoxuyan və tanıyan şagird əsl vətəndaş kimi yetişir, xalqını, millətini böyük məhəbbətləsevir.

Məktəbin direktoru Ləmanxanım Əliyeva gənc olmasına baxmayaraq, çox təcrübəli və səriştəli birpedaqoqdur. O həm müəllimlərin, həm də şagirdlərin hər birinin dilini tapmağıbacaran bir ziyalıdır. Özü də söhbətzamanı deyir ki, bu gün məktəb direktoru işləmək də çətindir, müəllim olaraq dərsdemək də. Çünki bizim oxuduğumuz və təhsil aldığımız dövrlə indiki zamanarasında böyük fərq var. Bax, biz də çalışırıq ki, bu zamanını içində bütün təcrübəmizi,elm və savadımızı şagirdlərə çatdıra bilək. Bunu üçün isə hər bir şagirdindilini tapmaq, psixologiyasını öyrənmək lazımdır. Mən deyərdim ki, müəllimlərimizbu yolu tapmağı bacarıblar. Çünki davamlı olaraq valideyn-şagird-müəllimmünasibətləri diqqət mərkəzində saxlanılır.

Təbii ki, bugünki təhsilsistemi yenilikləri çox sevir. Çünki indiki şagird zəngin informasiyatexnologiyasının əhatəsindədi. Bu mənada şagirdlərdə kitaba, elmə həvəsyaratmaq üçün ən müasir metodlardan istifadə edirik. Elə bu yaxınlarda müəllimvə şagirdlərin iştirakı ilə məktəbimizdə çox möhtəşəm bir tədbir - "Oxugünü" keçirilib. Mənim fikrimcə, insan hər gün yemək yediyi, su içdiyi vəhava udduğu kimi, həm də mütaliə eləməli, oxumalı və öyrənməlidir. Çünkioxumadan, öyrənmədən müəllim sinifdəki şagirdləri ələ ala bilməz və bildiklərinidə onlara çatdırmaqda çətinlik çəkər.

Bir faktı da qeyd edəkki, sərhədçilərin keçirdiyi məktəblilərarası yarışda bu kollektiv birinci yerəlayiq görülüb. Ümumiyyətlə, məktəb tez-tez sərhədçilərlə görüşdə olur, bayramgünlərində onları ziyarət edir və yenibir tarix yazırlar. Azərbaycan əsgərinin yanında olmaq, onların yaşadığı anlarıgörmək elə özü də bir xoşbəxtlikdir. Bu mənada Füzuli rayonundakı Horadiz şəhəri2 nömrəli tam orta məktəbin öz ənənləri var. Bu ənənlər tədrisin və təliminyüksək keyfiyyəti və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsidir.

İnanırıq ki, pedaqojikollektiv bundan sonra da təhsildə və tədrisdə böyük uğurlara imza atacaq, özşagirdləri, məzunları ilə gələcəyə doğru inamla addımlayacaqlar.