adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 May 2019 16:14
9508
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: BİR AYAĞIN YOXSA...

Bizimcamaatın çoxu xəstə ola-ola uzun müddət öz haqlarını ala bilmirlər. Yənionların hüquqları ayrı-ayrı qurumlar tərəfindən tapdanır və bu məsələ də acıbağırsaq kimi uzanıb gedir. Qabaqlar əlilliyi olan xəstələr bu hüququ əldə etməküçün aylarla, illərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Həkim TibbKomissiyasına ayaq döyməkdən təngə gəlirdilər.

Dahadoğrusu, ora gedib qayıtmaqdan ayaqları qabar olmuşdu. Buz baltası kimi sağlamolan insanlar bir neçə günün içərisində "xəstə” çıxaraq əlillik dərəcəsialırdılar. Əsl xəstələr isə bayaq dediyimiz kimi, zülmün və məşəqqətin içərisindəçırpınırdılar. O quruma işi düşənlər bunu çox yaxşı bilirlər. Çox yaxşı bilirlərki, buz baltası kimi sap sağlam olan adam bir neçə günün içərisində "şirinlik”verəndən sonra bu sənədləri göydə hazırlayırdılar.

Yeninazir təyin olunandan bir qədər sonra bu sahədə şəffaflıq yaranmağa başladı. Hətta1500 nəfərə yaxın saxta əlillik dərəcəsi almış şəxslərin hüquqları ləğv olundu.Məlum oldu ki, onlar buz baltası kimi sağlam imişlər. Hansı ki, həmin müddətdəyüzlərlə, minlərlə xəstə insanların halal haqları özlərinə qaytarılmayıb, HəkimTibb Komissiyası onların bığını yağlayan adamlara saxta əlillik dərəcəsi verib.Və buna görə hələ bir həkim də çinayət məsuliyyətinə cəlb edilməyib. Atalarınbelə bir məsəli var: "Balıq başdan iylənər”.

Təbiiki, o həkimlər də aldıqları pulu tək yeməyiblər. Babalı deyənlərin boynuna. Əvvəllərbirinci dərəcəli əlillik almaq istəyirmişsənsə, 5000 manatından keçməli imişsən.Çox yox, cəmi bir dəfə Həkim Tibb Komissiyası qəbuluna kimin yolu düşsəydi görərdi ki, ordahansı "bazarlıq” gedir.

Heç bugün də bu məsələlər Əmək və Əhalinin Sosial Nazirliyi tərəfindən tam həll edilməyib.Ən azından ona görə ki, yenə kifayət qədər əlilliyin verilməsindən şikayətlənən insanlar var. Bu yaxınlardateleviziya kanallarından birində süjet göstərildi. Səhv eləmiriksə, həmin süjetŞəkidən çəkilmişdi. Ayağının birini itirmiş, o birində isə şəkər xəstəliyi olanşəxs deyirdi ki, mən birinci dərəcəli əlilik ala bilmirəm. Özü də o yeriyəbilmir, kimsə kömək etməsə, ayağa qalxmaqda çətinlik çəkir.

Həkimlərdəndə biri isə deyir ki, bu xəstə bizə müraciət etməlidir, biz isə forma-88 yazıbyuxarıya göndərməliyik. Axı görürsünüz ki, o xəstə yerindən tərpənə bilmir, ayağadurmaqda çətinlik çəkir. Kor kordu, gör gördü. Yəni xəstənin bir ayağı kəsilibvə heç hara da gedə bilmir. Bax onda həmin komissiyanın üzvləri zəhmət çəkib oxəstəyə baxa bilərlər. Amma baxmırlar. Çünki onun pulu yoxdur. Pulu olsa, heçayağı kəsilməsə də bir balaca xəstəliyə görə ona qısa müddətdə əlillik dərəcəsiverərlər.

Hərhalda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsləri yəqin busüjetə baxıblar. Ən azından həmin nazirlikdə mətbuat xidməti fəaliyyət göstərirvə mətbuat xidmətinin də borcu odur ki, bu cür faktları cənab nazirəçatdırsınlar. Nazir Sahil Babayev gənc olmaqla yanaşı, həm də obyektiv birinsandı. Mən inanmıram ki, o, bu məsələyə ədalətli yanaşmasın. Əgər probleminazirin diqqətinə çatdırsalar, heç şübhəsiz həmin ayağı kəsilmiş insana qısamüddətdə birinci dərəcəli əlillik verilə bilər.

Elə xəstəliklərvar ki, ona həkim rəyindən çox bir humanistlik gərəkdir. Ayağı, əli, gözü əlilolan şəxslər heç vaxt diqqətdən kənarda qalmamalıdılar. Nə vaxta qədər buzbaltası kimi sağlam adamlar əlillik dərəcəsi alacaq, əlini, ayağını və gözünüitirmiş insanlar isə aylarla, həftələrlə, günlərlə müxtəlif qurumlara ayaq döyəcəklər.

Bizə eləgəlir ki, bu gün adını çəkdiyimiz Nazirlikdə əvvləki vaxtlarla müqayisədə məsələlərədalətlə həll olunur və şəffaflıq yaranır. Bu şəffaflıq isə daha da geniş vüsətalmalı, əlil və xəstə insanlar öz halal haqlarını almaqda süründürməçiliyə,haqsızlığa və özbaşınalığa məruz qalmamalıdılar.