adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Yanvar 2019 13:11
5952
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: AVTOMOBİL YOLLARINDA QƏZALARIN QARŞISINI NECƏ ALMAQ OLAR?

Ötən yazımızda respublikanın avtomobil yollarında baş vermiş qəzalarlabağlı bir rəqəmi xatırlatmışdıq. Bildirmişdik ki, ötən ilin dekabr ayında respublikanın avtomobil yollarında baş vermişqəzalar zamanı 60 insan dünyasını dəyişib. Bu rəqəm belə baxanda adi görünür.Ancaq insan teleyinin göstəricisi kimi cox narahatedici faktdır. Ən azından onagörə ki, heç bir günahı olmayan hərəkət iştirakçıları "trafik canavarın” qurbanıolub. Narahat olmağa və həyəcanlanmağa dəyər. Hətta bu barədə "sos” da verilməlidir.Çünki söhbət insan taleyindən gedir. O insan taleyi ki, sürücülərin əlində olur və adi bir diqqətsizliknəticəsində həyatları ilə vidalaşırlar.

Dünyanın hər yerində avtomobil qəzaları qaçılmazdır. Sadəcə olaraq,elə ölkələr var ki, orda qəzaların qarşının alınması üçün uzun illərdir böyük tədbirlərgörülüb və bu da öz nəticəsini göstərib. Hansı ölkədə ki, nəqliyyat vasitələrininsayı artıb, həmin yerlərdə qəzalar da çoxalıb, ölüm halları da yüksəlib.

Bu gün məmləkətimizdə 1 milyon 200 mindən çox nəqliyyat vasitəsi var.Deməli, ölkəmizdə də əvvəlki vaxtlarla müqayisədə avtomobillərin sayı dəfələrləçoxalıb. Belə bir məntiqi nəticə çıxır ki, avtomobillər çoxalırsa, deməli, qəzalarında artma ehtimalı yüksəkdir.

Əlbəttə, baş verə biləcək qəzaların qarşının alınması üçün davamlıolaraq Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qabaqlayıcı tədbirlər həyatakeçirilir. Əgər qabaqlayıcı tədbirlər zamanında gerçəkləşməsə, onda görün qəzalarnecə çoxalar, ölüm və xəsarətalma halları necə yüksələr. Ümumiyyətlə, aparılmışstatistik hesablama göstərir ki, əvvəlki vaxtlarla müqayisədə ölkəmizdə qəzalaraşağı enib, ölüm və xəsarət alma halları azalıb. Bu göstərici də nəqliyyatvasitələrinin sayıyla hesablanır.

O da sirr deyil ki, bu gün dövlət səviyyəsində yol hərəkətinin təhlükəsiüçün böyük proqram hazırlanıb. 2019-2023-cü illər arasında respublikanınavtomobil yollarında təhlükəsizliyin təmin edilməsi üçün Dövlət Proqramı qəbuledilib. Bu Dövlət Proqramına əsasən 5 il ərzində ölkə ərazisində zaman-zamanbaş verəcək qəzaların qarşısını almaq üçün davamlı tədbirlər nəzərdə tutulub.

Hamıya gün kimi aydındır ki, respublikanın avtomobil yollarında əksərsürücülər yol hərəkəti qaydasını ya bilərəkdən, ya da bilməyərəkdə pozurlar.Yol hərəkəti qaydasının pozulması isə birmənalı olaraq qəzalara münbit şəraityaratmaq deməkdir. Əgər sürücü tez-tez qaydaları pozursa, intizamsızlıq edirsə,başqasının həyatını təhlükədə qoyursa, deməli o, bunun üçün birbaşa məsuliyyət daşıyır.

Bəzi sürücülərin istirahət etmədən avtomobilləri idarə etməsi və buzaman respublika əhəmiyyətli yolun kənarında fərdi və iri yük maşınlarınınsaxlanılması üçün şəraitin olmaması elə özü mövcud qəzalara təkan verir. Yeni DövlətProqramına əsasən bu cür mövcud nöqsanların aradan qaldırılması və təhlükəsizliktədbirlərinin görülməsi diqqət mərkəzində saxlanılır. Belə ki, respublika əhəmiyyətliyolların müəyyən yerlərində sürücülərin istirahət etməsi üçün əlverişli şəraityaradılması nəzərdə tutulub.

Bununla yanaşı, avtomobil yollarında baş verən ağır qəzalar zamanı təcilitibbi yardım maşını hadisə yerinə lazımi vaxtda çata bilmir. Bu isə qəza zamanıağır xəsarət almış sürücülərin və sərnişinlərin həyatını xilas etməyə imkanvermir. Yəni həkimlərin hadisə yerinə gec çatması ağır vəziyyətdə olaninsanlara yetərincə yardım etmək üçün bəs deyil. Ona görə də yeni qəbul edilmuşDövlət Proqramında magistral yolların bir neçə hissəsində tibb məntəqələriyardılacaq və hadisə yerinə həmin məntəqədən həkimlər daha tez çatacaqdı.

Göründüyü kimi, hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün, eləcədə sürücülərin və sərnişinlərin magistral yollarda daha rahat hərəkət etməsiüçün çox böyük önəmli işlər görüləcək. Ancaq gəlin onunla razılaşaq ki, bütünbu tədbirlər hamısı öncədən görüləsi işlərdir. Ancaq elə qəzalar var ki, nə qədərqabaqlayıcı tədbirlər görülsə də, bunlar qaçılmaz olur.

Yəni sürücü yuxulu halda, sərxoş vəziyyətdə, səhhətində problemyarandığına baxmayaraq, avtomobili idarə etməyə çalışır. Sadaladımız bu məsələləröncədən sürücüdən böyük məsuliyyət tələb edir. Çünki sürücü sükan arxasında əyləşməmişdənöncə bütün qaydalara əməl etməli, maşını işə salmamışdan təhlükəsizlik kəmərinivurmalıdır. Və eyni zamanda yanındakı sərnişinlərdən də tələb etməlidir ki, təhlükəsizlikkəmərini taxsınlar.

Təhlükəsizlik kəmərini vuran və vurmayan sürücülər, sərnişinlərarasında çox böyük fərq olur. Çünki mütəxəssislər hesablayıblar ki, hər hansıavtomobil qəzası zamanı təhlükəsizlik kəmərini vuran hərəkət iştirakçısını bu kəmərölümdən xilas edir. Vurmayanlar isəmaşınlar toqquşanda, yaxud idarəetməni itirib aşanda ya qapı açılıbmaşının altında qalır, ya da yüksək zərbə onu qabaq şüşədən yola atır. Bu ağırqəza isə birbaşa ölüm deməkdir.

Avtomobil yollarında qəzaların qarşısının alınması üçün bütün tədbirləryetərlidir. Göründüyü kimi, dövlət səviyyəsində də bu tədbirlər artıq 2019-2023-cüillərdə zaman-zaman həyata keçiriləcəkdir. Dövlət bu tədbiri həyata keçirirsə,sürücülər və hərəkət iştirakçıları da zəhmət çəkib öz üzərlərinə düşən vəzifələriyerinə yetirməlidilər. Bax onda istər respublika əhəmiyyətli, istərsə də şəhərdaxiliyollarda baş verə biləcək qəzalarınqarşısını almaq mümkün olacaqdır.