adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Avqust 2019 16:59
17185
MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: ATMOSFERƏ ZƏRƏRLİ QAZLAR ATILIR

Artıqdüz 29 gündür ki, respublika ərazisində "Təmiz hava” aylığına start verilib. Vəbu 29 gündə DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Ekologiya və Təbii SərvətlərNazirliyi ilə birgə keçirdiyi reyd və yoxlamalarda atmosferə normadan artıq dəmqazı atan minlərlə nəqliyyat vasitəsinin sahibləri barəsində inzibati protokoltərtib edilib.

Ancaq ənböyük vəzifə əvvəllər olduğu kimi, bu "Təmiz hava” aylığında da nəqliyyat vasitələrisahiblərinin maarifləndirilməsi olub. Reydlər zamanı yüzlərlə avtomobilsürücüsü saxlanılıb, onlara avtomobillərin texniki nasazlığı nəzərlərinəçatdırılıb və mövcud problemi aradan qaldırmaq tövsiyə edilib. Aydındır ki, bucür izahat, təbluğat və maarifləndirmə işləri sürücülər tərəfindən böyük hörmətləqarşılanıb. Çünki sözün açığı elə sürücülər var ki, maddi imkanları aşağı səviyyədədir.Yəni onlar barəsində inzibati protokol tərtib edilsə, 50 manat civarında olan cəriməniçox çətinliklə ödəyərlər. Ona görə də məhz bu cür maarifləndirmə işlərininaparılması ailə büdcəsi kasıb olan sürücülər tərəfindən birmənalı olaraqsevinclə qarşılanır. Və onların bir çoxu da yol polisinin güzəştlərini, tövsiyələrininəzərə alıb avtomobillərində yaranmış texniki qüsurları aradan qaldırırlar.

Çox təəssüfki, heç də bütün sürücülər yol polisinin təbliğat və təşviqat işlərini yetərincədəyərləndirə bilmirlər. Yəni yol polisi sürücüyə güzəşt edir, göstərişlərverir, cərimə yazmır, bəziləri də bu mədəni münasibətlərdən sui-istifadə edirlər.Ona görə də ikinci, üçüncü dəfə saxlanılanda həmin sürücülər barəsində yolpolisi məcbur olub inzibati protokol tərtib edir. Deməli, burda yenə məsuliyyət"Təmiz hava” aylığına diqqətlə yanaşmayan sürücülərin üzərinə düşür.


Baş DövlətYol Polisi İdarəsinin Avtotexniki Müfəttişlik şöbəsinin əməkdaşları "Təmizhava” aylığı ilə əlaqədar olaraq respublikanın bir çox rayonlarında reyd vəyoxlamalarda yaxından iştirak ediblər. Şöbənin əməkdaşları bu reydlər zamanıçoxlu sayda qanun pozuntusu aşkar edib və onlar barəsində inzibati protokol tərtibediblər. Onu da qeyd edək ki, avtotexniki müfəttişlik şöbəsinə yeni bir gənc,polis mayoru Xalid Əzimov rəis təyin edilib. Əvvəllər olduğu kimi, yenə bu şöbədəyüksək nizam-intizam, sağlam mühit yaşanır. Təbii ki, sağlam mühitdə işləmək vəfəaliyyət göstərmək hər bir əməkdaş üçün daha rahatdır. Gənclərin irəli çəkilməsivə dəyərləndirilməsi həm də məsuliyyət hissi deməkdir. İnanmaq istərdik ki, "Təmizhava” aylığında bundan sonra da şöbənin əməkdaşları öz töhfələrini verməyəçalışacaq, sürücülərin maarifləndirilməsində önəmli addımlar atacaq.

"Təmizhava” aylığının ilk günündən Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Bölüyü dəqarşıya qoyulan vəzifəyə yüksək məsuliyyətlə yanaşır. Avqustun 1-dən 31-dəkkeçirilən tədbirlərdə biz də yaxından iştirak etmişik. Bəzi hallarda görmüşükki, Ekoloji Bölükdə saxlanılıb avtomobili müayinədən keçirilən sürücülər yolpolisi ilə aqressiv davranır. Başqa sözlə demiş olsaq, o sürücülər saxlanılandaəsəbləşir və yol polisinə kobudluq göstərirlər. Hətta bir dəfə bir sürücü o qədərəsəbləşmişdi ki, onun idarə etdiyi avtomobili Ekoloji Bölüyün stasionarpostunda nə az, nə çox 3 dəfə müayinədən keçirdilər. Sürücünün təkidi iləkeçirilən hər üç müayinədə avtomobildən atmosferə normadan artıq dəm qazıatılırdı. Çox təəssüf ki, sürücü fakt qarşısında qalasa da, yenə inadındandönmürdü. Hər halda, əlahəzrət fakt hər şeydən güclüdür.

EkolojiBölüyün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov bizimlə söhbətindəbildirir ki, "Təmiz hava” aylığının başa çatmasına 2 gün qalıb. Bu müddətdə əməkdaşlarımız çoxlu sayda sürücülər barəsindəinzibati protokol tərtib ediblər. Və bu gün atmosferə ən çox zərərli qazlar Sovetvə Rusiya istehsalı olan "VAZ” markalı avtomobillərdən, eləcə də "Kamaz”"Kraz”, "Şadman” markalı yük maşınlarından atılır. Qanunu pozmuş bu sürücülərbarəsində əməkdaşlarımız inzibati tədbirlər görürlər. Fürsətdən istifadə edibbir daha sizin qəzetiniz vasitəsilə sürücülərə müraciət edərək tövsiyə edirikki, avtomobillərinin mühərrik hissəsində yaranmış texniki qüsurları aradanqaldırsınlar. Çünki "Təmiz hava” aylığı başa çatandan sonra da bizim EkolojiBölüyün stasionar postunda nəqliyyat vasitələri saxlanılaraq müayinədən keçiriləcək,atmosferə normadam artıq zərərli qazlar atan sürücülərn idarə etdiyi nəqliyyatvasitələri barəsində inzibati protokol tərtib ediləcək.

Deməli,"Təmiz hava” aylığının ildə iki dəfə keçirilməsi atmosferə istehsalat sahələrindənvə nəqliyyat vasitələrindən atılan zərərli qazların böyük hissəsinin qarşısınıalır, bununla yanaşı, havamızın təmiz olmasını qoruyur. Bunun üçün isə birmənalıolaraq həm istehsalat sahələrinin rəhbərləri, həm də avtomobilləri idarə edənlərməsuliyyətli və diqqətli olmalıdılar ki, atmosferi zərərli qazlarla çirkləndirməsinlər.